Hər şeyə şahidəm
ceyhun fikrət tərəfindən "Şeir" bolməsinə 10:33 13 iyun 2021 tarixində əlavə olunmuşdur

Bu mənəm,

atası öldürülmüş yetim bir qız,

kimsəsizlik fəryadından hönkür-hönkür ağlayan.

Bu mənəm,

böyük cinayətlərə cəza günündə şahidlik edən.

O gün,

dünyada olmayan

və olmayacaq bir faciə oldu,

atamı öldürdülər göz önümdə,

qəriblər kimi,

töküldü qanı,

fəratın kənarına yerləşən səhraya.

Həmin gün

susuz qoydular,

bizi və bizi istəyənləri.

İndi isə gedirəm,

səhrada qolu zəncirli.

Uşaqlığım,

həyatım, qara rəngdir.

Qızmar günəşdə vəfasızdı,

ağ rəngimi qara edib.

Səhranın istisi, yandırıb ayaqlarımı,

çadramın rəngindən də qaradır rəngim.

Küsmüşəm,

insanların  vəfasızlığından.

Gedirəm ucu-bucağı görünməyən səhrada,

bəzəndə baxıram,

çirklənmiş qara çadramın tozuna,

artıq dünyanın qəmi də çadrama hopub,

bir neçə gün bundan qabaq yuyub,

bəzənib sırğalarımı atama da göstərdim,

atam həsrətlə mənə baxdı,

məndən sonra nə edəcəksən dedi?

Mən gülərək,

səndən ayrılmaram,

ayrılsam da  ölərəm, dedim,

amma indi qızmar günəşin altında onsuz gedirəm,

kimsəsiz baxıram hər bir tərəfə,

adamı olmayan qəriblər kimi.

 

                                                      04.09.2020 ci il

                                                 Təbriz basminc kənarı

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+19=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
ceyhun fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinə daxil olub. Hal-hazırda bu universitetdə təhsil alır və Təbriz şəhərində yaşayır
Əlaqə
E-mail:
ceyhunfikret1@gmail.com
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0227 saniye