İKİ YOL
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:42 02 fevral 2015 tarixində əlavə olunmuşdur

                         İKİ   YOL

Həyatın sağında yaxşılar var, solunda yamanlar. Gah yaxşı,gah yaman olanlar ola bilməz. Əxlaqsız qadın özünü nə qədər namus təcəssümü kimi tərənnüm etsə də, heç yerinə oturmaz. Namuslu bir xanım ərini və ya sevgilisini qısqandırmaq üçün özünü yüngül aparsa, oynaq göstərsə də, onun da, oyunu alınmaz,inandırıcı görünməz,cəmiyyət tərəfindən qəbul edilməz. İsmətli zənənin “eskort qız” obrazı alınan deyil. Hisslər hərəkətdə deyil, canda və qanda özünü tamamlar...

Bu, kimisinə şəkərdən şirin, kimisinə soğandan acı dünyada yalnız iki yol var: Doğru və yanlış.

Doğrular üçün bu,zalımlar əlində əsir-yesir olan dünyanın yolları hamar deyil. Doğruların qısmətinə düşən iztirab,cəfa və acılardır. Sığınacaq yer, yalnız Allaha təvəkküldür. Doğru doğuluşdan üzü məzara qədər haqq axtarar, düzlük arayar. Onun həsrətində olduğu ədalət öz qürub çağındadır. O, bunları yetkin yaşlarında daha gözəl anlar. Uşaqlıqda məsum, yetginlik yaşlardında məzlum, yaşlılığında küsgün baxışlarla doğrulara doğru yeriyən,sonra isə yürüyən ədalət aşiqi haqqın yerləşdiyi yuvaya doğru yan alar. Yol uzundur,həm də,lap çox uzun...

Haqqa gedən yolun üzərində o qədər əngəllər var ki, bunlarla baş etmək cəsarət istər,səbr istər, mücadilə etmək istər Adəm övladından...

İki yol var, bu, yükü özündən ağır dünyada: biri doğru,digəri yanlış. Haqqı uğrunda mücadilə edənlər haqqa qovuşar. Şeytana yenik düşənlərin isə,yeri bəllidir...

Həyat düşündüyümüz qədər uzun deyil. Bəzimiz üçün bir ovuc un,o da ki, fərqinə varmadan ələnib gedər,bəziləri üçün qısa zaman kəsiyində mövcud olan azacıq eyş-işrətə bənzər. Cahilin gözləri başı əhlət daşına dəyəndə açılar, o da ki, hələ bəsirət nəzərləri itməmişsə. Kamillər həyatı 14-də anlar, cahillər 44-nə çatsa da, heç nəyin fərqində olmaz. Cahil üçün gödənə qulluq yaşam tərzi, nəfsə sevgi həyat qayəsidir. Kamillər üçün cism ruhun aynası, zəka isə, millətə xidmət anlamı daşıyar...

İki yol var, bu, həm şəfqət, həm vəhşət dolu həyatda: Biri doğri, digəri yanlış...

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+20=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0245 saniye