İnsan kimi ömr etməyə haqdan dilə möhlət,
Sən cənnətə layiq olacaqsan,ola qismət.
Bilsən səni xəlq eylədi Xaliq nə səbəbdən,
Bir möcüzə olmuş, deyəcəklər ki,kəramət.
Nəfsin səni aldatmaya,ol sən ona hakim,
Allahına qul ol,elə daim ona taət.
Beş yol namazın qıl,zəkatın ver,orucun tut,
Dosdoğru danış,kimsə ilən eyləmə qeybət.
Hər an Onu zikr et,salavat çək,dua eylə,
Quran olacaqdır sənə yar,olsa qiyamət.
Mövlud,soracaqlar,cavabın ver, de şəhadət,
İslamdı dinin,Kəbədi qiblən,sənə rəhmət.
27.11.2014 / Zərdabi
Mövlud Ağamməd