Kişi qırığı.
Tural Sahab tərəfindən "Digər yazılar" bolməsinə 20:25 23 aprel 2014 tarixində əlavə olunmuşdur

                                                   

Bizdə- Gədəbəydə balaca oğlan uşaqlarını əzizləmək üçün onlara “kişi qırığı” deyilir.Yəni, hələ balaca kişidi, tam kişi deyil, ancaq bəzi adamların yaşı artsa da onlar heç vaxt kişi ola bilmirlər. Ömürlərini elə  “kişi qırığı” olaraq başa vururlar. Bu yazımda cəmiyyətimizdə kişilik kimi qəbul edilən, lakin əclaflıq olan bəzi məsələlər haqqında danışmaq istəyirəm.

1.On nəfərin birini təkləyib döyməsi- güclünün gücsüzü əzməsi.

Heyvanlar aləmində belə bir qanun var ki, güclü olan zəifi məhv etməlidir. Axı, biz insanıq. Bizim öz insani qanunlarımız var və bunlarla heyvanlardan fərqlənirik. Bu gün gənclər arasında qruplaşmalar gedir. Hərə başına özü ağılda beş- on nəfəri toplayıb olur bir dəstə. Vay tək başına qalanların halına o, qruplardan bir nəfərlə sözü düz gətirməsə ağzı ilə burnu yer dəyişdirəcək. Bunun günahkarı elə yaşadığımız bu cəmiyyətin özüdür. “Qanuni oğruları”  reklam edən saytlar, yazarlar onlara ayırdıqları zamanı və yeri daha xeyirli yazılara ayırmalıdırlar ki, bu cür fəsadlar olmasın.

Hərdən eşidirik ki, orduda əsgər, əsgər yoldaşını ya döyüb şikəst edib, ya da daha pisi, öldürüb.

1.Təzə gedən bir əsgər döyülür, əgər şikayət etsə olur “suka”.

2.Köhnələr, yeniləri döyməklə “sınayır”

3.Və bütün bunları o, gənclərə elə yaxınları, qohumları aşılayır.

Haqqını tələb etmək, zalimi cəzalandırmaq üçün qanuna təslim etmək nakişilik, zülm etmək, anasını- bacısını qorumaq üçün gələn əsgərin ana- bacısına söymək kişilik adlandığı sürəcə bu işlər düzəlməyəcək, ölüm xəbərlərini isə yenə ürək ağrısı ilə eşidəcəyik.

2.Ailəsi dağılmış qadınlarla ilişki qurmaq-  “gəlin tutmaq”

Deməli oğlan uşaqları müəyyən yaşdan sonra fahişə yanına getmirsə kişi adlandırılmır bu cəmiyyətdə. Bir az böyüyəndən sonra isə mütləq “gəlin”-i olmalıdır. Bax o, zaman onlar olur əsl kişi- əslində isə əclafın yekəsi. Bir zaman qeyrətimiz vardı bizim. Gəlinliklə gətirdiyimiz qız, ancaq kəfənlə çıxa bilərdi evimizdən. Bəs indi?

Niyə qadınların həyatını məhv edirik. Bir neçə ayın gəlini olmuş o gözəl, incə varlıqları ömürlük ləkələyirik. Bununla qalsaq dərd, yenə bir az, az olar. Bu qadınlara yenidən ailə qurmaq şansını vermirik. Belələri ilə evlənənləri nakişi çıxarırıq, cəmiyyət olaraq. Və bu insanlar:

Ya fahişəlik etməlidir,

Ya, kiminsə ikinci xanımı olmalıdır,

Ya da ki, evdə çürüməlidir.

Bax bunlara görə günü- gündən mavilərin, qatillərin, oğruların sayı artır.

Bax, buna görə elə “kişi qırığı” olaraq ölür bəziləri.

KİŞİLİK KİMİ İSƏ GÖZÜ YAŞLI QOYMAQ DEYİL, AXAN BİR GÖZ YAŞINI SİLMƏKDİR.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0235 saniye