Qəzəl
Məcnunları cəm eylədilər səhraya bir gün,
Gəlmiş idilər sevməyə çün dünyaya bir gün.
***
Dərd əhli bilib başladılar sorğu-suala,
Yoxdur cavabım söylədilər sorğuya bir gün.
***
Çox əhdə vəfa sevgili cananları gördüz,
Dözdüz nə yaman,çarəsi yox sevdaya bir gün.
***
Qorxutmadı zindan səni,çəksən də cəfalar,
Qorxdun yenə rast olmağa Züleyxaya bir gün.
***
Qəm çəkməyə gəlmiş idi Məcnun nə biləydin,
Cənnətdə qovuşdun yenə ol Leylaya bir gün.
***
Çox söylədilər.Əslidə axtarma sədaqət,
Düşdün sonu atəşlə dolu xülyaya bir gün.
***
Yetmək dilədin vəslinə,Mövlud,o gözəlin,
Etməzdi güman ki,qapıdan qovlaya bir gün.
20.12.2014.Zərdabi.Mövlud Ağamməd.