Mən barışdım taleyimlə,
O tale ki,qara gəldi.
Ha çalışdım ki,unudam,
Dərd əlimdən zara gəldi.
***
Qismətimdir alın yazım,
Qışa döndü güllü yazım.
Aləm bilir,nədir razim.
Çəkdi məni dara,gəldi.
***
Oğul dayaq,oğul arxa,
Dar günündə sənə baxa.
Su gələrmi bir də arxa?
Tapdılar ki çarə,gəldi?
***
Mövlud seçər tükdən tükü,
Neyləyirəm malı,mülkü?
Çiynimdə bir dünya yükü
Gedəcəyəm hara gəldi.
Zərdabi.16.11.2013.(Mövlud Ağamməd)