Mən gülümdən küsən günü
Gülüm məndən bezər oldu.
Ayrılığa dözəmmədim,
Göz yaşlarım Xəzər oldu.
***
Bir ah çəkdim dağa döndü,
Bar gətirməz bağa döndü.
Bal almışdım,yağa döndü,
Dözdü,dözdü,dözər oldu.
***
Qəlbə dəydim,könül yıxdım,
Ürəyini oda yaxdım.
Görmək üçün yola çıxdım.
Yollar məni əzər oldu.
***
Mövlud dözər naz-qəmzənə,
Çəkmə məni imtahanə.
Nə dedim ki, o nazənə
Məndən ayrı gəzər oldu.
18.05.20114.Zərdabi.Mövlud Ağamməd.