Gəraylı
Mən səninlə bacarmaram,
Bacarsam da öc almaram.
Kərəm olub da yanmaram
Yanıq Kərəm havasına.
***
Məcnun olmam,divanədir,
Sevgi ona bəhanədir.
Günahkarı zəmanədir
Düşüb eşqin bəlasına.
***
Ölüm gözlə qaş arası,
Cənabi-Haqqın sədası.
Sağalarmı eşq yarası
Dərmanına,davasına?
***
Ürək daşdır,yoxsa dəmir?
Yoxdur səndən bir səs-səmir.
Bircə kəlmə-cavab gəlmir,
Mövlud dözməz cəfasına.
Zərdabi.15.09.2013.(Mövlud Ağamməd)