Damla-damla hüzur göndər bu elə,
Quş çiçəklər ürəklər gəlsin dilə,
Ah naləmi göz yaşlarımı silə,
Nə olar Allahım yağışı göndər.
Həqiqi rəhmətə qovuşsun hamı,
Yansın ürəklərdə eşq,sevgi şamı.
Boy atsın çiçəklər andırsın damı,
Nə olar Allahım yağışı göndər.
Artıq Sadiqlidə qalmayıb dözüm,
Axı bu səhnəyə mən necə dözüm.
Sənə yalvarmağa gəlməyir üzüm,
Nə olar Allahım yağışı göndər.