Nə olsun ki..
Nə olsun ki sən müdirsən,var villaların,range-rover-in,qalenvagenin.Amma sənin bir qram belə adamlığın yoxdur.Sən öz həyat yoldaşını işləməyə,evdən bayıra çıxmağa qoymayan bir “kişi”sən.Bəli sən bununla öz dostlarının yanında fəxr edirsən.Sən hətta öz katibənlə yaşadığın seks macərasın həyatında bir uğur kimi görüb,həmin “uğrun”la olmayan qüruruna bir az qürur qatırsan.Amma sən öz həyat yoldaşınla “çirkli” yatağını heyvan kimi bölüşürsən.Hə çirkli yataq.Bilirsən niyə? Çünki sənin həyat yoldaşın sosial şəbəkədə Qlamurnaya Kaprizka adlı bir niklə qeydiyyatdadır və o özünə orada bir sevgili tapıb.Sən hər dəfə işdə olanda o virtual olaraq dəfələrlə orqazm olur.Və sən gecə gəldiyində beynində həmin o oğlanı canlandırıb yalandan səninlə səslər çıxarır.Sən amma bunu bilmirsən.Çünki ətrafında fahişələrin çoxdur.Sən paçka-paçka dollarları ütülüyüb yastığın altında gizlədirsən.Sən hündür, sürdüyün ciplərin şüşələrindən uca görünürsən.Hər dəfə maşının svetaforda dayananda şüşə təmizləyən uşaqları söyərək qovursan,maşınını hardasa saxlayanda səndən gəlib 20 qəpik istəyən yaşlı kişiyə xırdam yoxdur deyib aradan qaçırsan.Xırdan yoxdur iri ver.Amma sənin buna kişiliyin çatmır.Sən yaxşı biznesmensən.Amma sənin təkcə biznesin var,”men”-in yoxdur.Sən hər ayın sonunda işçilərin maaşından tutursan.Amma bilmirsən ki ,sənin ofisini təmizləyən xadimənin gecələr xəstəlikdən yata bilməyən,ağrı çəkən əri var.Yuxusuzluqdan o işə gecişir.Sən müğənniləri fahişə adlandıran,amma məclislərində onları başda otuzduran bir ət parçasısan.Çünki onlarda olan ət parçaların gördüyündə, ağzın sevincdən köpüklənir,əlinlə onların silikon sinələri arasına pullar basırsan.Sən hər məclislərdə badələri qaldırıb tostlar deyirsən.Sənə deyirlər ki sən yeyib-içən oğlansan.Çünki sənin pulun var.Sən pulun olmasaydı və sən içsəydin deyecəkdilər ki, içən oğlandır.Sənin o küçədə yatan bomjlardan bir fərqin olmayacaqdır.Səninlə o bomjları müqayisə eləmək istəmirəm.Ən azından onlar bir tikə çörək tapdığında küçələrdə qalan sahibsiz itlərlə,pişiklərlə bölüşürlər.Sənin bölüşdüyün amma kimlərdir? Sənə yaltaqlanan bəyaz dişli dostların,sənin iyrənc bədənini dillləri ilə bir az da iyləndirib yalayan fahişələrin..
Sən hər ramazan ayı gəldiyində içində Allah qorxusu yaranır.Və elə bilirsən ki, bir qoyun kəsməklə 11 ay etdiyin günahları yuyacaqsan? Yox..Buna inanma.Sənin içində nə qədər ki,pula,şöhrətə hərislik var,çətin ki Allah səni bağışlasın.Sən heç bir gün ac-susuz,qadınsız qala bilmirsən.
Sən çox şeyləri bilmirsən,hiss etmirsən ,duymursan.Sənin valideynlərin rəhmətə gedib.Sən onlara diri ikən heç hörmət edib ,sevməmisən.Amma onlara indi mərmərdən baş daşı qoydurursan.Onları bir az da torpaqda həbs edirsən.Hətta özünə yer də ayırmısan ki, mən öləndə məni burada basdırarlar.Səni basdırmağına basdıracaqlar,amma ruhuna rəhmət kim oxuyacaq? Katibən? Yatdığın fahişələr?Sponsorluq etdiyin müğənniciklər?Qapıdan qovduğun dilənçilər? Maaşını kəsdiyin işçilər? Sənə pula görə yaltaqlanan dostlar?Yoxsa xəyanət etdiyin həyat yoldaşın?
Övladların da sənə bir baş daşı qoydurub,üstünə bir çiçəkdən atıb gedəcəklər.Sadəcə gedəcəklər.
Hər bir insan bir yoldan başlayır. Sperma.Mayalanmaq.Doğulmaq.Yaşamaq.Ölmək.Torpaq olmaq.Xatirələrdə qalmaq.Unudulmaq.Vəssalam..Nə olsun ki sən yaşadın?Nə olsun......?!