... O gün, o adam qızın həyatını dəyişdi (1-ci hissə)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:46 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

...Bir adam varmış... Adam bir gün saytların birində dolanırmış, iş fasilələrində insanlarla ünsiyyətdə olub, vaxtını bu şəkildə keçirirmiş. Bir gün onun anketinə baxan bir istifadəçi diqqətini çəkmiş, həmin profilə "salam, necəsən?" yazıb göndərir. Profil sahibi əks cinsdən imiş, adamın mesajına "salam, pis!" deyə cavab yazar qız.

Bir "salam"la başlar onların hekayəsi, adam niyə pis olmağının səbəbini soruşmuş, qarşılığında partlamağa hazır bir bomba kimi içindəkiləri açıb danışan qızı görmüş. Bu minvalla qızın danışıqları adamın diqqətini çəkmiş, qızla iki saatlıq yazışmadan sonra onunla görüşmək istəmiş.

Yox, yalnış anlamayın görüşmə səbəbi adamın hər hansı niyyətindən irəli gəlməyib. Qızın danışdığı, içindəkiləri anlatdığı üçün onun sıxıntısına yardım məqsədilə görüşək demiş. Qızın çətinliyi maddiyatla əlaqədar olduğundan ona gərəyi olan məbləği verəcəyini vəd etmiş. Qız əlacsız olduğundan, bunu, bəlkə də Allahın bu insan vasitəsilə ona sunduğu bir kömək olaraq alqılayaraqdan adamla görüşməyi qəbul etmiş. Adam qızın yaşadığı əraziyə yaxınam demiş, yarım saat sonra vədələşdikləri yerdə görüşəcəklərmiş. Saytdan çıxacaqları üçün adam nömrə istəmiş və qıza, evdən çıxmadan zəng et səsini eşidim, demiş.

Zəngləşiblər, ikisidə görüş yerinə gəliblər. Adam maşınla gəlib dayanmış, qız biraz çəkingən, biraz həyəcanlı yaxınlaşmış adama. Adam, otur maşında beş dəqiqə danışaq, demiş. Qız arxa oturacaqda əyləşib, həyəcanlı ürək döyüntüləri ilə adama baxmağa başlamış. Adam uzunboylu, boyuna uyğun çəkisi olan biri imiş, qonur və sərt saçlarında özünə yer eləmiş bəyazlar varmış, 34-35 yaşlarında üzündə ağrı-acı mimikası sezilən bu adam gözlərindən yorğunluğunu gizlətməzmiş. Bir az daha yaxından tanışlıq, söhbətlər olmuş. Adam qızın ad və soyadını dəftərinə yazmış, bir neçə saat sonra onun adına bankla həmin gərəkli məbləğin köçürüləcəyini söyləmiş.

Qızın ağlına bir sual taxılmış, adama "nə üçün evdən çixmadan zəng elə dedin mənə?" deyə soruşmuş. Adam, sənin səsindən necə biri olacağını təxmin etmək üçün ilk öncə danışmaq istədim, sən narkoman da ola bilər, bu məbləği narkotika almaq üçün istəyə bilərdin, mən də səsindən bunu biləcəyim üçün elə dedim, demiş. Adam qıza səni evinə aparım artıq, bank məsələsi gerçəkləşəndə sənə xəbər edəcəm, deyər. Qız tamam, amma özüm gedərəm deyib sağollaşmış. İçində olduğu durumdan rahatsız olan qız ümidlə adamın zəngini gözləmiş.

Yarım saat sonra adam zəng etmiş, "bu pulu mənə işimin qazancıdır, iş gördüyüm adamlar bakıdan altı saatlıq məsafədə olan rayondadırlar, bankla göndərmədən bakıya gələn maşınla gətirəsi olublar. Sən gözlə, çatsınlar saatdan asılı olmayaraq gətirib çatdıracam sənə" demiş. Qızın bir az ümidi itir, bəlkə də yalan deyir düşüncəsinə qapılır. Hər halda gözləməkdən başqa çarəsi olmur.

Bir neçə saat sonra adamdan qızın telefonuna mesaj gəlir: "əgər vaxtın varsa sayta gəl, bir az söhbət edək". Qız həmən saytdakı profilini aktiv edər, adamla söhbət etməyə başlayarlar. Söhbət əsnasında sevdikləri şeylərdən danışarkən iksinin də dənizi sevdiyi ortaya çıxmış. Adam qıza istərsən, səni öz dənizimə qonaq edə bilərəm demiş. Qız, öz dənizin nə ilə özəldir, deyə soruşduğunda, adam orda özünə aid bir yerin olmasını bildirmiş. Razılaşmışlar, iyirmi dəqiqə sonra adam gəlmiş qızı da götürmüş dənizə getmişlər. Yay ayları imiş...

Ardı var...

Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+16=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.037 saniye