... O gün, o adam qızın həyatını dəyişdi (2-ci hissə)
Aysel Abdullazadə tərəfindən "Hekayə" bolməsinə 00:47 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

...Dəniz ağ köpüklü dalğaları ilə coşub-daşır, sakitliyi pozurdu. Adam, maşından düşək bir az dəniz kənarında dolaşaq demiş. İkisidə bir xeyli dənizin kənarında dayanmışlar, söhbət edərək ucsuz-bucaqsız sahildə, qumların üstündə ayaq izlərinin xatirəsini həkk etmişlər. Adam özündən danışmış, subay olduğunu, işlərinin və yaşam formasının onun evlənməyinə mane olduğunu uyğun dillə qıza anlatmış. Qız da onun suallarını cavablamış, subay olduğunu, hələ evlənmədiyini demiş. Bu söhbətlər ağuşunda gecə düşdüyünün fərqinə varmamışlar. Hava qaralmış, dəniz biraz sakitləşmişdi. Heç biri qayıtmaq haqqında düşünmürdü.

Adam həyatdan, çətinliklərdən, yaşam əzmindən və Allahdan, onun qoyduğu əmrlərdən danışırdı. Sevgi mövzusunda Allahın insana verdiyi sevginin dərinliyinin, yenə sonunda gedib Allaha bağlanması formatında dərin məzmunlu fikirlərini qızla bölüşürdü. Nitqi səlis olmasa da, danışdıqlarını anlamaq bu qız üçün çox asan idi. Çünki qız ali təhsilli, bilgi edinmiş bir yapıya sahibdi. Arabir, adam danışan zaman qız özlüyündə onun fikrini ifadə etmək üçün seçdiyi kəlimələrin doğru biçimdə qullanılmadığını hiss edirdi, amma buna baxmayaraq adamın demək istədiklərini yaxşı anlayırdı və bu söhbət qıza zövq verirdi.

Zamanı unutmuşdular, sanki o an onlar üçün zaman dayanmışdı, vaxt dondurulmuşdu. Artıq, gecə olmuşdu, rayondan gələn maşın və pulu gətirəcək adam səhər saatlarında şəhərə çatacaqdı. Qız, gecə olanda Bakının gözəl olmasından, rəngarəng işıqların parlaqlığı altında gəzməyi həmişə arzuladığından danışırdı. Adam yuxun yoxdursa, şəhəri birlikdə gəzə bilərik dedi. Qız heç düşünmədən, yuxum yoxdur dedi. Artıq, güvənmişdi adama, ondan zərər gəlməyəcəyini anlamışdı özlüyündə.

Adam maşını işə saldı, uzun və maraqlı yollarla şəhərin mərkəzinə gəlib çıxdılar, gecənin qaranlığı şəhəri daha da əsrarəngiz etmişdi. Sakitlik idi, bulvar ətrafında asta sürətlə maşın şütüyür, şəhərin parlaqlığından zövq alan adam, arabir, qıza baxırdı. Yolun kənarında dayandılar, bulvarın işıqları altında bir az gəzdilər. Adam uzun müddətdir bu ətraflara gəlmədiyini, şəhərin bu gözəlliyindən məhrum olduğunu deyirdi. Qız da özü üçün də eynilə elə olduğunu, gecə saatlarında onu buraya gətirəcək, ona eşlik edəcək kimsənin olmadığından bu gözəllikdən kənarda qaldığını bəlirtdi.

Artıq, saat səhərin 5-i idi. Və onlar saatın fərqində deyildilər. Bu gəzinti sanki illərdir onlara lazımmış, amma reallaşdıra bilmədikləri, həsrətində olduqları bir hal kimi görünürdü. Adam telefonla danışdı, gedək, deyib maşına əyləşdi. Bir yerə gəlib çatdılar, adam qıza maşında gözləməyini beş dəqiqəyə qayıdacağını dedi. Bir neçə dəqiqə sonra dediyi kimi geri döndü və qıza lazım olan məbləği uzatdı. Qız həm sevincli, həm də utancaq baxışlarla başını önə əyib, "çox sağ ol" sözünü pıçıldadı. Sonra adama baxıb, "borc olaraq alıram səndən, yaxın müddətdə geri qaytaracam" deyə əlavə etdi. Adam gülümsədi, yaxşı, deyib ordan uzaqlaşdlar. Qızı evlərinə gətirdi, sağollaşıb ayrıldılar.

Adam evinə qayıtdığı müddəti qızla saytda söhbət etdilər. Bir neçə dəqiqə sonra orda da sağollaşıb yatmaq üçün çıxdılar. Qız sevinirdi, onu sıxan bu məngənədə hava, su kimi lazım olan bu pulun tapılması qıza xoş əhval vermişdi. Saat səhərin 6-sı idi, qız yerinə uzandı, telefonunda zəngli saatı 08:00-a qurub gözlərini yumdu. Tez oyanıb, lazım olan yerə pulu aparacaqdı. Açılan səhərdə bu gün doğan günəş artıq başqa cür parlayacaqdı...

Ardı var...

Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0334 saniye