ODA MƏN...
(Təcnis)
Divanəyəm dərdin,sərin çəkməkdən,
Düşmüşəm eşq adlı yanar oda mən.
Məcnun olub,gözəl,sənin dərdindən
Səhralara düşən varsa,o da mən.
***
Üz tutuban bilməm gedim hayana,
Bağrım başı ha alışa,ha yana.
Çətin bir də hay eşidə,hay ana,
Əfsundan od tutub yandı o damən*
***
Heç bilmirəm,necə edim,nə sayağ,
Fələk sayır,biz yenidən nə sayağ?
Günün qara keçər olsa,ağ say,ağ,
Ya simurqdu yanan, ya da od a mən.
***
Xuda yazdı taleyimi tərsinə,
Vay o günə ki,daha da tərsinə.
Tər çiçəkdi tər bədəndə tər sinə,
Məst olmuşam ətirindən o da* mən.
***
Sən qəlbimdə sağalmayan yaradın,
Düşüb dilə bu minvalla,yar,adın.
Deyən,Mövlud,bu sevgiyə yaradın,
Etmişəm qəm evi,qəlbim,oda mən..
*ətək--
*sevinc nidası mənasında.
14.10.2014.Zərdabi.Mövlud Ağamməd.