“ Ölüm Sırası”ndan sonrakı həyatım.
Timur Alp tərəfindən "Digər yazılar" bolməsinə 04:27 12 yanvar 2014 tarixində əlavə olunmuşdur

Ölüm sırası adlı hekayəm həyatımı dəyişdi.

Yazdığım ilk hekayəm idi.14 noyabr 2013-ü ildə portala yerləşdirdim.Hekayə qısa vaxt ərzində xeyli baxış sayısı topladı.1 dekabr günü telefonuma zəng gəldi.Mənə zəng edən gənc yazarlardan  biri  Rüfət Turan(Yaqubov) idi.O məni 2 həftə sonra baş tutan müzakirəyə dəvət elədi.Mən 15 dekabr  tarixində “Ali&Nino” kafesində Erix Mariya Remark’ın 3yoldaş əsərini müzakirə etdik və ora üzv oldum.

Hekayə isə gündən-günə oxunurdu. 1həftə sonra.....Daha dəqiq 22dekabrda bir sms aldım.Bu Aydın Xan(Əbilov) idi..Aydın Xan məni ‘gənc yazarlar’a üzv etmək təklifi verdi..Məndə vaxt itirmədən razı oldum.24 dekabr tarixində isə bir konfransda iştirak etdim və Xəyal Rza(Rzayev) məni 25 dekabrda Azərbaycan Yazıçılar Birliyinə çağırdı.Təsadüfdən Aydın Xanda’da burda idi.Məndə dəyirmi masada iştirak etdim...

Növbəti dəfə “Ali&Nino” kafesində olarkən belə bir təklif gəldi.

-“Gənclər Konfransı”na qatıl.3 gün ərzində cəmiyyətlə bağlı böyük müzakirələr ediləcək səndə öz fikrini bildirərsən.05.01.2014 tarixində mən Bakıdan ayrıldım.250 nəfər gənc böyük müzakirələr elədik..

Daha bir təklif isə  “Almanax”jurnalından gəldi.Hekayəmlə bağlı və yazıçılıq fəaliyyətimlə bağlı müsahibəm dərc olundu.

Bu mənim uğurum idi..İlk hekayəmlə bu qədər irəli getmək..Lakin mənə dəstək olan çox az adam vardı.Çoxsu dildə dəstək oldu əməldə isə sadəcə ayağımın altını qazırdılar.Günü-gündən düşmənlərim artır,mənə nifrət eliyənlər artır..

Bir hekayə yazmaq üçün çoxlu kitab oxumaq vacibdi..Bu zaman isə fikirlərin tamam fərqli olur və böyük düşüncəyə malik olursan..

Bizim qəsəbədə bədii kitab oxuyan çox azdı..Mənsə həvəslə bədii kitab oxuyuram və yazıram..Beləliklə düşüncəyə görə digərlərindən fərqlənirəm.cəmiyyətə qarşı,həyata qarşı..Çalışıram ki, öz düşüncəmdəki gənclərlə danışım.Əks halda çox özümə qananıram.Hərdən düşünürəm ki bu görəsən lazımdı ya yox???....

Mən çalışıram ki,digərlərinədə yazmaqda kömək edim..Məndən sonra çevrəmdə bir xeyli gənc yazmağa başladı..Amma çoxları mənə qarşı oyun oynadılar.Bilmirəm bu paxıllıqdı yoxsa müvəqqəti həvəs amma onlarda yazır.Lakin məni getdikcə anlıyan çox azalır.Necəki həyatda sağ qalmaq çətinləşir, mənimdə cümlələrim və fikirlərim daha da dərinləşir.Bəlkədə bu cəmiyyətə daha çox pul,əyləncə,maraqlıdı.Mənim sətirlərim isə sadəcə ehtiyacı olanlara qidadır.

"Ölüm Sırası" hekayəsini buradan oxuya bilərsiniz

 


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

Timur Alp
Haqqında
Timur Alp(Samir Miralı oğlu Hüseynov).26.12.1997-ci ildə Mingəçevir şəhərində dünyaya gelmişdir.Yazıçlığa Ⅶ sinifdə oxuyanda maraq göstərmişdir. 2013-cü ildə "Book club"a üzv olmuş və daimi kitab müzakirələrində iştirak etmişdi. 2014-cü ildə"GəncYazarlar"a üzv olmuşdu. "Dünya Türk Yazarlar Birliyi"nə 2014-cü ildə üzvlük vermişdir.
Əlaqə
Tel.:
055 745 68 12
E-mail:
timur_alp@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0323 saniye