ÖZÜNƏ GƏL!
Təbriz İslam tərəfindən "Şeir" bolməsinə 04:19 27 aprel 2012 tarixində əlavə olunmuşdur

     ÖZÜNƏ GƏL!

 

Igid türklər, yenilməzdir soy kökümüz.

Demək elə türklərik də, biz özümüz.

Bil qardaşım, elin qədim, yaşın çoxdur.!

Özünə dön, unutmağa haqqın yoxdur.

Tanınacaq möhür kimi hər sözümüz.

 

Babaların Dədə Qorqud, Koroğludur.

Qalib gəlib nər oğlu nər, el oğludur.

Diz çökdürüb düşmənini göstər hünər!

Səfərovlar, Mübarizlər daha kimlər,

Tomrislərdən, Həcərlərdən doğulubdur.

 

 

Zaman-zaman aldadıldıq tez unutduq,

Özümüzlə vuruşmuşuq biz bir yolluq

Iç Oğuzun, dış Oğuzla ta qədimdə.

Daha sonra Osmanlılar Səfəviylə.

Özünə gəl, işin olar yoxsa qulluq.

 

 

Bombaları, raketləri, nüvələri istəmirəm.

Mən tankları, silahları, güllələri istəmirəm.

Haqq yolunda son zamanlar haqqsız yerə tapdalanan.

Qərib eldə bağlı qapı arxasında saxlanılan

Qeyrətimi mən məhv olan namusumu istəyirəm.

 

 

Bunu kimdən, mən kafirdən-düşməndənmi istəyəcəm?

Namus üçün mən dil töküb, ayaqlara diz çökəcəm?

Bacarmaram, mən qorxaram, utanaram babalardan.

Axı öyüd-nesihət dinləmişik biz onlardan.

Nə vaxtadək saçı yolub, dodağımı dişləyəcəm.

 

 

Biz haqq deyib haqq yolunda bağır-bağır bağırırıq.

Səsimizi eşidən yox yalvarırıq sızlayırıq.

Göz yaşı selindən kiçik Kür, mavi Xəzər utanır.

Düşmən isə baxib ordan, ləzzət ilə kam alır.

Haqq yolunda oturub biz haqqsız yerı yalvarırıq.

 

 

Haqqın da, var qalx ayağa çətin işi asan elə

Gücün çatar düşməninin kürəyini basan elə?

Inam qürur silahəyla başdan-başa silahlanıb.

Qeyrət namus abrıyla da gecı-gündüz yatanmayıb,

Nəğməni də, zəfər çalıb qalib elə qoşan elə!

 

 

Nə vaxtadək dözəcəksən, baxacaqsan elə-belə?

Özünə gəl özünü də, özün burub özün elə!

"Sözünə gəl" sözüm durub, sözün durub, durub elə.!

Düşmən isə qürub-qürub kələk qurub, qurur helə.

Hələ qurur, tələ qurur, durub mənə gələ-gələ.

 

TƏBRİZ İSLAM

08.05.2011


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+34=
Hesaba giriş
Müəllif

Təbriz İslam
Haqqında

Əlaqə
E-mail:
tebriz_islam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.024 saniye