PİS ,YA YAXŞI İNSAN YOXDU...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 22:46 21 mart 2015 tarixində əlavə olunmuşdur

 

PİS ,YA YAXŞI İNSAN YOXDU...

Pis,ya yaxşı insan yoxdu,
Cahil insan var dünyada.
Aqillərin sözüdür bu,
Hər vaxt,hər an salın yada.
***
Ölmüş olsa,ölüsünə,
Qalmış olsa,dirisinə.
İnanın,hər birisinə
Hörmət edin,çatın dada.
***
Paxıllıqdan nə çıxacaq?
Nadan hər an ev yıxacaq.
Ürəyini qəm sıxacaq,
Xəyalların getsə bada.
***
Yaxşılıq et,olsun yaxşı,
Yaxşılıqdı həyat naxşı.
Naməhrəmin yad baxışı
Ləkə olar təmiz ada.
***
Naxələfdən qardaş olmaz,
Sirr saxlamaz,sirdaş olmaz.
Namərd kəsdən yoldaş olmaz,
Mövlud,sənə gələr qada.

19.10.2014.Zərdabi.Mövlud Ağamməd.      


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0416 saniye