Qəm istəmə,qəm çəkməyə kühsarələrin var,
Şam istə,gülüm,yanmağa pərvanələrin var.
Hər an səni anmaqda ürək,etmədə nalan,
Çün yaxşı bilir,mən kimi mahparələrin var.
Dərddən usanıb vermə ,könül,ömrünü badə,
Qəm çəkməyə bundan sora qəmxanələrin var.
Yetməz dedilər dərdinə əfğan eləsən çün,
Dərman diləyən dərdinə biçarələrin var.
Bilsən nə qədər arzulayır vəslini Mövlud,
Gündən günə artır məlalın,yarələrin var.
1.02.2015 / Zərdabi
Mövlud Ağamməd