Сəsarəti Qorxudan soruşdum.Bildiyi bütün pis sözləri və qarğışları sərf etdi
onun ünvanına.Sonra başladı gileylənəməyə
:
“Onu görüm,bir də görməyim.Onun
ucbatından bu hala düşmüşəm.Neçə yerdən qovulmuşam.Mən ki,ali təhsilli qorxuyam.Diplomum da var ! HU-dan.Hisslər
Universitetindən.Özü də fərqlənmə ilə.Ancaq o cəsarət- O heç nədir.Dərsə də
vaxtında gəlməzdi.Bir dəfə nə oxuyardı,o da yadında qalardı.”
Sonra qorxu ağlamağa başlayır.Onu sakitləşdirmək də istəmirəm.Artıq o elə bir hala gəlir ki,mənim getdiyimi də
hiss etməyəcək hala gəlir.O vaxt səssiz-səmirsiz onun yanından uzaqlaşıram.
Səhəri gün Cəsarətdən Qorxunu soruşdum.Gülümsədi.Qorxunun əksinə,o xoş sözlər
danışdı.:
“Hə,qorxu.O olmasa mən nəyə lazımam ki...Onsuz mən yoxam.Qorxu olmasa cəsarət nəy
lazım ?! ”
“Axı onun səndən xoşu gəlmir.”
“Mən də Qorxu olsaydım Cəsarətə nifrət
edərdim”