Qoynuna aldı Vətən bizləri şadyanlıq ilə....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:46 08 iyun 2015 tarixində əlavə olunmuşdur

Qoynuna aldı Vətən bizləri şadyanlıq ilə,
Nazü-nemətlə dolandırdı firavanlıq ilə.

Canını verdi vətən uğrunda şəhidlərimiz
Onların xatirəsi əziz pərişanlıq ilə.

Günü-gündən çoxalır millətimin dərdi,qəmi,
Torpağından gen düşüb,gəzir qəribanlıq ilə.

Qəlbinin istəyidir öz yurduna qayıtması
Dolanır qürbət eli dideyi-giryanlıq ilə.

Mövludun qəlbində bir istək olubdur hər zaman, 
Qalibiyyət qeyd edək atəşi-fəşanlıq ilə.

29.12.2013 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0484 saniye