Bəzən özümü elə tənha hiss edirəm ki, yalnızlığımın səsi qulaqlarımı batırır. Ətrafımda bu qədər insan var, amma heç biri onu susdura bilmir. Hərdən bu səs elə dözülməz olur ki, qulaqlarımı pambıqla tıxamaq istəyirəm. Amma nə faydası, heç nə bu səsin qarşısını ala bilmir. Bəzən düşünürəm görəsən, tək mənmi eşidirəm bu səsi? Ətrafımda, yaxınımda olanlar niyə haray vermir yalnızlığımın səsinə? Niyə eşitmirlər onun fəryadını? Və neçə-neçə cavabsız suallar... Bəlkə də yalnızlığımla məni baş-başa buraxmaq istəmişlər... 30.10.2013