Əksər insanlar payızı sevər, mən də onlardan biriyəm. Payız qəlbimə möhtəşəm bir hüzur gətirir. Mən payızın gətirdiyi o hüzuru sevirəm. Payız küləyinin saçlarımda oynamasını sevirəm. Payız axşamlarında Günəşin qürubunu seyr etməyi sevirəm. Dəlicəsinə, üsyan edərcəsinə yağan yağışlarını sevirəm. Yağışdan sonra gələn torpaq qoxusunu içimə çəkməyi sevirəm. Amma ən çox... ən çox " sarı ölüm "ün öldürdüyü yarpaqların ayaqlarım altında xışıldamasını sevirəm. Görəsən yarpaqlarda onları həyatın səhnəsindən qovub çıxaran bu " sarı ölüm "ü sevirmi? Onlar mənə teatr səhnəsində öz rolunu bitirib səhnəni tərk etməli olan aktyorları xatırladır. Sanki yarpaqlar payızda öz sezon finalını keçirib baharda yenidən səhnəyə qayıtmaq üçün bu " sarı ölüm " ə təslim olur. Bəlkə də bu oyun onların ürəyincədir. Axı həyat bir oyundur...