Qurban edərəm canımı cananıma yetsəm,
Şəm tək əriyib halıma yananıma yetsəm.
****
Çoxdandı düşüb ol gülə meylim,gecə-gündüz
Ah-zar edərəm gərçi gülüstanıma yetsəm..
***
Mehrim salacam ol gülü-xəndanıma gizlin,
Sondan deyəcəm adımı pünhanıma yetsəm.
***
Bəsdir,yetərimdir özümün, dərdimi verməm,
Min Məcnuni -divanəyə əfğanıma yetsəm.
***
Şad eyləmə bədguləri,hər tənəsi oxdur,
Çağlar deməyin Mövluda giryanıma yetsəm.
7.08.2014.Zərdabi.Mövlud Ağamməd.