Qoşma
Sevgi mənə nə verəcək,dərdi-sər,
Sınıq ürək,ah,göz yaşı,bir də qəm.
Baxıb aləm bu halıma güləcək,
Məcnun çəkən sitəmləri çəkəcəm.
***
Kim ki,sevir,hamısı bir biçimdə,
Ah-fəqan,göz yaşları içində .
Dünya özü boyda dərdin içində,
Eşq badəsin indi özüm içəcəm.
***
Mövlud,yaddan çıxmaz ki, ilk məhəbbət,
Həm də sənin taleyindir bu qismət.
Düşün-daşın sonda nədir axirət,
O körpüdən,görən, necə keçəcəm?
Zərdabi.16.09.2013.(Mövlud Ağamməd)