Sevgi şeiri
Eşqin Məmmədov tərəfindən "Şeir" bolməsinə 22:15 07 yanvar 2017 tarixində əlavə olunmuşdur

Bilmirdin nə vaxtsa ağlayacaqsan , 

Mənim gözlərimdə yaş qoyanda sən.

Sevgi qalasını mən tək tikərdim

Yadın yuvasına daş qoyanda sən.

 

Əllərin əclafın kobud əlində ,

Bir zaman solacaq təravətin də ,

Hər dəfə ağrılar tutur sinəmdə,

Özgə sinəsinə baş qoyanda sən.

 

O səni tərk edib gözlərin yaşda

Necə bağışlayım ? Deyir bağışla,

Bilmirdin əllərin qalacaq boşda ?

Mənim ürəyimi boş qoyanda sən.

 

Müəllif: Eşqin Məmmədov.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+26=
Hesaba giriş
Müəllif

Eşqin Məmmədov
Haqqında
Elmi və bədii yaradıcılıqla məşğuldur. Şeirləri sevgi , vətən , təbiət , insanlıq mövzularında üstünlük təşkil edir.
Əlaqə
Tel.:
0513086688
E-mail:
zerdablisair@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.036 saniye