Şairə Gülay
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 00:47 07 may 2014 tarixində əlavə olunmuşdur

                                                

“ Sənin sevgindir məni uçuran göylərə”

Yox , yox, yooooox . Belə olmaz

“ Sənin sevginlə uçuram göylərə”

Offfff yenə olmadı, ey. Niyə alınmır axı bu şeir, niyə şeir yaza bilmirəm bu gecə mən?

-          Ən yaxşısı feysə girməkdir, bu gün bulvarda çəkdirdiyim yeni şəklimi paylaşım, kişilərin ağlını başından alım bira az.

Bəlkə o yeni açılan, reytinqli saytın sahibi də bəyəndi şəklimi, tanış olmaq üçün əla bəhanə olar, ha.

                                ***

 Salam əzizlərim, sizə bu gün bir nağıl danışacam. Şairə Gülayın nağlını. Nağılı oxuyub, düşünə bilərsiz ki, mən Kafkanın müğənni Cozefinaya yazdığı nağıl kimi bir nağıl danışacam sizə, yox əzizlərim qətiyyən elə deyil. Gülayın nağılı Cozefinanın hekayəsini üstələyib keçəcək, lakin mən o nağılı Kafka kimi danışa biləcəmmi, bax onu bilmirəm.

 Gülay xanım bir kənd qızıdır, qırmızı yanaqlı, qara gözlü bir kənd qızı. Bu qız bir kol dibində, on beş yaşında bakirəliyini itirdikdən sonra şəhərə qaçıb və şairə olmaq qərarına gəlib.

 Uşaqlıqdan çox ehtiraslı bir qız idi. Tv də gedən Cənubi Amerika seriallarını çox sevirdi. Ən çox da orada on- onbeş dəqiqə sürən öpüşmə səhnələrini. Bəzi gecələrdə gizli- gizli atası ilə anasını sevişərkən izləyirdi. Anasının çıxardığı səsləri meşədə tək olanda çıxarır, yaraşıqlı bir oğlanla sevişdiyini xəyal edib orqazm olardı.

 

Günlərin birində yenə Gülay xanım meşədə, o çox sevdiyi kolun dibində özündən keçdiyi bir zamanda qonşularının 20 yaşlı, əsgərlikdən təzə gələn oğlu Azad onu görüb, bir müddət qıraqdan seyr etdi. Daha sonra cəsarətini toplayıb, ona yaxınlaşdı. Asta- asta əlini sinəsinə apardı, sonra baldırlarına, sonra isə.......

Gülay dayana bilməyib, tez ol sal içəri deyə qışqırdı...

Cavan bir oğlan bundan artıq nə istəyə bilərdi ki, heç nə. O, sal dedi, o biri də saldı içəri.....

   İndi qalırdı şəhərə qaçmaq üçün bir bəhanə, bu bəhanə də , yalnız oxumaq ola bilərdi. Öncə hazırlıq adı ilə getdi şəhərə. Gecəsini gündüzünə qatıb, çalışdı və ali məktəbə daxil oldu. Dərslərini də pis oxumadı, fakültədə fəallığı ilə seçilirdi.

İlk şeirni də ilə fakültə illərində yazdı və elə üniversitetin qəzetində çap etdirdi. Bunun üçün Gənclər təşkilatlarından birinin fakültədəki nümayəndəsi ilə dərsdən sonra qaranlıq otaqların birinə çəkilməsi bəs elədi.

Çətinlik çəkdiyi dərslərdə müəllimləri ilə, zamdekan, dekan ilə qısa bir gəzintiyə çıxması yetirdi, probleminin həll olunmasına. Hər kəs indi onu tərifləyir, bütün qapılar üzünə açılırdı. Dostları onu bir- birilərinə önərir, bu dadlı meyvənin dadına onların da baxması istəyirdilər.

 Hə əzizlərim indi gördüzmü, Şairə Gülayın nağılı heç də Cozefinadan geri qalmır. Dinləmək istəyirsizsə nağılı danışmağa davam edim.

-          Hə, mən də elə düşünmüşdüm.Bəyənəcəyinizi bilirdim.

 

                                        ***

Bəli, mənəm- şairə Gülay

Bilmirəm mənim haqqımda nə dedilər sizə, əslində heç bilmək də istəmirəm. Heç vecimə də deyil, kimin nə dediyi, nə düşündüyü. Mən öz istədiyim, arzuladığım həyatı yaşayıram.

Bilirsizmi kişilər yaman axmaq olur, onlar məndən bir şey istəyir, mənsə onlardan çox şey. Onların istədiyini verirəm, onları əyləndirirəm. Yekə qarınları bir az ürək bulandırsa da, neynəyək. Dözəcəyik, artıq. Ilk şeirimi yayınlayan kişidən, fakültə dekanına qədər bir çox kişi ilə yatsam da, o kol dibində ilk sevişməm hamsına dəyər. Çünki sadəcə o gün bir kişini bu qədər çox istəmişdim. O gündən sonra kişilərdən sadəcə istifadə elədim. Onlar məndən yararlandıqlarını düşünürdülər, lakin əslində mən onlardan faydalanırdım. Onlara bədənimi verdiyim zaman, onlardan ruhlarını alırdım. Onlar mənimlə yatdıqdan sonra öz ailələrinə mənim dodaq, diş izlərimi aparırdılar. Onlar qadınlarına demədikləri sözləri mənə deyirdilər.

Tanınmaq, şöhrət olmaq, zəngin bir həyat yaşamaq üçün edə bilməyəcəyim heç nə yoxdur. Mənim üçün müqəddəs olan heç bir dəyər yoxdur.

Allaha, dinə, vicdana inanmıram. Sevgini, ailəni, dostluğu qəbul etmirəm. Mənim üçün tək dəyər puldur. Ailə insanların həyatını məhdudlaşdıran, azadlığını əlindən alan bir şeydir. Anlamıram, insan bir kişi ilə ömrünü necə çürüdə bilər ki?

Hələ uşaqları demirəm, gərək bütün ömrünü onlara həsr edəsən, qocalanda da ya baxarlar, ya da ki, atalar qocalar evinə orada it kimi çürüyəsən. Ən yaxşısı pul qazanmaqdır, qocalanda da bir xidmətçi tutursan baxır sənə.

Həm evli olanda gərək bir kişi ilə yatasan, ancaq. Halbuki, ətrafda sevişəcək o qədər yaraşıqlı cavan oğlan var ki, heyif deyilmi, onlarla bir yataqda əylənmək...

                                                 ***

Bəli, qayıdaq yenə nağlımıza. Bu nağılda onu daha yaxından tanıyasız deyə, ona da söz verdim. Sonra deməsin ki, mənim arxamca qeybət eləmisiz.

 Gülay xanım ali təhsilini başa vurduqdan sonra kəndlərinə qayıtmadı, qayıda da bilməzdi. İndi ona işləmək, yaşamaq lazım idi, bu şəhərdə.

Ədəbiyyat məclislərinin birində bir şairlə tanış oldu. Bir xeyli söhbətdən sonra məlum oldu ki, bu oğlan mavidir.  Bir çox fikirləri üst- üstə düşürdü. Birlikdə çox şey edə bilərdilər. Tezliklə dostlaşdılar. Oğlan Gülaya  saytların birində köşə yazmaq üçün təklif gətirdi. Bunun üçün də baş redaktorun 16 yaşlı oğluna gözəl bir ay həsr etməliydi. Ona qadın bədənini, qadın nəfəsini tanıtmalı, onu kişi etməli idi. Sonra isə yazdığı hər köşə üçün yüz manat pul alacaqdı. Gülay bu təkliflə razılaşdı. 16 yaşlı sevgilisi ilə yollandı Dubaya, orada həm gözəl bir istirahət elədi, həm də Baş redaktorun oğluna kişiliyi öyrətdi. Dönüşdə isə onu yaxşı pul, şan- şöhrət gözləyirdi.

Dubaydan qayıdandan sonra ona, onun üçün kirayələnmiş gözəl bir ev verildi. Gənc aşiqnin atası ilk gecəni Gülayla keçirib, oğluna nələri öyrətdiyini soruşdu. Sabahı isə Tiflisə səfər gözləyirdi onu və mavi dostunu. Köşə yazacaqları saytın Avropadan olan sahibi görüşəcək, onlara bəzi məsləhətlər verəcəkdi.

  Sabah açıldı, onlar yola düşdülər. Gülə- əylənə, dünyanı öz düşüncələri ilə dəyişdirəcəklərinə bir- birilərini inandıra- inandıra yol gedirdilər. Hələ onları aparan maşının yaraşıqlı sürücüsünə öz telefon nümrəsini də verdi, mavi şair. İt oynadan biri olan bu yaraşıqlı oğlan elə, fasilələrin birində onu ayaqyoluna aparıb, arzusunu həyata keçirdi. Alan razı, verən razı- keflər də ala buludda gəlib çatdılar Tiflisə. Onları bahalı otellərin birində qonaq elədilər. Həmin günü və sabahı gəzib, əylənmək üçün və ən nəhayətində müasirliyi öyrənmələri üçün onlara vaxt verildi.

Onlar da doyunca gəzdilər bu gözəl şəhəri. Və nəhayət toplantı başlandı. Patron sözə başladı, qısa, ancaq öz olan bir nitq söylədi: “ Öncəliklə onu deyim ki, siz mənim dediklərimi edin, mən də sizin maddi problemlərinizi. Əgər sizdən məmnun qalsam, sizi zəngin bir həyat gözləyir. Siz şöhrət qazanmaq, tanınmaq, çox oxunmaq istəyirsiniz. Bunun üçün nələri yazmalı olduğunuzu yaxşı biləcəksiz. Öncəliklə qəhrəmanlıqlardan, insanları dəyişdirmək düşüncəsindən uzaq olacaq, onlar nəyi oxumaq istəyirsə ondan yazacaqsınız. Bu gün ən çox İP- si olan porno saytlardır, deməli insanlar erotik yazıları oxumağı daha çox istəyir. Bu gün insanlar vicdanlarından çox nəfislərini dinləyir, deməli nəfsin qəbul etmədiyi Allah, vicdan, əxlaq, namus, ailə kimi qavramları tənqid edəcəksiz. İnsanlar doğru sözü deyən, doğru yolu göstərən klassikləri dinləmək, oxumaq istəmirlər, deməli siz  o insanları tənqid edəcəksiz. Bu qədər bəylər və xanımlar, bu qədər sadə eyni zamanda bu qədər mürəkkəb”

Əslində bu cənabın sözləri onlara o qədər də yad deyil, əksinə onların elə həyat fəlsəfəsi idi. Bu insanlar nəfisləri, bədənləri üçün yaşayan insanlardı.

Vətənə qayıtdıqdan sonra Gülay xanım mavi dostu ilə eyni evi paylaşmalı oldu, aralarında yalançı, ancaq kağızlar üzərində olan bir nigah bağlandı, çünki elədiklərini gizlətmək üçün onlara bir kölgəlik lazım idi, bu kölgəlik də evlilik idi.

Beləlliklə ən böyük dəyəri öz hərəkətləri ilə dəyərsiz edərək başladılar işə. İlk köşə yazısında azad qadın, qadın azadlığı kimi ifadələr işlətdi Gülay xanım. Qadınları üsyana, azad olmağa səsləyirdi bu yazı, ancaq bu azadlıq qadınların heç duymadığı bir azadlıq idi.

Bu yazının başqa böyük bir saytda da çıxmasını istəyirdi. Saytın ofisinə getdi, Baş redaktoru soruşdu, otağında oolduğunu söylədilər. Mini ətəkli, qırmızı dodaqlı katibə telefonda nəsə dedi və Gülaya Cənabın onu gözlədiyini söylədi.

İçəri daxil oldu, gözünə dəyən ilk şey otaqda olan böyük və rahat divan oldu. Yazısını saytda çıxarmaq istədiyini söylədi. Bunun imkansız olduğunu söylədi cənab. Məsələ aydındı, divana yaxınlaşıb əyləşdi. Gülümsədi. Saçları sinəsinə dağıldı, çox ehtiraslı görsənirdi. Cənabdan ona yaxınlaşmasını istədi.

Nədənsə cavab gözlədiyi olmadı, otaqdan qovuldu. O gün anladı hər divana uzana bilməyəcəyini, bu məmləkətdə satılmayacaq insanların da olduğunu. Ancaq qapıda telefona baxan katibənin niyə qısa ətəkli, qırmızı dodaqlı olduğunu anlaya bilmədi. Və yenə o gün anladı hər şeyin istədikləri kimi olmayacağını, onlara qarşı mübarizə aparacaq insanların da olacağını, ancaq mübarizədən əl çəkmək olmazdı, yola davam etməliydi, etməliydilər.

Yazıçılar birliyinə üzv olmadı, daha doğrusu olmaq istəmədi. Onun düşüncələrinə görə o hamıdan ağıllı, hamıdan yaxşı yazırdı və belə bir üzvlüyə ehtiyacı yoxdu. Üzv olmamaq bir yana başladı tanınmış, sözünü demiş yazıçıları təhqir edən yazılar yazmağa, özü də tənqid adı ilə.

 Bir gün gəldi yazdıqları bir kitab olacaq qədər çoxaldı. İndi qalırdı kitab çıxartmaq. Kitab çıxarmaq üçünsə pullu bir kişi lazım idi. Bu işdə çox əziyyət çəkmədi, sadəcə bir status yazdı, “Kitab çıxarmaq istəyirəm, kim sponsorluq edə bilər” deyə. Statusu yazandan onbeş dəqiqə sonra sponsor tapıldı. Görüşüb, məsələni daha dəqiq danışmaq lazım idi. Sövdələşdilər, sabah gecə saat on birdə onu evin qarşısından maşınla götürəcək, danışacaqdılar. Sevdiyi mahnılardan birini zümzümə edə- edə yatdı.

 Sabah oldu, günorta keçdi və nəhayət ki, axşam gəldi. Dodaqlarını qırmızı rəngə boyayıb, ən qısa, ən dar paltarını geyindi. Ən gözəl ətrini vurub, başladı gözləməyə. Saat on bir oldu, pəncərənin qarşısında bir maşın dayandı. Siqnal verib, insanları oyandırmaqdan qorxduğu üçün zəng edib, onu aşağı çağırdı. Düşdü və maşına əyləşdi. Bu əlli yaşlarında eybəcər, yekəqarın bir kişi idi. Yekə qarın kişilərdən zəhləsi gedirdi, lakin özünü gülməyə məcbur elədi. Necə olsa bu axmaq da ondan digərlərinin istədiyini istəyəcəkdi, əvəzində isə kitabını çap etdirmək üçün lazım olan pulu verəcəkdi. Öncə bahalı restoranların birinə getdilər. Yeməklərdən yeyib, içgilərdən içdilər. Gülüb, əyləndilər. Kitabla bağlı lazım olan pulu verməyə razılaşdı cənab. Gülay buradan çıxandan sonra gözəl bir evə gedəcəyini düşünürdü. Maşına mindilər, bir xeyli getdikdən sonra kimsələrin olmadığı bir yerə gəlmişdi maşın. Gülaydan maşından düşməsini istədi, qorxsa da düşdü maşından. Cənab özü də düşdü. Maşına söykənib, şalvarının qabağını açdı və Gülaya diz çökməsini söylədi. Gülayın rəngi dəyişsə də, kişinin dediyini eləməyə məcbur idi. Diz çökdü və başladı öz işini görməyə.....

 Bir neçə dəqiqədən sonra Gülay işini bitirdi. Cənab bir dəstə pulu onun yanına atıb, oradan uzaqlaşdı. Maşın onun yanında yavaş- yavaş uzaqlaşarkən Gülay qurumuş bir ağaca söykənib, öyüyürdü. Rüzgarsa yerə atılmış pulu, yerdən qaldırmaq üçün mübarizə aparırdı.

  Kitabının təqdimatına onu sevən kişilərin hamsı gəldi, onu tərifləyib, göylərə qaldırdılar. Bir çox saytlar bu kitabdan yazdı, bir sözlə şairə Gülayın “ Avtobusda sevişmək” adlı kitabı son yüz ildə yazılmış ən böyük əsər adlandırıldı. Bu əsərə ən böyük dəyəri isə onun mavi dost verdi, öz köşəsində onu qadın azadlığı uğrunda mübarizə aparan bir qəhrəman kimi göstərdi.

 Bəli indi Gülayı hər kəs tanıyır. Paylaşdığı hər statusa əlli-altmış, hər şəkilə isə yüzlərlə like gəlir.

 O, isə yeni kitabı üzərində işləyir. Kitabın adı isə “ Baş redaktorun divanı” olacaq.

 

TURAL SAHAB

. 23.04 2014


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+37=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.025 saniye