Sözüm sizədir,qızlar,
Tələsməyin sevgidə.
Sevilə bilərsiniz
Hər ildə,hər fəsildə.
Qəlbinizdə bir duyğu
Yuva salmışsa əgər,
Deyim sizə ,doğrusu.
Tələsməyin bir qədər.
Hər evin çırağını
Yandırmaq asan deyil.
Eşqin ayrılığını
Unutmaq asan deyil.
Sizə eşq elan edən
Deməyibsə son sözün.
Ürəyi itirməkdən
Bir az qorx,bir az çəkin.
Sözüm sizədir,qızlar,
Sevgidə tələsməyin.
Hər üzə gülən ilə
Danışıb söz kəsməyin.
8.04.1982 / Sumqayıt
Mövlud Ağamməd