Uşaqların ölüm xəbərlərinin kölgəsində 13 maddə ilə müharibənin tərifi
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 19:28 15 yanvar 2016 tarixində əlavə olunmuşdur

Müharibə və ya hərb; ölkələr, bloklar və ya bir ölkə içərisindəki böyük qruplar arasında reallaşan bütünlüklə silahlı mübarizədir. Müharibələr, ümumilikdə, dini, milli, siyasi və iqtisadi məqsədlərə çatmaq üçün reallaşdırılır. İstifadə olunan silahlara, məqsədlərə, tərəflərə və gerçəkləşdiyi yerlərə görə fərqli şəkillərdə adlandırılır: nüvə müharibəsi, soyuq müharibə, vətəndaş müharibəsi, dini müharibə (cihad, səlib yürüşü), dünya müharibəsi və s. Qarşı tərəfi çaşdırmaq, maddi və mənəvi zərər vermək üçün gerçəkləşdirilən silahsız fəaliyyətlər də ümumilikdə müharibə təriflərinə daxil edilir. Müharibənin məşhur tərifi isə bir neçə soyuq cümlədən ibarətdir. Başına gəlməyənlər üçün imtahan sualına düşəcək bir necə cümlə, başına gələnlər üçün isə bambaşqa bir şeydir.

 

1) Başına gəldiyində ağıl sağlamlığını qoruya bilməyəcəyin bir şeydir.

2) Robotlaşmaq və duyğusuzlaşmaqdır.

3) Haraya çatacağı bəlli olmayan bir yoldur.

4) Bapbalaca qalmaqdır.

5) Real həyatdan vaz keçməkdir.

6) Sevdiklərindən ötrü darıxmaqdır.

7) Tanımadığın insanlara nifrət etməkdir.

8) Uşaqlardan əsgər yaradan bir qaranlıqdır.

9) Həyatda qala bilməməkdir.

10) Qorxmaqdır, çox qorxmaqdır.

11) Anandan ötrü darıxmaqdır.

12) Nə qədər çalışırsan-çalış, hər kəsi xilas edə bilməməkdir.

13) Uşaqları qoruya bilməməkdir.

 

Mənbə: Onedio.com (türkcədən tərcümə Nigar Ş.)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0246 saniye