-------UŞAQLIQ HƏVƏSİ--------
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 20:09 03 may 2014 tarixində əlavə olunmuşdur

 

Hərdən unuduram böyüdüyümü,

Sanki bapbalaca uşaq oluram.

Qoşulub körpəcə övladlarıma,

Elə mən onlarla yaşıd oluram.

 

Ötübdür ömrümün,bəlkə,yarısı,

Bəlkə,yarı yaşı tamamlamışam.

Görəsən,niyə mən ruhumda hələ

Elə uşaq kimi kövrək qalmışam?

 

Baxıram keçmişə,ruhum sızlayır,

Baxanda sabaha,gözüm böyüyür.

Ilişib qalmışam bu günümdə mən

Ruhum kölgəmi də yıxıb sürüyür.

 

Əlimdə böyüyür körpəmin əli,

Öz əlim gözümə balaca dəyir.

Bir zaman anamın əlində əlim

Indi bala əli əlimə dəyir.

 

Bağrıma basıram qayğılarını,

Gecələr oyanıb siğal çəkirəm.

Hərdən unuduram analığımı,

Özümdə anamdan sığal gəzirəm.

 

Nə zaman böyüdüm,necə böyüdüm,

Inan ki,ağlıma gəlməyir mənim.

Bir vaxt gəlinicyə corab hördüyüm,

Uşaqlıq ruhumdan bitməyir mənim.


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+33=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
edebi-islami.vehdet@yandex.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0444 saniye