Yada sən...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:24 19 dekabr 2016 tarixində əlavə olunmuşdur

İşdi,şayət,məni görmək istəsən,
Ya mən gəlim,bir az tələs ya da sən.
Xeyir işlər gör ki,hər an,hər vədə.
Əməlinlə düşəcəksən yada sən.
***
İslanmışam,yağışından yox qorxum,
Kimdən,nədən çəkinim,ya da qorxum.
Namərdlərdən özün qoru,nə qorx,um.
Sirrin vermə nə dosta,nə yada sən.
***
Dünyanın da dərdi azdır,çoxalar,
Sənə azın verib,özü çox alar.
Qismətindi,dinmə,demə,çox olar,
Şükür elə,Mövlud,o paya da sən.

21.08.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0247 saniye