100 ilin tənhalığı...
Bəhram Həsənov tərəfindən "" bolməsinə 20:39 14 fevral 2014 tarixində əlavə olunmuşdur

...son günlərini qapıya baxaraq keçirmişdi. Təqvimdə vərəq qalmamışdı. son vərəqi 3 gün əvvəl qoparmış, qırmızı qələmlə işarələdiyi səhifəni atmamışdı. arabir əlindəki kağıza, sonra divarda boş təqdim yerinə baxırdı. sonra saatlarca gözü qapıya dikilib qalırdı.

hər dəfə külək qapını tərpədəndə oturduğu çarpayısından qalxıb qapıya tərəf qaçırdı. qapını açanda elə bil yoxluqdan ağır bir zərbə alırdı. gözləri uzanıb gedən kənd yolunda yürüyüb meşənin içindəki döngədə itiridi. bəzən gözləri yerindən çıxıb o döngəni də dönmək, sonuna qədər gedib onu tapmaq istəyirdi. küləy bu dəfə qapını üzünə çırpır, birtəhər qapının çərçivəsindən tutub özünü toxtayırdı. yenə qayıdıb yerində otururdu...

...həyətdə xışıltı eşidildi. qapı aralandı, amma açılmadı. Ümidinin son qığılcımını alovlandırıb qapıya yaxınlaşdı. Qapını açdı, gözlərini yerdən ayırmadı. Küləyin gətirdiyi xəzəl evə doldu. Dönüb divardakı boş təqvim yetinə, əlindəki qırmızı işarəli, əzik-üzük təqvim vərəqinə, çarpayısına baxdı.

... 3 gün idi gedirdi. həmişə arzusunda olduğu meşənin içindəki döngəyə çatmışdı. içindən bir səs onun döngədə gözlədiyini deyirdi.

Arxadan öz adını eşitdi. Səs uzaqdan gəlirdi. Geri döndü, şişmiş gözləri 3 günə gəldiyi yolu bir anda geri qayıtdı. günlərdə gözlədiyi, dözməyib sorağına çıxdığı qonağı gəlmişdi. ürəyində nə qədər böyük sevinc var idisə, bədəni də bir o qədər yorğun idi.

...gözlərini açdı. Elə bil dünyaya bir neçə saniyə öncə gəlmişdi. soba yanırdı, masanın üstündə ayın 6-sını göstərən təqvim səhifəsi vardı. Yerindən atıldı. Siyirməni açdı, qırmızı qələmi tapdı, təqvimin son səhifəsini çevirdi, ayın tarixini çevrəyə aldı, altında bir ad yazdı. döndü, qapıya baxdı, gülümsədi...

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0247 saniye