12-ci Həqiqət‬..
Susqun tərəfindən "Hekayə" bolməsinə 20:44 19 mart 2015 tarixində əlavə olunmuşdur

12-ci Həqiqət..

Bölüm 1.. Proloq

Ümumiyyətlə bu əsər deyil, bəlkə də əsərdir. Mənim və mənim kimi axtarışda olan skeptik (şübhəli) insanlara yardımçı olacaq bir yazı toplusudur. Əgər əvvəlki axtaırşımı "Xoşbəxtlik axtarışında"nı oxumamısansa bunu oxumağa dəyməz, elə bil kitabın əvvəl ikinci cildini oxuyursan, ya da serialına 2ci bölümdən baxırsan, bu tip bir şey. Təxminən 4-5 ay keçib sonuncu axtarışdan, dünən təsadüfən öz əsərimi oxudum. Bir oxucu əsəri oxuyarkən, yazıçıdan daha çox xəyal qura bilər, daha fərqli yaşa bilər, bir ssenarist bir əsəri daha fərqli təhlil edib fərqli bir kino çəkə bilər. Ancaq öz yazdığın əsəri yazanda hər sözü yazarkən hansı hissləri keçirtmisən, hansı sözü kimə həsr etmisən, hansı fikir sənin beyninə hansı kitabdan, hansı dialoqdan, hansı filmdən gəlib, baxan kimi bilirsən və bu çox möhtəşəm bir hissdir. Bəlkə də gələcəkdə nə vaxtsa bu əsər çap olunacaq və bunu kitab şəklində oxuyacaqsan. Bu bədii roman deyil, psixoloji günlük deyil, yarımfəlssəfi teoremlər toplusu deyil. Nə də rəy bildirmək. Elmi əsərə də oxşamır. Bu sadəcə şübhə duymağı bacaran insanlar üçün bir kömək vasitəsidir ki, şübhəni daha doğru olmayan şeylərə duysunlar. Şübhədən doğan axtarışları istiqamətləndirmək üçün bir "istifadə qaydaları"-dır. Bu şübhəli insanların heç yerdə danışa bilmədiyi şeyləri deyə biləcəyi, bir həmsöhbətdir. Başqa heç nə. 
Bu əsərdə çox şeydən yaza bilərdim. Vaxtı ilə əlinə böyük güclər keçmiş, lakin sonradan bu gücləri itirən bir böyük şəxsiyyətin hekayəsi ola bilərdi. Necə deyərlər "dadı damağında qalmış" biri. Ya da ki, cəmiyyətdən iyrənən, cəmiyyətə nifrət edən, lakin cəmiyyətdən ayrı qala bilməyən bir homo sapiensdən də yaza bilərdim. Azca dram ssenari, retro sevgi hekayəsi və də pulsuzluq. Ya da mənasız kapitalizmdən, anlaşılmaz milliyətçilikdən, uydurma tarixdən, ya da tamam başqa bir ideologiyaya söykənən bir əsər. Yox. Mən bu cür ideologiyaya söykənən yazı yazmaram. Təbiətimə uyğun deyil. Təbiətimə xəyanət edə bilmərəm. Üstəlik yazsam belə sinifində ən zəif əsər olar. Halbuki, bu cür əsərlər daha çox oxunur. Zibil atmaq adı ilə şəhərdən qaçan və başına klassik aksiyon hadisələr gələn bir gənci də baş rol edə bilərdim, ya da həyatının son illərini yaşayan bir qoca. Lap elə bizim cəmiyyətə uyğun olsun deyə əvvəl bir-birlərindən nifrət edən, sonradan dostlaşan gənclərdən də yazmaq olardı. Ya da ki, həyatını qurmaq üçün sərvətdən imtina edən bir axmaqdan. Nə bilim. Bəlkə də ən zəif əsərim olacaq. Vecimə deyil. Həmsöhbətlərim üçün yazıram. Hazırsan?

Bölüm 2.. Şübhə..

Bir oxucu kimi ən sevdiyim kitab müəlliflərindən biri, bəlkə də birincisi Oşodur. Bilirəm, deyəssiz ki, onun şagirdləri tərəfindən kitabları çap olunub, özü kitab çıxartmıyıb filan. Özü bilər. Çıxardıbsa əhsən, çıxartmıyıbsa yenə əhsən. Mənə bu müzakirə maraqlı deyil. Əgər oxumamısınızsa mütləq oxuyun. Oşonun "hisslər komplekti" deyə bir qrup kitabları var. Fikir vermişəm, "İntuisiya", "Zəka", "Sevgi", "Ego" kimi hiss və hisslərə yaxın olan terminlərə aid tək bir kitab şəklində çap olunan mülahizələri var. Ancaq "Şübhə" deyə bir kitabı yoxdur. "İnanc, şübhə və fanatizm" deyə bir kitabı var. Ancaq təkcə "Şübhə" yoxdur. Məncə Oşonun şagirdləri ya da kitabları kim çıxardırsa böyük bir səhv etməkdədir. Bu hisslərin içində ən güclülərdən biri "Şübhə"-dir. Şübhə nədir? Bilən var? Hə hamımızın müəyyən bir anlayışımız var bu haqqda. Şübhə etmək, şübhə şeytan əməlidir, şübhələnmək və s. Bir şey danışım, bir dəfə bir təhsil ocaqlarının birində "təhsil alan" bir qüvvə kimi oturmuşam auditoriyada, müəllim soruşdu ki,"kim özünü təqdim edə bilər?" ancaq ətraflı şəkildə, bütün auditoriyadakılar əllərin qaldırır, "Mən gəlim" tipli sözlərlə qışıqr-bağır saldılar. Əlbəttə ki, müəllim yuxarı qiymət söz vermişdi yaxşı təqdimata. Sıra ilə bütün əllərini qaldıran cavab verməyə başladı. "Mən filankəsəm, təhsilim budur, məşğuliyyətim budur" və bitdi. Ən yaxşı halda özündən danışan insan 9 cümlə qura bildi. Yəni bu 9 cümlədə sən bu insanı tanıya bilmirsən. 9 cümlədə ümumi 50-60 bəlkə də daha çox "ee", "ııı", "hmm" tipli sensitiv modallardan istifadə edirdi. Təbii ki, bu nitqi çox maraqsızlaşdırırdı. Nəysə. 1 saat əvvəl "mən təqdim eliyim özümü" deyən tələbələrdən heç kəs müəllməni razı sala bilməmişdi. Sonda müəllim mənə "sən niyə cavab vermək istəmirsən?" sualını verdi, düzü özümü hazır hiss etmirdim, müəlliməyə "mən bu suala ətraflı cavab verə biləcəyimi düşünmürəm" dedim. Elə bu səmimiliyimə görə o yüksək qiyməti mən aldım. Yəni ki, insan bildiyini zənn etməməlidir. Ya bilməlidir, ya da bilməməli. Qayıdaq şübhə hissinə. Şübhə etmək haqqda elə də böyük təsəvvürə malik deyilik. Maksimum 10 cümlə dayanmadan ard-arda qurub danışa bilsəz şübhəyə aid, bəlkə də siz nəsə bildiyinizi sübut edə bilərsiz. Şübhə haqqda böyük araşdırmalarım var. Ona görə də, istəyirəm ki, dostum, hələlik mən danışım.
İslam cəmyyətində məhşur bir deyim var. "Şübhə şeytan əməlidir". Mən bunun tamamilə əleyhinəyəm. Bəli məni kafir hesab eliyib, indicə ya kitabı bağlıyıb kənara ata bilərsiz və ya oxuduğunuz internet-səhifəni bağlıyıb "bu nədir ki, bundan ötrü vaxtımı itirirəm" deyə bilərsiz. Hətta bu fikrimə görə məni öldürə də bilərsiz. Ancaq bu cümləni daha məntiqli hala gətirə bilməzsiz. Bu mümkün deyil. Ən ali məhkəmələrdə belə ilk öncə hər iki tərəf dinlənilir, sonra kimin haqqlı, kimin haqqsız olduğuna qərar verilir. Təsəvvür eliyin ki, Azərbaycanda orta İQ göstəricisi 80-110 arasıdır ki, bu çox bərbad statistikadır və bu intellektə sahib gənclərimizin çoxu "massonlar satanisdir və pişik yeyirlər" deyir. Gəlin bu cümləni azca təhlil edək. İlk öncə deyim ki, Massonlar tamam ayrı qrupdur, Satanistlər ayrı bir cərəyandır, "Pişik yeyənlər" isə tamam ayrı tayfadır. Biz öz dəyirmi masalarımızda bu cümləni işlədib, sarkazm olaraq cümlənin banilərini ələ salırıq. Həqiqətən. Massonlar haqqda az da olsa "Xoşbəxtlik axtarışında" yazmışam. Elə Satanizm haqqda da. Satanizm, hə şeytana, ya da hansısa fövqəl varlığa sitayiş edən bir cərəyandır. Ətraflı Xoşbəxtlik axtarışındada yazmışam. Ya da Google-da axtarış edərək məlumatlana bilərsiz. Gələk pişik yeyənlərə. Əslində Satanizmdə belə bir şey yoxdur. Nə də Massonlarda. Tayfa adəti kimi bir şeydir pişik yemək. Təbiətdə hansısa canlının digərini yeməsi günah və ya səhv sayılmır. "Kim güclüdürsə o da haqqlıdır" prinsipi var. Ey insan, sən niyə toyuq yeyirsən? Ya da dana əti. Nə bilim. Donuzu yemirsən. Çünki, hansısa adətə görə, natəmizliyinə görə və ya başqa səbədən yemirsən. Başqalarının isə yeməyə səbəbləri var. Pişik də elə. Yeyənlərin səbəbi var. Sən necə donuzu yemirsən ki, dinim icazə vermir, Somalidəki, Aşqadabonlar tayfasının toteminə görə pişik yeməsən günahdır. Bu sistem belədir. Öz işinizlə məşğul olun. Massonların içində biri xristiandır və donuz yeyir, digəri müsəlmandır yemir. Üçüncüsü isə aşqadabondur və pişik yeyir. Bu o demək deyil ki, massonlar pişik yeyir. Cümləni məntiqlə qurun. Yeri gəlmişkən, massonizm dini cərəyan deyil, yəni müsəlmansansa masson ola bilərsən. Bunu Kaballahı oxumuş biri kimi deyirəm. Gələk əsas məsələyə. Şübhə şeytan əməlidir. Şeytanın cərəyanında - Satanizmdə əsas 21 müddəa var ki, heç birində şübhə sözü belə işlənmir. Bu sadəcə İslamın və Xristlərin uydurduğu bir məntiqsizlikdir. Çünki Şeytan onların əsas rəqibidir. Və inandırırlar ki, şübhə etsən səhv edirsən. Gözünü yum və inan. Mən isə daha məntiqli şey təklif edirəm. Gedin açın Satanizmi də oxuyun, İslamı da. Hər ikisinin bütün ideologiyasını biləndən sonra qərarınızı verin ki, satanistsiz, ya müsəlman ya da heç biri. Hə bir də gülməli bir şey deyim. "Satan" şeytanın ingiliscə beynəlxalq adıdır. Bütün dillərdə (demək olar ki) Satan işlənir. Azərbaycan dilinin qrammatikasında "an, ən" şəkilçisi feli sifət olduğundan, bizim orta statistik intellektə sahib həmyerlilərimiz düşünür ki, "Allahı satan"-ların dini "Satanizmdir". Belə çox gülməli.

Bölüm 3.. Axtarışın başlanması..

Təxminən Xoşbəxtlik axtarışındanı yazıb qurtardığımdan bir-iki həftə keçmişdi. Oktyabrın ortaları olar. İl 2014. Elvinə zəng etdim. Harda olduğunu soruşmaq üçün. Yerini dedi. Görüşmək istədiyimi dedim. Elvin - fantastik olan bu adam, çoxlarının tanımaq istədiyi, lakin heç kəsin tanımadığı hətta bəzilərinin xəyali adlandırdığı bu insan mənim həqiqi müəllimimdir. Görüşdük. Dedim ki, bəs yeni cavablar tapandan sonra, yeni suallar da tapmışam. Misal üçün Yevgenikanın mənə daha maraqlı olduğunu anladım. İnsan genlərinin yaxşılaşdırma siyasəti. Böyük bir ideologiyadır. Bilmirəm. Bəlkə də tətbiq olunub. Ya da olmayıb. Mən tarixi elə bir mənbədən oxuyuram ki, onun yalan olmadığına əminəm. Mənbəni deməyəcəm. Bu heç bir insanın müəllifi olduğu kitablar deyil. Bu mənbədə hər şey video, səs və görüntüsü ilə sübut olunur. Əgər mən bu mənbədən xırda bir məlumat deyirəmsə, buna tam əminliklə cavab dehəm. Nəysə. Yevgenika haqqda oxuyuram. Tarixdə dəfələrlə uğursuzluqla tətbiq olunub. Ən yaxşı cəhd Hitlerdə olub. Bu günkü Alman nəsilləri Hitlerə çox şey borcludur. Eynşteynin yanında zəka olaraq bir şey olmasa da, mənə görə hər iki şəxsiyyət dahidir, çünki öz işinin ustası olub. Elvinə, narahatçılığım olduğunu dedim. Təbii ki, ilk rəy adət üzrə "xəsətlənmisən", "soyuq dəyib" tipli sözlər olmadı. Çünki, nə Elvin, nə də mən illərdir ki, (azı 4 il) soyuqdəymə, bronxit ya da nə bilim rematizma kimi xəstəliklərə tutulmuruq. Parapsixologiya elmində qısa məlumatlar olan "İmmuteti idarə etmək" bölməsini məncə Azərbaycanda Elvindən yaxşı bilən biri yoxdur. Yəni ki, bu cür insanlar bütün hisslərini idarə edə bilir. Bu hormon problemi deyil. Bu zəiflik deyil. Bu həqiqətən özünü idarə etməkdir. Bir dəfə bir nəfər bu haqqda danışmazdan əvvəl bir insanın digərini idarə etməyindən xəbər verdim. "Gypnossis", "Woo" ya da "RemoSens" tətbiqləri. Adlarını və necə olduqlarını bilməsə də mənlə razılaşdı. Hətta tarixdə dünya şahmat çempionatının finalında hansısa məhşur şahmatçının bu yolla uduzdurulduğunu da misal çəkdi. Ardından Elvinin özünü idarəetmə prinsipindən danışdım. Məni ələ saldı ki, belə bir şey yoxdur filan. Bircə cümlə dedim və artıq 4 aydır ki, həmin insanla əlaqəmi kəsmişəm. "Özünü idarə etmək mümkün deyilsə, başqasını necə idarə etmək olar?". Məntiqsiz insanları əhatəmdən uzaqlaşdırıram. Ya cəhd edirəm ki, onun fikirlərini məntiqli şəkildə dəyişim, ya birdəfəlik uzaqlaşdırıram, ya da ki müəyyən vaxtlıq bəlkə də özü əlaqə saxlamayana qədər həmin insanla əlaqə saxlamıram. Sizə də məsləhət görürəm. Ən yaxınlarınız olsa belə. Mümkünsüz heç nə yoxdur. Sadəcə yoxlayın. Vazkeçilməz insan yoxdur, vaz keçə bilməyən insan var. Elvinə qayıdaq. Yevgenika haqqda söhbətləşirdik. Klassik Elvin tavrları və mənə "12" dedi. Sonra bu barədə heç nə demədi. Sadəcə 12. Mənə ya "19"-u axtar, ya da "12"-ni. Təbii ki, bağlılığımdan dolayı "19"-u seçəcəyimi bilirdi. Ona görə də, "unutma, 19-a gedən yol, mütləq 12-dən keçməlidir" dedi. Sonra müəyyən hadisələr oldu. Elvin Bakını tərk elədi. Sonra da görüşə bilmədik. Əlaqə saxlasaq da. Mənim axtarışım da başladı elə bu andan.

Bölüm 4.. "12"..

İlk olaraq gəlib evdə "Google"da axtarışlar verdim. İspanca, ingiliscə, almanca, türkçə, rusca və azərbaycanca. Yanımdada xüsusi qeydlər üçün dəftərim və qələmim. Günlərlə axtarışdan sonra xeyli 12 tapdım. Bir ildə 12 ay var. Yarımgün 12 saata bərabərdir. 12 bürc var. 12 imam olub İslamda. İsanın 12 şagirdi olub. İngilis dilində və latın qrafikalı dillərin çoxunda ilk 12 rəqəm sadə sözlərlə ifadə olunur. 12-ci boyut deyə bir şey var. 12 "ikiyə vurma prinsipinin başlanğıcıdır". Və İslamdakı 124.000 peyğəmbər sayısı da bunun davamıdır. Zəburda hətta deylir ki, 124.816 peyğəmbər olub. 124.000 isə yuvarlaqlaşdırılmış rəqəmdir. İkiyə vurma prinsipi. Günümüzdə olan Zəburda isə bu rəqəm yoxdur. Keçdim ətrafımdakılara suallar verməyə. "12 deyəndə ağlına nə gəlir?", "12 nin nə sirrlərini bilirsən?" və s. Biri dedi ki, 12 yaşdan sonra formalaşmışam, o biri dedi ki, PSG 10 nəfərlə 12 nəfərlik Çelsiyə qarşı mübarizə aparırdı. 12-ci adam hakimi nəzərdə tuturmuş. O biri adam dedi ki, "Ən əl haqq 12". Guya Nəsimiynən İmamları inteqrasiya eləyib. Beləcə xeyli boş məlumatlar. Ancaq sırf 12-nin məni hansısa həqiqətə aparacığını düşünmürdüm. Çünki əlimdə məlumat yox idi. 12. Nə var ki? Nə bilim. Ta ki bir şeyi öyrənənə qədər. Əslində müəyyən həqiqəti bilirdim. Fikir vermisizsə zamanla əlaqədər bütün ölçü vahidləri 12 ilə bağlıdır. Yəni 1 saat 100 dəqiqəyə bərabər ola bilərdi. Ancaq 12x5=60. Ya da 1 ildə 12 ay. Ya da bir gündə 24 saat. 12x2. Niyə məhz 12? Maraqlıdır. Gəlin saxta tarixdən yox, reallığımıza sığmayan tarixdən baxaq 12 lərə. 
Deep Vebdə bir məqalə oxudum. Deyir ki, dünyanı dəyişdirən 12 üçbucaq. Maksimum neçə üçbucaq bilirsən? Bərabəryanlı, düzbucaqlı ya da bermud. Fso bu qədər. 12 dənə mistik üçbucaq? Əksər insanın xəyalına belə gəlməz əşi. Nə həqiqəti? Mümkündür? Yox. Əvvəlcə bu 12 üçbucaqdan danışım ki, həqiqətin 12-ci adına bir addım daha yaxınlaşaq. Üçbucaqlar bizə necə kömək edəcək axı?

Bölüm 5.. "12 üçbucaq"..

Deepdəki məqalədə "dünyanı dəyişdirən 12 üçbucaq" adı yazılmışdı. Bunlardan isə cəmisi 5-nin adı yazılmışdı. Bəzi saytlar olure, "saytı tam görmək üçün qeydiyyatdan keçməlisiz zad". Bax o tip bir şey. Deməli bu saytın başlanğıc səviyəsi Deepdə 2-ci səviyyə idi. Davamını oxumaq üçün isə portu və DNS-ni dəyişdirib 3-cü səviyyədəki bu sayta girməliydin. Belə bir sistem. İlk öncə ilk 5 üçbucağa baxaq. Bu üçbucaqlardan cəmi 3-ü bizə lazım olacaq həqiqətə daha yaxınlaşmaq üçün..

1. Bermuda üçbucağı..
2. Misir üçbucaqları.. (piramidalar)
3. da Vinçi üçbucağı..
4. "Pink Floyd" üçbucağı..
5. Paskal üçbucağı..

1. Bermuda üçbucağı.. - Yəqin ki, bu haqqda çoxlu mənbədən çoxlu məlumat oxumusuz, filan vaxtı filan ölkədən filan qədər adam qeybə çəkildi, filan vertolyot yoxa çıxdı və s.. Əgər sizə belə məlumatlar lazımdırsa, Vikipediyadan, Kayzendən və ya başqa xəbər portallarından bu haqqda oxuya bilərsiz, mənsə bizə lazım olan (əsas 3 üçbucaqdan) biri, yəni Bermuda üçbucağının əsas sirrindən danışacam.. Əslində burada qeyri-adi bir şey yoxdur, ən sadə yolla belə izah edim sizə, hazırda bizim gördüyümüz, istifadə etdiyimiz texnologiyalardan deyil, "5D Holoqrafiyadan", "İşınlanma" (atomların köçürülməsi) kimi texnologiyalar vasitəsilə belə bir "müəmmalı" ərazi yaradılıb, bunun kiçik modeli İtaliyada, Sicilya adasında var, hətta kiçik hekayəsi də var ki, (internetdən "Sicilya adasında illər sonra geri qayıdan adam" tipli axtarış edərək oxuya bilərsiz).. Burada istifadə olunan Texnologiyanın gücünə görə, Kaballahda, Talmudda və də Deep-də "üçbucaqlar" haqqda xüsusi bölmədə bu yerin adı çəkilir, hətta deyilənə görə (hansı mənbədən bu fikrin çıxdığını bilmədiyim üçün dəqiq deyə bilmərəm) Bermuda adı bu lahiyyəni fikirləşən insanın adına adlandırılıb..

2. Misir üçbucaqları və ya piramidalar.. - Təbii ki, bəşəriyyətin ən gizli hekayələrindən biri də bu piramidaların o dövrün texnologiyası ilə necə tikilməsi idi.. Oxuduğum məlumatlara əsasən öz fikrimi deyirəm, bunu da çalışıram ki, qısa yoldan izah edim, təsəvvür eliyin ki, oyun oynuyursuz, "Sim Theme Park" kimi bir oyundur, ancaq burada Park yox, elə dünyanı qurursuz, qurduqca qurursuz və level-up eliyirsiz (səviyyə keçmək).. Birdən parkın işçiləri yığılışır üsyan edirlər, bu işçilərin istədiyini etmədiyinizdən "game over" olur, sizsə bu boyda qurduğunuz parkı dağıda bilmirsiz, heyfiniz gəlir, ona görə də, insanları silib yenidən yaradırsız, parka çoxlu su göndərir və parkı su basdırtdırısız, sonra da Nuh adlı birini yaradırsız və su basqını hər şeyi məhv edir, di gəl piramidalar güclü texnologiya ilə tikdiliyindən (ən yüngül daşı 2 ton) su he nə edə bilmir, oyunu yenidən başladırsız, və heç vaxt uduzmursuz, ancaq Nuhdan sonrakı oyundakılar piramidanın necə tikilməsi haqqda məlumat sahibi belə olmurlar, təbii ki, insanların düşüncələrini müxtəlif mövqelərə yaymaq üçün, "dinlərdən", "güclü və dini kitablardan", arada şou olsun deyə "digər yaşam forumlarından", "Bermuda" kimi gizliliklərdən istifadə edirsiz ki, ikinci dəfə "game over" olmasın.. 
Yəni ki, əslində hardasa Nuhun hekayəsi doğrudur (Kaballahda və Talmudda təsdiq olunur, ancaq o adamın Nuh olduğu deyilmir), həm də məntiqi baxımdan fövqal qüvvələrin "əlçatmaz texnologiya" olması daha uyğundur.. Lakin bu bizə lazım olan üçbucaqlardan deyil..

3. da Vinçi üçbucağı.. Məhşur "da Vinçi yalanı"-nın sözlərdəki yaratdığı üç nöqtə və üç tərəf.. Belə ki, ilk söylənən yalan, yalanı ifşa edən doğru və doğrunu təsdiq edən yalan üçü bir yerdə "da Vinçi üçbucağını" əmələ gətirir.. Bu isə bizə lazım olmayan üçbucaqlardandır..

4. "Pink Floyd" üçbucağı.. İnformatika elmində bütün rənglərin sadəcə üç rəngdən əmələ gəldiyi (qırmızı, göy və yaşıl) deyilirdisə, Pin Floydda xüsusi prizmaya düşən ağ işığdan 7 rəngin əmələ gəlməsi göstərilir, bu üçbucağın bir fərqi də ondandır ki, 12-ci boyutda bu üçbucağ insanların gözü ilə (576 meqapiksel) görünə bilməyən rənglərin görüldüyünü deyir (Deep veb, Talmud)..

5. Paskal üçbucağı.. 19 dənə 1 rəqəminin köməyilə əmələ gələn bu üçbucağ özündə böyük sirrlər daşıyır, 19 cildlik Talmud kitabı bu üçbucağın əslində hər bir "1"-inin bir işarə olduğunu söyləyir, (tam adı çəkilmir, izahlarında verilir), Deepdə isə İnsanın 19-dənə hissi və DNA quruluşunun (bu 19 hissin hissəciklərinin) birlikdə Paskal üçbucağının 12-ci boyutda əmələ gətirdiyi forması ilə eyni olduğu deyilir, hətta şəkli belə var.. (di gəl, baxsaq da anlamayacağıq).. Bu bizə lazım olan 2-ci üçbucaqdır..

Bu üçbucaqlardan sonra təbii ki, sadə dillə desək, maraq oyanır. Və bu maraqdan dolayı növbəti məqalədə davamı olan 3 üçbucağı tapdıq.

6. Sigmund Freudun "TTT" üçbucağı (Tövhid-i Təhətlşüur Tavtologiyası)
7. Nyuton üçbucağı.. (3G zaman üçbucağı)
8. Massonların simvolik üçbucağı, ortada "G" hərfi ilə..

Bu üçbucaqlar haqqda qısa məlumat verim..

6. Sigmund Freudun "TTT" üçbucağı (Tövhid-i Təhətlşüur Tavtologiyası)
İlk öncə sözləri ayrı-ayrı xırdalayaq..
Tövhid - İslamda Allaha inanmaq deməkdir..
Təhtəlşüur - İnsanın özünün xəbəri olmadığı şüurdur, başqa sözlə "şüuraltı"..
Tavtologiya - Məntiq elmində "məntiqsiz təkrarlanma"-nın adıdır, tutaq ki, "Yarpaq niyə yaşıldır?" sualına "yaşıldır, çünki yaşıldır" cavabını versək bu Tavtologiya olacaq, əgər elmi izah versək, artıq məntiq olacaq.. Bu üçbucaq "TTT" adlanır və Freudun şah əsəri hesab olunur, günümüzdə İnternetdə bu barədə demək olar ki, məlumat yoxdur..

7. Yer kürəsinin digər əksər planetlərdən fərqi ondadır ki, cazibə qüvvəsinin göstəricisi qeyri-adi şəkildədir.. Yəni ki əksər planetlərdən yuxarıdır və bu planetar səviyyədə "qeyri-adi" sayılır.. Zaman maşını haqqda yəqin ki, heç olamsa adını bir dəfə də olsun eşitmişik.. Fizikadan hamımız bilirik ki, "cazibə qüvvəsi"-ni Nyuton kəşf edir.. Nikola Tesla isə günümüzdə işlətdiyimiz elektrikin ixtiraçısıdır..
Nyutonun ən məhşur əsərlərindən biri olan "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəridir.. O öz əsərində gizli bir nöqtəyə toxunur, zamanda səyahət mümkündür, bunu xüsusi enerji vasitəsilə (elektrik) Yer kürəsindən xaricdə dayanan cismdən ötürülən ani şüa ilə və onunla güzgü istiqamətidə olan digər bir cismlə "zaman yerdəyişməsi" edə bilər, ancaq Nyutonun bu məhşur üçbucağı (bir nöqtədə hansısa bir insan, digərində gediləcək nöqtə və üçüncü təpə nöqtəsi isə yer kürəsindən xaricdə generator vəzifəli aparat) və onun zaman səyahəti istəyi yarımçıq qalır, Deep Webdə böyük alimlərin yarımçıq araşdırmaları xüsusi xakerlər və kibernetiklər tərəfindən bir saytda saxlanılır, bunu Buxarestdəki virtual muzeyə də oxşadırlar..
Sadə dillə, Nyuton deyirdi ki, bir insan eyni anda həm keçmişdə həm indidə, həm də gələcəkdə ola bilər, qeydləri yarımçıq qalsa da, Tesla elektriki kəşf edəndə cəmiyyət ümidləndi, Teslanı vaxtında dinləməyən bəşəriyyət (NASA) sonralar bu təcrübəni reallaşdırmaq üçün, Aya getmək bəhanəsilə praktiki olaraq yaşıyır, Eynşteynin də bu praktikada böyük rolu və hesablamaları yer alır, di gəl, sonralar NASA bu barədə hər şeyi gizlədir, hələ də gizli saxlanılır, ta ki, Deepdə bu haqqda yazılana qədər (NASA hack olunana qədər).. İnsanın eyni anda üç zamanda ola bilməsi "Nyutonun 3G zaman üçbucağı" adlandırılır və hələ də əksər mənbələrdə bu haqqda məlumat yoxdur.. Bu isə bizə lazım olan üçüncü üçbucaqdır..

8. Massonların simvolik üçbucağı, ortada "G" hərfi ilə.. Təsadüfü deyil ki, "qwerty" klaviaturasında da mərkəzdə "G" hərfi yer alır.. Bəziləri "God" (Allah) sözünün baş hərfi kimi izah etsə də əslində bu tamamilə yalandır, ingilis dili, hazırda beynəlmiləl (kainat üzrə) insanların rəsmi dilidir və mərkəz hərfi (simvolu) "G"-dir, üçbucağın içində olmasının izahı isə "Kaballah"-da ətraflı yazılsa da, o bölüm gizli saxlanılır..

Son iki üçbucağı isə sözün əsl mənasında hədiyyə kimi aldım. Hazırsız?

9. Daxili bucaqlarıının cəmi 180 dərəcə olmayan üçbucaq..
10. Turiya üçbucağı..

9. Daxili bucaqlarıının cəmi 180 dərəcə olmayan üçbucaq.. Bildiyimiz kimi, Həndəsə elmində üçbucaqlar fəsili başlayanda üçbucağa verilən tərfilərdə mütləq və mütləq bu söz öz yerini tapır.. "Daxili bucaqlarıının cəmi 180 dərəcə olan fiqur".. Elmdə hələ ki, fərz olunması belə mümkün olmayan bu üçbucaq haqqda insanlarda məlumat yoxdur, Kaballahda bu üçbucağın 12-lik say sistemilə ifadəsinin mümkün olduğu və 12-ci ölçüdə rahat təsvir olduğu deyilir.. (2D, 3D, 4D, 5D, 12D) Bu isə bizə lazım olmayan üçbucaqlardandır..

10. Turiya üçbucağı.. Şərq dillərindən birindən tərcümədə "Turiya" - "4-cü" deməkdir.. Üç üçbucağın əmələ gətirdiyi 4-cü üçbucağın sadə adı da Turiya üçbucağıdır ki, beynəlmiləl olaraq (kainat üzrə) insanları təmsil edən simvolda (bayraq və ya gerb deyək) bu Turiya üçbucağı təsvir olunur, belə ki, "tərcümədə" İnsanların 19-dan çox hissi olduğu,(Paskal) zaman ölçüsünə sahib olduğu (4D) (Nyuton) və də güclü texnologiyasının olduğu deməkdir.. (Bermuda)..

Son 2 üçbucaq haqqda isə ümumiyyətlə məlumat verəyəcəm. Səbəbini sonra izah edəcəm.

Bölüm 6.. 12-ci boyut..

Əvvəlki iki üçbucağı deməməyimin iki səbəbi var. Birincisi odur ki, onsuz da bizə lazım deyil bu axtarışda. İkincisi isə odur ki, 9-cu və 10-cu üçbucaqlar artıq kimlərinsə beynində xeyli sual əmələ gətirib. Bəlkə də dəli olacaq. Ya da tamamilə sirkələyəcək. Ya da başqa bir şey. Yəni 9-cu və 10-cu üçbucaqların yanında "heç nədir". Ona görə gizli qalması məsləhətdir.

12-ci boyutdan öncə daha öncəki boyutlardan xəbər verim. Boyut və ya ölçü eyni mənadadır.

1. "0-cı boyut" və ya "0-cı ölçü".. Bu "ölçü" anlayışının başlanğıcıdır, bu sadəcə bir nöqtədir.. Yəni əlavə ölçüsü yoxdur, Eynşteyn deyirdi ki, ən çətini "0-cı ölçüdür", qalanları asandır.. Digər ölçüləri bildikcə, bu ən asanı olacaq.. 
2. "1-ci boyut" və ya "1-ci ölçü".. Söhbət nöqtələrin əmələ gətirdiyi düz xəttdən gedir.. Bu şüa da ola bilər, parça da.. Ümumigörünüş olaraq bir xətt olmalıdır..
3. "2-ci boyut" və ya "2-ci ölçü".. 1-ci boyutdakı düz xəttin başladığı nöqtədən perpendekuliyar bir xətt çəkirik.. Arıtq iki ölçümüz var.. En və uzunluq.. Adi kağızın özü 2 ölçülü hesab olunur.. Və ya üçüncü ölçüsü olmayan hər şey.. (Ki, belə şey elə də çox deyil)
4. "2.5-ci boyut" və ya "2.5-ci ölçü".. Buradan sonra ölçü anlayışları qəlizləşməyə başlayır.. Belə ki, bir nöqtədən çıxan üçüncü xətt artıq üçüncü ölçünü əmələ gətirir.. En, uzunluq və hündürlük.. Üçüncü ölçü "hündürlükdür".. Kağız üzərində əgər "kub" çəksək bu 3 ölçülü yox, 2.5 ölçülü olacaq, əgər əlinizdə canlı kub varsa (misal üçün kubik rubik) bu artıq 3 ölçülüdür.. Gözümüzlə gördüyümüz əşyaların demək olar hamsı 3 ölçülüdür.. Əgər bunu sadəcə təsviri görürüksə bu 2.5 ölçüdür..
5. Gözümüzlə gördüyümüz hər bir canlının, hər bir əşyanın eni, uzunluğu və də hündürlüyü var.. Ancaq biz "4D" dünyada yaşayırıq, yəni ki, 4-cü ölçü var, bəs bu nədir?
4-cü ölçü Zamandır.. Əslində zaman anlayışı "4-cü ölçüdür".. Davamlı axınlı bir şey deyil.. Elə bil ki, ibtidai cizgi filmlər necə yaranırdı? Hər bir kadrı əvvəlcədən çəkilir daha sonra "ardıcıl" olaraq yayınlanırdı.. Ya da düz xəttə necə tərif veririk? "Nöqtələr toplusu".. Bax bu ardıcıllığın ifadəsi çətin olduğundan insanlar buna "zaman" anlyışı adını verdi.. Təbi ki, zaman sadə baxışdan üç yerə bölünür, keçmiş, indi və gələcək.. Stefan Houkinq isə "xəyali zaman" anlayışını gətirdi.. "İmaginary time".. Bəs bu nədir?
Zamanın 4-cü anlayışı artıq 5-ci boyutu və ya 5-ci ölçünü yaradır..
Bir də ki, 4.5D (4.5-ci ölçü) anlayışı var ki, "hərəkət ölçüsüdür", yəni hərəkət varsa, mütləq hərəkət verici də var, bu hərəkət ardıcıllıq anlayışını tam olaraq izah edir..

İndi isə keçək 12-ci ölçüyə.

"Daxili bucaqlarının cəmi 180 dərəcə olmayan üçbucaq", fövqaliyyət, Tanrı və ya Tanrılar, yüksək səviyyəli texnologiyalar bunlar hamısı 12-ci boyutdadır. Əli Xəyyamın "Hurilər" mahnısı var, daha doğrusu "Hurilər" şeiri var. Adam cənnətdədir. Deyir "burada məkan yox, zaman yox". Bax bizə lazım olan 12-ci ölçü budur. Bizim təsəvvürlərimizdən kənardadır. Zaman yoxdur. Hərəkət və hərəkətverici yoxdur. Yaradılmış və yaradan yoxdur. Zaman və ardıcıllıq yoxdur. 12-ci ölçü Dünyada təkcə Bermudada var. Biz isə orada olanlara, ordan "yoxa çıxanlara" "qeyb oldu", "yox oldu" deyirik. Kaballahda möhtəşəm bir ağır cümlə var. Bu İslama bəlkə də ağır bir cümlədir. Bəlkə də təsdiqlədiyindən güclü cümlədir. Deyir, "xilasedici" (İmam Mehdini nəzərdə tutur) 12-ci boyutda qalıb, oradan çıxa bilmir. Ya da ki, filmlərdə görürsüze, bir insan milyon illər öncə buzun içində donub qalır. Və milyon illər sonra necə var idisə elə də davam edir həyatına. Bir növ 12-ci boyut saya bilərik. 12-ci boyut fövqal boyutdur. Bermudda itən insanlar "12-ci boyuta keçir". Buzda donan insan donduğu müddət 12-ci boyutdadır. tanrılar əbədi olaraq 12-ci ölçüyə sahibdir. Cənnət 12-ci ölçüdə təsəvvür olunur, Utopiya yenə də. Günəş şəhəri də həmçinin. Anlaya bildin dostum?

Bölüm 7.. Həqiqətin ölçüsü..

Hamımızın beynində çoxlu suallar var. Biz kimik? Niyə gəlmişik? Misir piramidaların kim tikib? Toyuq ya yumurta əvvəl yaranıb? Ya da ki, UNO var? Yer kürəsindən başqa həyat var hardasa? Allah var ya böyük bir dini-siyasi ideologiya? Tarixi hardan ən doğru şəkildə oxuyaq? Bürclərə inanmaq doğrudur? Ya da nəyə inanaq? Futbol oyunlar satılıb? Satılıbsa hardan bilə-bilərik? STOP!
Hər şeyi qoyun bir qırağa. Toyuq daha əvvəl yaranıb. Çünki toyuq daha əvvəl yaranıb. Elmdə izahı var, ətraflı oxumaq istəsəz araşdırın. Biz insanıq. Niyəsi yoxdur gəlməyimizin, "yaşamağın məqsədi yoxdur, yaşarkən məqsədlər var", UNO var, Yer kürəsindən başqa planetdə də həyat var, buna sübüt "ExtraNET"-dir. Allah yoxdur, Yaradan var. Bizim ölçümüzdə yox, dinlər siyasi ideologiyadır, yaradan isə ona sitayiş etməyimizi istəmir. Bu sadəcə "idarə edən" insanların "idarə olunanları" idarədə saxlamaq üçün uydurduğu ideoloji strategiyalardır. Oyunların hamısı satılmır. Satılanların dəqiq hesabını bilmək olur, hər oyun təxmini 1000 avrodan satılır. Deepdə satılır. Keçək digər həyatların sübutuna.

"Əvvəlcə oun deyim ki, bura kimi əgər İnternet haqqda nə bilirdizsə, bu yazını oxumazdan əvvəl o bilikləri qırağa qoyun.."

-İngiliscədən tərcümədə "network" - şəbəkə deməkdir, "net" isə bu sözün qısaldılmış versiyasıdır, İnternet sözü isə "net"-in müəyyən bir qismini əhatə edir..

Vikipediyadan, Britanikadan (dünyada 2-ci ən böyük ensiklopediya), İnformatika kitablarından internetin necə və nə vaxt yaranması haqqda baxa bilərsiz, bunları bura yazmaq istəmirəm, keçək internet haqqda bilmədiklərimizə..

İnterNET - tam tərcüməsi "daxili şəbəkə" mənasını verir, burada sual var, daxili şəbəkə varsa, bəs xarici şəbəkə niyə yoxdur? Cavab isə sadədir, var, özü də insanlar tərəfindən "extraNET" adlandırılır.. Bu məsələni belə izah edim.. Ümumilikdə Tarix anlayışı nədir hamımız bilirik, Tarixi "Net" kimi qəbul edək.. Tarixin sırf bizə aid bir hissəsi var ki, buna "Azərbaycan Tarixi" deyirik, daxili tarix də demək olar, necə ki "daxili şəbəkə" və ya "interNET".. Bir də Azərbaycandan başqa digər bütün tarix var ki, o da bizə görə "Dünya Tarixi" adlanır.. Bax bu "Dünya Tarixi" insanlara görə "ExtraNET"-dir.. Sual: İnternetdən insanlar istifadə edirsə, extraNetdən kimlər və niyə istifadə edir?

"www" - hərflərinin açılışı "dünya görümçək toru" mənasını verir.. Deməli burada balaca həqiqət var, bu sadəcə dünya üçündür.. Yəni ki "www" sadəcə İnternetdə mövcuddur.. İnternetin özünün saytları, xüsusi ayarları, portları, DNA və ya DNS-ləri var.. İnternet özü isə ümumilikdə iki təbəqəyə bölünür, birinci təbəqə "Surface Web" (dayaz) ikinci təbəqə isə "Deep Web"-dir.. Keçək ExtraNET-ə.. ExtraNET haqqda məlumatların olmasını gizlətmək olmazdı, ancaq bütün insanların əli çatacağı yerə bu cür həqiqəti qoymaq da bir az məntiqsiz olardı deyə, bu NET-i dünyaya gətirənlər onu daha dərində, "Deep"də saxlamağa qərar verdilər.. Dünyada ExtraNET-ə giriş üçün lazım olan cihaz, port və s.. ləvazimatlar sadəcə Vatikan yeraltı 4-cü mərtəbəsindəki muzeydə, xüsusi kitabda (tam kitab sayılmasa da) və Deep Webin ən az girilən saytlarında var.. (6-cı səviyyədən sonrakı)

Sadə izah: Azərbaycan xalqı neti işlədir, ruslar da, ingilislər də və s.. Bizim öz domenimiz var (.az), rusların öz (.ru) və s.. Azərbaycanlılar üçün (.az) domeniylə bitən saytlar birlikdə daxili şəbəkə hesab olunur, bütün bu daxili şəbəkələr bir yerdə isə interneti əmələ gətirir, eləcə də Yer kürəsindən 1.9 milyon işıq ili uzaqlıqdakı planetin sakinlərinin interneti var ki, onlar da "www"-ya bənzər bir şəbəkə istifadə edirlər, (tutaq ki, "vbn") bütün bu internetlər bir yerdə "NET"-i əmələ gətirir, extraNET isə bir yaşam formunun (tutaq ki insanlar üçün) gözündə öz istifadə etdiyi şəbəkədən xaric yerdə qalan NET-in saytlarının məcmusudur..

Qısası insanlardan başqa yaşam forumları da mümkündür..

Bölüm 8.. Həqiqətin təhlili..

Piramidalar haqqda eşitmisiz? Ən yüngül daşı 2 tondur və elə bir ölçüyə sahibdir ki, birini digərinin üstünə qoymaq üçün hansı mexanizm lazımdı? Və bu piramidanın tikilməyinə lazım olan vaxt (o dövrün texnologiyasına görə) o qədər də inandırıcı deyil. Hələ piramidaların içində elektrikdən istifadə olunub. Hansı ki, Nikola Tesla bunu heç 300 il deyil kəşf eləyib. Piramidaların içində tozlanma da getmir. Nə cür texnologiyadır bu? Ya da Nuhun hekayəsi. Yəqin hamımız eşitmişik. Doğrudur bu görəsən?
Təsəvvür eləyin ki, insanlardan öncə dinozavrlar olub. Tutaq ki olub. Ancaq bunlar bizim düşündüyümüz kimi iri, sadəcə anqırıb-qışqıran, ot yeyən və meteorda məhv olan yaradılmışlar olmuyub. Ya da olub. Meteoru isə digər yaşam forumları göndərir və "Yer kürəsini işğal edir". Başlayırlar burada məskən salmağa. Həmin o meteor atan insanların davamçıları bizik. Bilirsiz hansı davamçılar? Gəldiyimiz qalaktikadakı insanlar üçün lazımsızıq. Onlar yevgenikadan uğurla keçmişlərdir. Onlar Sirat körpüsündən Cənnətə çatanlardır. Onların orta ömrü yoxdur, daimi yaşayan varlıqlardır. "Superİnsanlar". Xəyal edə bilirsiz? Necə oldu ki biz onluq say sistemini kəşf elədik? Hə Misirdə icad olunub. Hamımız bilirik. Necə? Bilmirik. Yer kürəsi kimi onlarla planetdə insanlar yaşıyır. 12 müxtəlif "İnterNET" vasitəsilə bir-birlərilə əlaqə saxlayırlar. Fərz eləyin ki, Günəş qalaktikasında 12 planet var. Hamısında da insanlar yaşıyır. Getdikcə daha çox inkişaf etmişlərdən ən az inkişaf etmişlərə qədər. Ən yaxşılar, hansı ki boyları 2 metrdən yuxarı olan, immuteti güclü olan, hisslərinə qalib gələn, qanadları olan, beyni 250 İQ+ olanlar ən yaxşılardır. Ən pisləri isə bu gün Avstraliyadakı Aborigenlərin vəziyyətindədir. Hansısa varlığa inanırlar. "Hansısa varlıq" elə özümüzük. Sizcə yadplanetlilər niyə bizlə əlaqə saxlamır? Ya çox ağıllıdırlar və buna dəyməz. Ya o qədər də ağıllı deyillər. Ya da o qədər ağılsızdırlar ki, bunu etmirlər. Nə bilim. Hər hansı halda bir kontakt olmalı idi. Siz necə internetdən istifadə edirsizsə, (2D, 3D) özünüz üçün necə bir həyat yaratmısızsa, 12-ci boyutdan da bizi (4-cü boyutu) idarə etmək mümkündür. Bizim içimizdən ən yaxşılarını seçmək üçün dinləri (sınağı) qoyublar. Burada qalib gələn uduzur, Sirat körpüsünü keçən "Aborigenlərin yanına", şübhə etməyi bacaranlar, axtarış edənlər, təslim olmayanlar isə yəni dində uduzanlar isə (şübhə edənlər, həqiqətə inanmaqdansa həqiqəti yaradanlar) "Superİnsanların" yanına 12-ci boyuta gedir. İnternet özü NETin sadəcə Yer kürəsində yaşayan insanlar üçündür. Digər 10 qol isə sırf insan formasında deyil. Bir uniyadır. 11 planetin yaşam forumları (insana oxşuyan və oxşamayan) 12-ci forumun qabağında "dəyirmi masada" izahat verir. Biz bu gün "3-cü dünya müharibəsinə başlayacayıq", ya da ki, balaca bir ərazidə "Azərbaycanda, Bakıda qiyam edəciyik". Bu kimi xırda şeylər. Filankəs xakerdir, başı var. Bizə lazım ola bilər. Bax bu 11 qola nəzarət edən qüvvələr isə 1-ci planetdən digərlərinə göndərilmiş, xüsusi seçilmiş insanlar - massonlardır. "Pişik yeyən satanistlər". Həqiqət budur, ağır olsa da, qəbul olunmasa da.
Yevgenika, 12-ci boyut, "Massonlar pişik yeyən satanistlərdir", İnterNET və digər 11 qol, 12 üçbucaq və s. Həqiqətin "hissələri". Təsəvvür eliyirsən ki, necə ağır düşüncədir? Görəsən neçə nəfər qəbul edəcək bunları? Bilmirəm. Bu əsəri sevmirəm. Çox güclüdür.


Bölüm 9.. Axtarışın sonu..

Bu fikirlər məni xeyli qane edirdi. Müəyyən məntiq var idi. Sübutlarım var idi. Deep Veb, Kaballah və Talmud təsdiqləyirdi dediklərimi. Elvin razılaşdı. Bir iki dahiylə də söhbətləşdim. Mənim bu axtarışımdan yeni şeylər öyrəndilər. Sonda qəribə bir hiss gəldi beynimə. Bəlkə dediklərim doğru deyil? Bəlkə də hansısa bir güclü varlıq bütün bunları əvvəlcədən ssenariləşdirib? Burada dəli olduğumu düşünə bilərdim. Çünki elə də köməyim yoxdur. Səndən əvvəl bu yolu gedən olmayıb və heç kəsdən məsləhət ala bilməzsən. Təbii ki, bunlar xırda zarafatdır. Əslində dediklərim doğrudur, sadəcə insanların bəziləri bunları oxuya bilər deyə qorxuram. Təsəvvür eliyin ki, küçədə hər kəsin cibində silah var. Kimsə artıq danışan kimi o biri vurub bunu öldürdü. Ya da yolda gedirsən biri deyir ki "mənə niyə elə baxırsan" və boom. Öldün. Ya da deyir ki, mənə niyə baxmadın, mən bu gün əsəbiydim və əsəbimi səndən çıxacam. Ya da hər kəs xakerdir. Kimə nə qədər lazımdı girib bankdan oğurluyur. Heç kəs işləmir. Ehtiyacı yoxdur. Beləcə kapitalizm məhv oldu. İnsanlar quruluşları məhv etdi. Dinlərə də qalib gəldi. Artıq cənnətə ehtiyacımız yoxdu. Burada varlıyıq. Bütün pullar infilyasiya etdi. Pul dəyərsizdir. Hər kəs bir birinin şəxsi mesajlarını oxuyur. Xəyanət etmək mümkün deyil. Hamı bir birini izləyir. Hamı xakerdir. Hamı silahlıdır. Xaosa xoş gəlmisiz. Bax mənim yazılarım da belədir. Xırda fikirləri Kaballahdan, Talmuddan ya da Deepdən götürüb üstündə işləyirəm. Araşdırıram. Şübhə edirəm. Hər kəsin bilməməli olduğu fikirlər. İnanın ki, mənim əsərimi oxuyub "yenə nə basıb-bağlamısan?" deyən insan çox sevindirir. "Yes, silahı gördü, ancaq götürmədi", "xakerliyi öyrənə bilərdi, ancaq öyrənmədi". Belə. Müzakirə belə etmirəm həmin insanlarla. Onlar məni və mənim kimiləri dəli hesab edir. Nə etsinlər ki? Biz onların bütün şüurunu darmadağın edirik. Şübhə edərək. Şübhələndirərək.

Bölüm 10.. Yuxu..

Dünən gecə yatmadım. 18 mart 2015. Ki, sabah 19-u dur. 6 stəkan kofeni xatırlayıram. Bu gün üçün nəsə etməliydim. Bir də ayıldım ki, yuxudayam. Mendeleyev sayağı bütün bunları yuxumda gördüm.

Bölüm 11.. 19 mart..

Yuxumun bütövünü yazmağa başladım. Sonuncu bir cümləni xatırladım. "Sən seçilmisən". Deyəsən öz səsim idi. Ya da o qədər tanış bir səs. Ya da deyəsən dəli olmuşdum.

Bölüm 12.. Boşluq..

Axtarışımı və əsərimi ya da söhbətimizi qurtarırıq. Mən Susqun​u 12-ci boyuta geri göndərəcəm. Gördüklərini görüb gəlib mənə danışsın. Xeyirlisi. Deyəsən bir daha gəlməyəcək. Boşluqda qalacaq. Mən isə yeni bir axtarış üçün artıq ilk addımlarımı atmışam.. "Xoşbəxtlik, Həqiqət və.."


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+9=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0345 saniye