13-cü mənzil
Boz şəhərin bəyaz sakinləri olan yazar qardaş və bacılarıma ithaf edirəm...
Bakı...2014-cü il...Köhnə stalinkanın 2-ci mərtəbəsi,13 nömrəli mənzil...Ətrafı bürüyən şam işığı..Qırıq pəncərədən küçəyə baxan gözlər...
Yaşadığı bina Bakının mərkəzi küçələrindən birində yerləşdiyindən burada hər cür insana rast gəlmək mümkün idi.Səhərdən axşama 8 manat üçün işləyən fəhlə,bu fəhlənin bir aya qazandığı pulu bir gecəyə qazanan fahişə,16 il öncə arvadı tərəfindən xəyanətə uğramış dilənçi,millətə “panyatka” dərsi keçən,amma bir qız görən kimi ağzının suyu tökülən biqeyrətlər...Bu insanları müşahidə edən gözlər isə bir köşə yazarına aid idi.Hansı ki,həmyaşıdları gününü tində,bucaqda avaralanmaqla keçirərkən, o,bu avam,cahil xalq üçün nəsə etməyə çalışırdı.Adətən gecə saat 4-ə 5-ə qədər oyaq qaldığından küçəni müşahidə etməyi sevərdi.Bəlkə də insanların gözündəki kin,nifrət dolu baxışlar,yalançı gülümsəmələr onun üçün ilham mənbəyi idi. Bir az fikirləşib pəncərə qarşısından çəkildi.Masa arxasına keçdi.Bir az “vərəqlərlə söhbət edib” yatacaqdı.Çünki sabah tezdən “Savalan” qəzetinin redaksiyasına getməli idi.
***
Telefonun budilniki 07:30-da çalındı.Yuxudan ayıldı.Dişlərini yuduqdan sonra mətbəxə keçdi.Yemək üçün 2 dilim boyat çörək və bir tikə pendirdən başqa heç nə yox idi.Qarşısındakı yeməyi bitirdikdən sonra Allaha şükür elədi.Bu gün redaksiyadan məvacibini aldıqdan sonra yəqin ki ev üçün lazım olan bir-iki şey ala bilərdi.Əynini geyinib qapıya doğru iri addımlarla yaxınlaşdı.Üzərində qara köynək,cins şalvar,bir də uzun palto var idi.Boyunun uzunluğuna da təqibən 1.73 demək olardı.Ayağında qara rəngli krasovka,əllərində qara rəngli əlcəklər var idi.Xarici görünüşünə görə onu muzdlu qatillərə bənzətmək olardı.Odur ki, qaldığı binanın sakinləri ondan bir az çəkinərdilər.Hətta yaşadığı mənzil və özü haqqında bir çox şaiyələr də var idi.Bəziləri deyirdi ki o anarxistdir.Bəziləri deyirdi ki,biz onu zooparkda mühafizəçi işləyərkən görmüşük.Bəziləri danışırdı ki,o illuminatinin Azərbaycana göndərdiyi nümayəndədir.Bizim xalqımız nədə nailiyyətsiz olsalar da söz düzüb-qoşmaqda,kiminsə torbasını tikməkdə çox mahir xalqdır.Amma Rəşad bacardıqca insanlardan uzaq gəzərdi.Onun üçün həyat kitablardan,filmlərdən,musiqidən ibarət idi.Bir də vaxt aşırı teatra getməyi xoşlayırdı.Teatra olan həvəsi uşaqlıqdan yaranmışdı.Tez-tez atası ilə Gənc Tamaşaçılar Teatrına gedərdilər.Hətta bir dəfə S.S.Axundovun “Qaraca qız” tamaşasının axırında ağlamışdı.Bu elə-belə ağlamaq deyildi,həqiqətən ağlamışdı... İndi o günlər yadına düşdükcə kövrəlirdi,amma ağlamırdı.Bəlkədə böyüdüyü müddətdə zaman onun qəlbini daşa çevirmişdi...
***
...Boz küçələrlə addımlayaraq dayanacağa doğru yeridi. 2 dəqiqə sonra gedəcəyi marşrut dayanacağa yaxınlaşdı.Yolu bir az uzaq olduğundan özünə rahat bir seçib əyləşdi.Artıq 10 dəqiqəyə avtobusda xeyli adam var idi.Rəşad mentalitet adamı deyildi ,amma sərnişinlər arasında qoca,yaşlı bir insan gördükdə ayağa qalxardı.Hörmət xatirinə yox,insanlıq xatirinə edərdi bunu.Amma bəzi xalalar təmiz ağını çıxardıblar,özlərini elə aparırlar ki,guya insanlar bunların ulu babasına borcludur.Həmin avtobusda da buna oxşar bir hadisə yaşandı.18-19 yaşlarında bir oğlan ön sıralardan birində oturmuşdu.Bir xanım isə (təqribən 40-45 yaşlarında) bu oğlanın başı üstündə qaşqabaqlı şəkildə ayaq üstə dayanmışdı.Rəşad xanımın 2 oturacaq arxasında dayanmışdı.Amma xanımın kinayəli sözlərini eşidirdi:
-Deyirəm,zəmanə yaman korlanıbee.Cavanlar böyüklərə hörmət zadda qoymurlar,böyük-kiçik saymırlar.Bizim dövrümüzdə belə şeylər heç olmazdı.Ehh heyif deyildi sovetin dövrü..
Həmin oğlan sürücüdən avtobusu saxlamasını istədi.Heç nə demədən,təmkinli bir şəkildə pulunu ödəyib düşdü.Heç qadının üzünə də baxmadı.Üstündəki paltarlar köhnə idi.Gözləri də şiş idi,deyəsən səhərə qədər oyaq qalmışdı.Bəli,həmin oğlan fəhlə idi.Gecə növbəsindən evinə qayıdırdı...Elə yorulmuşdu ki,özünü dayanacağa bir təhər çatdırmışdı.Özünə rahat bir seçib mürgüləyirdi.Xanımın deyinməsi onu yuxudan oyatmışdı.Təsadüfdən həm də evinə çatmışdı.Bəlkə də xanıma təşəkkür etməli idi,çünki onun mənasız danışığı olmasa idi yəqin ayrı dayanacaqda oyanacaqdı.”Misses Mentalitet” isə manikürdən qayıdırdı...
Rəşad hər gün 2-3 dəfə belə hadisələrlə rastlaşırdı.Bir çox görülməməli şeyləri,amma bir köşə yazarının görməsi lazım olan çox şeyi görmüşdü.
Beynində min cür fikirlə lazım olan dayanacağa çatdı.3 bina qarşıda “Savalan” qəzetinin redaksiyası yerləşirdi.4 dəqiqə sonra artıq binanın qarşısında idi.İçəri daxil olub katibəyə yaxınlaşdı:
-Salam Kəmalə xanın,necəsiniz ?
-Salam Rəşad bəy.Yaxşı olasınız.
-Bilmirsiniz Mahir bəy otağındadır ?
-Bəli,otağındadır.
Rəşad təmkinli addımlarla müdirin otağına yaxınlaşdı.Yeni yazısını müdirə təqdim edəcəkdi.Əgər müdir yazını bəyənsə idi,qəzetin növbəti sayısında dərc olunacaqdı.Ümumiyyətlə,Mahir bəy Rəşadın yazılarını çox xoşlayırdı.Sevə-sevə oxuduğu nadir yazıçılardan idi Rəşad.Hətta Savalan qəzetinin Bakıda satış rekordları qırmasının bilavasitə səbəkarı Rəşad idi.Çünki çox zaman aktual mövzuları qələmə alırdı.Telekanalizasiyalarımız ağzına su alıb susduqda,o,heç nədən çəkinmədən həqiqətləri yazırdı.Qorxmadan,tərəddüd belə etmədən.Çünki həyatda itirəcək heç nəyi yox idi.Ailəsi Norveçdə idi,ona görə də onlara zərər dəyməyəcəyinə arxayın idi.Amma bir nəfər istisna idi..Onun kim olduğunu çevrəsindəki başqa heç kəs bilmirdi...
Redaksiyada vəzifəsindən asılı olmayaraq hər kəs Rəşada xüsusi rəğbət bəsləyirdi.Bəs nəyə görə Mahir bəy hər dəfə yazını Rəşaddan tələb edirdi ? Axı Rəşadın bütün yazılarını xoşlayırdı ? Cavab çox sadə idi: Əgər bir müəllifin yazıları insana zövq verirsə,yazı haqqında müəllifin özü ilə müzakirə aparmaq insana ikiqat zövq verir.Sözsüz ki Mahir bəy bu fürsəti əldən vermirdi.Uzun sözün qısası,Rəşad hər bir yazısını Mahir bəylə müzakirə edərdi.Bu onun özünə də xoş idi,çünki Mahir bəylə fikirləri üst-üstə düşürdü.Nadir hallarda fikirləri çəp düşərdi.Nadir hallarda...Amma bu dəfəki nadir hal,digərlərindən bir az fərqli idi...
Qapını döyüb içəri daxil oldu:
-Sabahınız xeyir Mahir bəy.
- oo sabahın xeyir Rəşad.Necəsən ? Haralardasan ki neçə vaxtdır yoxsan ?
-Düz deyirsiniz.2 həftə evdən bayra çıxmadım.Düşünməyə ehtiyacım var idi.
-Bilmək olar nə barədə ?
-Hər şey barədə...Mahir bəy,bilirsiniz düşünmək insanın tələbatından asılı olan bir şeydir.Beynin səni rahat buraxmırsa ,deməli sən düşünməlisən,fikirləşməlisən,aydınlaşdırmalısan...
-Bəs sənin nəyə tələbatın var ?
-Hhh...Bilmirəm hansınnan başlayım.. Bir az ədalətə,bir az insanlığa,bir az antimentallığa,bir az sevgiyə...Bu siyahını uzatsaq yəqin ki Pangeya yenidən əmələ gələr.
-Xətrivə dəyməsin,amma səni tam olaraq anlaya bilmirəm..
-Yox,niyə dəysin ki.Bəzən heç özüm də özümü anlaya bilmirəm...
1 dəqiqəlik otağa sükut çökdü.Sükutu pozan Mahir bəy oldu:
-çay yoxsa kofe?
-Zəhmət olmasa kofe
Mahir bəy telefonu götürüb “otağa 2 fincan kofe göndərin” dedi.
-Hə Rəşad,keçək mətləbə.Görürəm ürəyin yaman doludur.Bu dəfə hansı mövzulara toxunmusan ?
-Bir az gülməli çıxacaq,amma mən mövzuya yox ,mövzu mənə toxunubdu bu dəfə.
Bu anda katibə qapını döyüb otağa daxil oldu.Padnosdakı fincanları stolun üstünə qoyub,otağdan çıxdı.
-Necə yəni mövzu mənə toxunub ?
-Çünki qələmə aldığım mövzu,bəşəriyyətin insanlıq sınağıdır.
-Nədir elə ?
-Mahir bəy,yəqin son zamanlar heyvanların,daha doğrusu tülkülərin və digər kürklü heyvanların dərisinə görə,vəhşicəsinə qətl edilməsini eşidibsiniz ?
-Hə,bir xəbər saytında oxumuşdum.
-Yalnız oxumuşdunuz?
-Əslində xəbərin aşağısında videoda yerləşdirmişdilər,amma ürəyim gəlmədi baxmağa.
-Amma mən baxdım.İnanın ki baxdıqca dəhşətə gəldim.Bir heyvanın balalarının gözü qarşısında dərisi soyurlar ki,başqa bir heyvan alıb onu geyinsin.Maraqlısı bilirsiniz mi nədi ? Bu insanların heç mi vicdanı yoxdu ?
-Onlar heyvanın dərisi soyulduğu kimi,vicdanlarını da çoxdan soyublar.
-Elədir...
-Rəşad,onda belə çıxır ki sən Qurban bayramında qoyunlarında kütləvi kəsilməsinə qarşısan ?
-Yox qarşı deyiləm.Niyə soruşursunuz?
-Çünki mən 1-2 dəfə şahidi olmuşam,qoyunları da qurban kəsmək adıyla vəhşicəsinə qətl edirlər.Qoyunların tülkülərdən nəyi əskikdir ki ?
-Danışığınızdan belə başa düşürəm ki siz vegeteriansınız.
-Bəli,elədiki var.Sən bu mövzunu açdıqdan sonra çox sevinmişdim.Amma deyirsən ki qoyunların qırılmasına qarşı deyiləm.Xahiş edirəm fikrini əsaslandır.
-Yaxşı.Mahir bəy,birincisi qoyunları qırmırlar,qurban kəsirlər.Amma siz deyən kimi bəzi insanlar var,hansı ki Bismillah sözünü deyə bilməyən,pula satılmış insancığazlar.Onların cəzası Tanrı dərgahındadır.İkinici,sizin bir sözünüzə haqq verirəm:qoyun tülküdən əskik deyil.Amma qoynular Allah yolunda kəsilir,tülkülər isə insanlar üçün.Sizin sözünüzdən belə nəticəyə gəlmək olar ki, Allah insanla eyni səviyyədədir və ya siz hürufisiniz.
-Yox dostum,hürufi zad deyiləm.Sadəcə olaraq heyvanların məhv edilməsinə qarşıyam.Fikirlərinə hörmət edirəm və inanıram ki bu hörmət qarşılıqlıdır.
-Əlbəttə,sizə hörmətim sonsuzdur.Biz fərqli beyinlərə sahibiksə,fərqli fikirlərə də sahib ola bilərik.Burada qeyri-adi heç nə yoxdur.
Mahir bəy gülümsündü:
-Yazıya gəldikdə isə,qəzetin növbəti sayısında dərc olunacaq.Auditoriya müsbət qarşılayarsa maaşın ikiqat artacaq.
-Bilsəydim bu qədər riskə getməzdim (hər ikisi gülürlər)
-Maaşını götürə bilərsən.Halal xoşun olsun.
Rəşad təşəkkürünü bildirib 200 manatı götürdü,saymadan cibinə qoydu
-Xudahafiz
-Görüşərik
***
Mətbuatdan çıxıb dəniz sahilinə üz tutdu.Qulaqcıqda həzin bir musiqi,melanxolik hisslər və dəniz sahili...Bir yazıçı üçün bundan gözəl nə ola bilərdi ki ?
Bulvara çatdıqdan sonra skamyalardan birində əyləşdi.Diqqətini 10-11 yaşlı bir dilənçi qız çəkdi.Qız ortaboylu,mavi gözlü,sarı saçlı bir mələyə bənzəyirdi.Bu qədər gözəl qızın dilənməyi heç bir ədalətə sığmırdı.7 dəfə estetik əməliyyatdan keçib,daha da eybəcərləşən qadınlar gözəllik salonlarında keyf çəkərkən,bu qız küçənin ortasında dilənirdi.Amma bu qız bizim bildiyimiz dilənçilərdən deyildi.Diləndiyi hər kəsə qarşılığında kiçik bir vərəq verirdi.Deyəsən vərəqlərdə şeirlər yazılmışdı.Doğurdan da maraqlı idi.Öz yazdığı şeirləri 10-20 qəpik qarşılığında insanlara paylayırdı.Kim bilər bəlkədə həmin şeirlərdəki misralar,kiminsə həyatını dəyişə bilərdi.Rəşad bu qıza diqqətlə baxırdı.Geyimi dilənçi geyiminə oxşamırdı,olduqca səliqəli görsənirdi.Bəlkədə bu qız gələcəkdə necə böyük zirvələri fəth edəcəkdi.Çünki Rəşad qızın gözündə gələcəyə inam sezmişdi.Qızın gözü qəflətən Rəşada sataşdı.Yaxınlaşaraq dedi :
-Cənab,mənə 20 qəpik verərsənmi ? Mən də sənə qarşılığında şeir verərəm.
-Əlbəttə.Amma əvvəlcə de görüm sənin adın nədir ?
-Səma...Səmadır adım.
-Çox gözəl adın var.Bəs sənin anan,atan yoxdur ?
-Təəssüf ki... İllər öncə avtomobil qəzasında vəfat ediblər.Mən təsadüfən sağ çıxmışam.Kiçik yaşlarımdan bəri uşaq evində böyümüşəm.
-İndidə orada qalırsan ?
-Hə.
-Bəs niyə dilənirsən ?
-Mən dilənmirəm.Sadəcə olaraq həftədə bir dəfə bizə uşaq evindən icazə verilir.İstədiyimiz kimi gün keçirə bilək deyə.Mən də yazdığım şeirləri bulvarda pul qarşılığında paylayıram.
-Maraqlıdır,pul sənin nəyinə lazım olsun ki ?
-Nə zamansa uşaq evindən ayrılacam.18 yaşımdan sonra məni orada saxlamazlar.O zaman həyatımı qurmam üçün mənə pul lazım olacaq.Ona görə qazandığım qəpikləri toplayıram...
Bu uşaqda doğurdanda gələcəyə ümid vardı.İndidən gələcəyini fikirləşən qızcığaz ,yəqin sonralar bu günləri yadına salıb güləcək.
-Ay oğlan,bəs sənin adın nədir ?
-Rəşad.
-Rəşad... Mən çoxdandır heç kimlə bu qədər danışmamışdım.Çox sağol bu səmimi söhbətə görə.İnşAllah yenidən qarşılaşarıq.Özünnən muğayat ol.Qəpik zadda lazım deyil.Bu söhbət pulla ölçülməz.
Əslinə qalsa,elə də böyük dialoq olmamışdı.Amma qızcığaz çox təsirlənmişdi.Rəşad onun gələcək hədəflərini yenidən yadına salmışdı.
-Qismət olsa səninlə yenidən görüşərik balaca...
-Allahın işidir,bəlkə yenidən qarşılaşarıq. O zamana kimi özünnən muğayat ol.
-Səndə.
Qızcığaz sakit addımlarla sahildən uzaqlaşdı...
Rəşad bir az dənizi seyr etdikdən sonra evə doğru hərəkət aldı.
***
Yaşadığı binanın önünnən keçərkən iki nəfər göyərti satan xala Rəşadı süzməyə başladı:
-Deyirəm ay Südabə bajı,bu gədədən heç gözüm su işmirdaa
-Az elə mənimdə.Nə salam verər,nə kef-hal soruşar.Heç birdən-ikiyə kimnənsə danışanda görməmişəm onu.Geyim-keçiminnəndə lap banditlərə oxşuyur
-Hə vallah düz deyirsən.Bilmirsən bunun kimi-kimsəsi yoxdumu?
-Vallah deyilənə görə,bu uşaq olanda ana-atasını öldürüblər.Özü də yetimxanada böyüyüb.Yetimxanadan ayrılandan sonra pis yola düşüb.
-Vay-vay görürsən.. Allah özü hidayət eləsin onu.Gör dövrümüz nə günlərə qalıb.
-Az hə e ,zəmanə pis zəmanədi bajı...
Nə isə,bu cəfəngiyyat 1-2 saat davam etdi.Rəşad pillələri qalxaraq mənzilin qapısına yaxınlaşdı.Qapı köhnə evlərdəki taxta qapılara bənzəyirdi.Üzərində qara hərflərlə 13 yazılmışdı.İçəridə isə tamam başqa bir aləm var idi sanki...Ümumiyyətlə bu mənzil yaradıcı hər bir insan üçün ideal bir yer idi. İki otaqdan ibarət idi.İçəri daxil olarkən darısqal bir dəhlizlə qarşılaşırsan.Amma darısqallığına baxmayaraq,insanı burada qəribə bir hiss bürüyür.Divarlarda müxtəlif karikaturalar,Kafkadan,Nitşedən,Bukovskidən aforizmlər,müxtəlif işarələr və s. ilə qarşılaşmaq olardı.Dəhlizin qarşısındakı otağa daxil olarkən qarşına sanki böyük bir kitabxana çıxır.Divarın bir hissəsini böyük bir rəf əhatə edir.Rəfdə müxtəlif bədii əsərlər,elmi araşdırmalar,ensiklopediyalar,tarixi şəsiyyətlər haqqında kitablar mövcuddur.Digər divarda böyük hərflərlə Kefli İskəndərin monoloqu,Van Qoqun,Da Vinçinin rəsm əsərləri yer alır.Rəfin qarşısındakı divarda müxtəlif tarixi şəsiyyətlər və onların bioqrafiyaları mövcuddur.Divarda Azərbaycan,Turan bayrağınada rast gəlinir.Otaqda kiçik bir masa və divanda mövcuddur.Masanın üzərində qarışıq vərəqlər və müxtəlif yazılar var.Masanın qarşısındakı divarda isə Ernesto Che Guevaranın rəsmi var.
Evdə televizor adlanan cihaz yoxdur.Gündəmdə ola bütün hadisələri internetdən oxuyurdu.Digər otaqda isə qədim dizaynda bir yataq var idi.Yatağın qarşısında isə paltar şkafı. Qarşısındakı divarda Məhəmməd Əmin Rəsulzadənin şəkli,altında isə onun istiqlal çıxışı qeyd olunub.
Rəşad evə gəldikdə bir az divanda mürgülədi.Yuxusunda “O”nu gördü.Hə,hər kəsin qaraqabaq,içinə qapalı kimi tanıdığı bu oğlanın sevdiyi biri var idi həyatında.Adı..Adı Lamiyə idi.Bu qızı ilk dəfə redaksiyadan evə gələrkən görmüşdü.O zaman içini qəribə bir hiss bürümüşdü.İlk başlar bu hissin adını qoya bilmirdi.Amma bu sevgi idi.Sevgi...Dünyadakı ən amansız diktatorları,ən qəddar cəlladları diz çökdürən sevgi Rəşadın da qapısını döymüşdü.Və Rəşad bu qonağı qəbul etmişdi.Amma bir problem var idi ki,Rəşad bu qıza heç cürə ürəyini aça bilmirdi.İstəsə də,alınmırdı.24 illik ömründə heç kimə sevgi etirafı etməmişdi,heç kimə “səni sevirəm” sözünü deməmişdi.Çünki indiyə kimi heç bir qız diqqətini cəlb etməmişdi.Hətta bir neçə dəfə yaxşı xarakterli qızlarla da qarşılaşmışdı (universitetdə,işdə).Amma Rəşad onlara qarşı heç nə hiss etməmişdi.Lakin bu qız...Tamam ayrı bir dünya idi onun üçün:Qara saçlı,qəhvəyi gözlü, bir az qısa boy.Anonim bir filosofun gözəl sözü var:Tanrı onu yaradarkən sanki Rəşadın fikirlərini soruşmuşdu.Amma Rəşad bu qızın daxili barədə heç nə bilmirdi.Kim bilər,bəlkə də səhv edirdi.Bəlkə də hər ikisi ayrı-ayrı dünyanın insanları idilər.Amma bir insan nə qədər sərt görünməyə çalışsa da,ürəyə söz keçirmək qeyri-mümkündür.
Yuxudan ayılıb,özü üçün kofe hazırladı.Divanda əyləşib,xeyli düşündükdən sonra qəti bir qərar verdi.Nə olacaqsa bu gün olsun,qızın qarşısına çıxıb sevgisini etiraf edəcəkdi.Və onda hər şey aydın olacaqdı.Odur ki,divandan durub əyninə paltosunu geyindi.Həyətə çıxıb gözləməyə başladı.Allaha yalvarırdı ki,”kaş bu dəqiqə buradan keçərdi və mən onun gözünün içinə baxardım”.Axşamçağına kimi bu fikirlərlə skamyada oturub gözlədi.Və budur ! Lamiyə öz rəfiqələri ilə gəlirdi.Deyəsən universitetdən qayıdırdılar.Kefləri yaxşı görünürdü.Rəşad isə bir o qədər həyəcanlı idi.Qızlar heç ona fikir belə vermirdilər.Hərəkətə keçmək lazım idi.Rəşad iri addımlarla Lamiyəyə yaxınlaşdı.Qızların başı söhbətə o qədər qarışmışdı ki,o yaxınlaşdıqda belə ona fikir vermirdilər.Rəşad titrək səslə:
-Salam Lamiyə,sənə bir sözüm var,2 dəqiqə olar..
Lamiyə və qızlar təəccüblü baxışlarla onu süzməyə başladılar.Lamiyə qızların yanında özünü göstərmək üçün,sanki onu saymazcasına:
-Yox olmaz ! Get başımdan.
Bu sözdən sonra Rəşadı sanki faşist əsgərləri gülləyə düzmüşdülər.
-Xahiş edirəm,2 dəqiqə...
-Dedim yoxda! Gicin biri gic !
-4 saatdır ki,səni gözləyirəm ən azından ona hörmət et.
-Get işinnən məşğul ol.Sən kimsən ki mən sənə 2 dəqiqə vaxt ayıram.
-Axı...
Qızlar gülə-gülə Lamiyə gilin blokuna girdilər.Rəşad isə hələdə donub qalmışdı.Axı o,buna layiq deyildi.Saf hisslər bəslədiyi qız onu bu cür pərt etmişdi.Bəlkə də,bu hərəkəti həyatındakı ən böyük səhvi idi Rəşadın.Amma nə etmək olar ? İş işdən keçmişdi.Lamiyə isə öz qələbəsi ilə öyünə bilərdi artıq.Çünki məhəllədə heç kimlə ünsiyyət qurmayan Rəşad ilk onunla danışmışdı və pərt olmuşdu.Rəşadın həyatındakı sevgi xanası üzərindən bir xətt çəkilmişdi artıq...
***
Səhər tezdən evdəki sükutu telefon zəngi pozdu.4 dəfə çalındıqdan sonra Rəşad yuxudan oyanıb,dəstəyə yaxınlaşdı.Zəng “Savalan” qəzetinin redaksiyasından idi.Dəstəyi gec qaldırdığından səsli mesaj qoyulmuşdu:
“Salam Rəşad.Mühüm bir məsələ var.Saat 11-də redaksiyada gözləyəcəm səni.“ Səs Mahir bəyin səsi idi.Səsində azca narahatlıq hiss olunurdu.Görəsən nə olmuşdu ? Axı Mahir bəy indiyə kimi Rəşadı işə belə tez çağırmamışdı ? Beynində qarışıq suallarla evi tərk etdi.
1 saat sonra redaksiyaya gəlib birbaşa Mahir bəyin otağına daxil oldu.Mahir bəyin səsindəki ifadə üzünə də əks olunmuşdu.Olduqca narahat görsənirdi.İstər-istəməz Rəşadda da narahatlıq yaranmağa başladı.Salam verib stol qarşısındakı kresloda əyləşdi.
-Allah xeyir eləsin Mahir bəy.Nə səbəbə məni çağırmısınız ?
-hhh..Heç bilmirəm necə deyim...-Mahir bəy tədirgin şəkildə dilləndi.
-Nəsə baş verib ?
-hmm...Bir müddət bundan qabaq yazdığın köşə yazısı yadına gəlir yəqin ki.
-Hansı ? Öldürülən heyvanlar barəsində olan ?
-Aha onu deyirəm.Məsələ budur ki,bu yazı yuxarı təbəqə tərəfindən heç də yaxşı qarşılanmadı.
Rəşad çaşqın halda:
-Nəyə görə ? Qeyri-etik nəsə qeyd etmişəm ?
-Yox,yox.Qətiyyən.
-Bəs nə səbəbə pis qarşılanıb ?
-Səbəbi odur ki,varlı ailələrin xanımları bahalı xəz dərilər geyinir.Yəni səninlə eyni fikirdə deyillər.Və sənin bu yazın dərc olunduqdan sonra redaksiyamıza bəzi şikayətlər gəldi.Çoxlu sayda...
Rəşad susub sakitcə qulaq asırdı.
-Təəssüf...Amma səni işdən kənarlaşdırmalıyıq...
-Necə ?! Axı işdən çıxarmaq nə üçün ?
-Əks təqdirdə redaksiyanı bir dəfəlik bağlaya bilərdilər.Çox böyük adamlardır.Nə qədər dil töksəmdə xeyri olmadı,sənin çıxmanı tələb edirlər.Başa düş məni...
-hhh.. Sizi başa düşürəm Mahir bəy...Günah sizdə yox,elə mənim özümdə olub.Çünki bu insanlara təbiəti qorumaq yox,ondan vəhşicəsinə istifadə etmək vacibdir.Özlərini bahalı paltarları ilə gözə soxmaları vacibdir.İstəyirsən milyon dollarlıq paltar geyin,içindəki insan bir qəpiklik deyilsə, nə fayda ?
-Rəşad,sən istedadlı bir yazarsan,inanıram ki buradan da yaxşı bir yerdə fəaliyyətini davam etdirə bilərsən.
-Yox Mahir bəy,artıq köşə yazılarımı çap etdirməyəcəm.Qoy onlar “xalq artist”lərimizin soyunmasına baxsın, ulduzların villalarının qiymətləri ilə maraqlansın,AzTV-dəki Azərbaycanı arzulasınlar.Mənim onlar üçün yazı yazmağım,tox olan eşşəyə arpa tökməyə bənzəyir.
-Axı sənin yazılarını bəyənən insanlar da var ?
-Yox Mahir bəy.Bəyənmək bəzən kifayət etmir,əməl etməkdə lazımdır.Mənim yazılarımı bəyənir,amma çıxıb yoldan keçən qıza söz atır...Belələrini gördükdə isə,insanın,ümumiyyətlə həyata olan həvəsi ölür.Qoy necə istəyirlər o cür də etsinlər.İnsanların bir mənfur xüsusiyyətləri var ki,onlara doğru yol göstərənləri də özlərinə bənzətməyə çalışırlar.
-Bəs bundan sonra nə etmək fikrin var? Həyatını necə davam etdirəcəksən?
-Bunu zaman göstərəcək...
Mahir bəy bəzi sənədlər çıxarıb Rəşadın qarşısına qoydu.
-Bunları imzalamalısan.Redaksiyamız təzminat olaraq sənə 1000 manat pul verəcək.Hər halda, bu pulla müəyyən bir işin bünövrəsini qura bilərsən.
-Təzminat haqda heç fikirləşməmişdim.Amma yenə də çox sağolun.-Rəşad sənədləri imzaladı.
-Təzminatı girişdəki katibədən ala bilərsən.
-Çox sağolun.Özünüzdən muğayət olun Mahir bəy.
-Səndə.Çalış ki,hər zaman ayaq üstə dayanasan.Sənin kimi düşünən beyinlərə bu cəmiyyət “acdır”.Zamanla hər şey düzələcək.
-Zaman...Çox böyük bir qüvvədir.Zamanı idarə edən isə ondan da böyükdür...
***
7 il sonra
Bakının mərkəzi küçələrindən birində bir dilənçi qadın yerdə oturub.Üzü,sifəti tamam çirk içində,əynində köhnə,ləkəli bir paltar,ayağında cırılmış bir ayaqqabı.İnsanların gözünün içinə baxa bilmir,çünki imkanlı olduğu vaxtlarda kasıb təbəqəni adam yerinə belə qoymurdu.Ətrafındakı insanlar elit,qlamur,”tuz” kəslərdən ibarət idi.Ən böyük arzusu da varlı bir oğlanla ailə həyatı qurub,böyük biznesə sahib olmaq idi.Arzusuna çatmışdı,amma... Sevdiyi oğlan sıradan bir kəs idi,hansı ki bir müddət tuzbala rolunu oynayıb bu qızın həyatına daxil olmuşdu.Və sevgisini,qızın bütün mal varlığını öz adına keçirib,Finlandiyaya qaçmaqla göstərmişdi.Hal-hazırda bu dilənçinin yaşamalı olduğu həyatı,oğlan başqa qızlara yaşadırdı.Həyat necə də qəribədi...Bu qız həmin qız idi ki,bir yazıçını ürəyindən vurmuşdu,onun saf hisslərinə tüpürmüşdü.Onu ürəkdən sevəni yox,bir çobanı üstün tutmuşdu.Bəlkə hər şey başqa cür də ola bilərdi.Amma bütün bunlar onun öz günahı idi.Bəli,bu qızın adı Lamiyədir...Artıq onun üçün həyatın bir mənası yox idi.Sadəcə yaşamaq üçün yeməyə və suya olan ehtiyacını dilənməklə ödəyirdi.Neçə dəfə restoranlara,kafelərə xadimə işləmək üçün müraciət etsədə üzünə gülən olmamışdı.O,həyat adlanan bu oyunda məğlub olmuşdu...
Rəşad isə həyatına düzgün yoldan davam edirdi.Redaksiyadan ona ayrılan təzminat sayəsində,böyük işlər görmüş,büdcəsini bir az da artırmışdı.Və hal-hazırda böyük bir kitab evi şəbəkəsinin sahibi idi.Özü yazıçılığı tərk etsədə,gənc yazarlara hər daim dəstək olurdu.Mütaliədən isə geri qalmırdı.Yeni axtarışlarla,yeni fikirlərlə daxilini genişləndirməyə davam edirdi.Hətta bir dəfəsində kitabxanada gözünə bir kitab sataşmışdı.Üz qabığı maraqlı gəldiyindən kitabı azca vərəqləmişdi.Müəllifin adı Səma Əliyeva idi.Bu adı oxuduqdan sonra duruxdu.Səma...Bu ad ona haradansa tanış idi.Bu 7 il əvvəl dənizkənarı milli parkda gördüyü dilənçi qız ola bilərdi ? Kitabı xeyli vərəqlədikdən sonra illər öncə ona verilən şeir parçası gözünə sataşdı.Gözləri doldu...Və Tanrıya şükür elədi.Bu qızcığaz öz məqsədinə çatmışdı,yazıçı olmuşdu ! Səma,bu sənətin ucalığını kitabının sonunda bu sözlərlə izah etmişdi: “Və o gün gələcək...Elə bir gün ki,Bakı “yaxçı oğlanlar”dan,fahişələrdən,mavilərdən,küt mollalardan,savadsız həkimlərdən,rüşvətxor müəllimlərdən,narkoman zibilçələrdən təmizlənəcək.Haram məhsullar qadağan olunacaq,əxlaqsız geyimlər vitrindən yığışılacaq.Xalqın avam,cahil təbəqəsi yuxudan ayılacaq.Rüşvətxor məmurlar insafa gələcək,ölkədə kasıblıq deyə bir şey qalmayacaq.Küçədə 4-5 nəfər oğlan yığışarkən bir qız həmin yerdən rahat şəkildə keçə biləcək.Çünki biqeyrətlərində nəsli kəsiləcək.İnsanların üzündə daim təbəssüm olacaq.O zaman,bax o zaman Tanrı bu şəhərin,bu xalqın üzərinə bir nur yağdıracaq.Elə bir nur ki,hər kəsdə yazıçı,şair ruhu formalaşacaq.Cənnətə gedən marşrutun sakinləri həmin insanlar olacaq...”
24.05.2014
© Metexan Qaraişıq / 2014
© Bermud Production / 2014