13 ildir ki, ana ola bilməyən qadın: "Mən onda hiss elədim ki, ana olmaq bu imiş" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 01:04 15 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu dəfəki müsahibim, 13 ildir ki, ana ola bilməyən, bu illər ərzində həyat yoldaşının ona olan dəstəyindən və həyatlarına günəş kimi doğan, övladlığa götürdükləri qızının gəlişi ilə həyatlarının necə dəyişdiyindən danışır.

Düşünürəm ki, övlad səbəbiylə ayrılan bir çox ailəyə örnək olacaq.

İnsan sevdiyindən belə tez vazkeçməməli, savaşmalı. Onlar hər şeyə, hər kəsə inad bir-birlərinə daha möhkəm sarılaraq, ailələrini qorumağı bacardılar.
Allah xoşbəxtliklərini daimi etsin!

1. Salam... İlk öncə sizi tanıyaq.
- Salam 1982-ci il də doğulmuşam, orta təhsilliyəm, qoç bürcüyəm 13 ildir ailəliyəm, bir qızım var.

2. Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Qonaqlıqda görüb bəyənib məni, sonra sevgisini bildirdi, mən də qəbul etdim, çünki mən də bəyənmişdim.

3. Həkim məsuliyyətsizliyi ucbatından 13 ildir ki, ana ola bilmirsiniz.
- Bəli, mən heç vaxt ana ola bilmədiyimi gizlətməmişəm. Çünki mənim ana olmamağmın səbəbi həkimlər olub.

4. Heç kəsə sirr deyil ki, bir çox ailələrin boşanma səbəbidir bu. Siz heç bu həddə çatdınız mı? Necə atlatdınız o günləri?
- Bizdə heç belə problem olmadı, inan, mənə həmişə yoldaşım deyirdi, "səbrli ol, hər şey yaxşı olacaq". Mən özüm ona əməliyyatlarımdan sonra dedim ki, ayrılaq. Mən sənə uşaq verə bilməyəcəm. Onun mənə sözü o oldu ki, "Mən səninlə uşağa görə evlənməmişəm. Sevdiyimə görə evlənmişəm".
Ən çox yoldaşımın rolu oldu ayrılmamağmızda. Çünki o, həmişə mənə dəstək oldu , dayaq oldu.

5. Nə tövsiyyə edərdiniz belə aillələrə?
- Belə ailələrə tövsiyəm odur ki, bir-birlərini başa düşsünlər, öz taleləri ilə barışsınlar. Çünki Allah belə məsləhət görür... Bir də ki, Allahdan ümid kəsilməz deyiblər. Hansı yolla olur olsun, Allah heç bir bəndəsini ümidsiz qoymur.

6. Qızının gəlişi ilə həyatında nələr dəyişdi?
- Allahıma qurban olum, özüm övlad dünyaya gətirməsəm də, gözəl bir qız övlad qismət elədi bizə. Qismətə bax ki, qızımın qan qrupu, bürcü mənimki ilə eynidi.
Qızımın gəlişi çox şeyi dəyişdi - həyatımızda, evdə, hər şey başqa oldu, həyəcan oldu, onu ilk evə gətirəndə. O gün yoldaşım mənə dedi ki, "bu gündən bu körpə bizim qızımızdı. Başqa cür ola bilməz". Öz övladı kimi qəbul etdi. O gün bu gündür, elə bilirəm, onu mən dünyaya gətirmişəm. Uşağın olmağı tam başqadı . Allah hamıya qismət eləsin. Belə anlatmaqla olmur. İnsan təbii olaraq dəyişir. Başqa olursan, analıq məsuliyyətin başlayır. Mən düşünürdüm ki, uşaq ağlasa, eşitmərəm. Uşaq evə gələndən sonra "tık" edən kimi dururdum ayağa. Elə ayıq oldum, m onda hiss etdim ki, ana olmaq bu imiş...
Qızım gəlməmişdən əvvəl çox küsəyən idim. Yoldaşım o yana dur deyən kimi küsürdüm. İndi küsməyim yoxdu, qızımın gəlişi küsməyimə son qoydu. Başım qarışdı qızıma, ev işlərinə küsməyə vaxt qalmır.

7. Qızını gələcəkdə necə görmək istəyərdin?
- Gələcəyə o qədər arzum var ki, Allahım qismət etsin bizə. İlk öncə ağıllı övlad olsun, sora da istədiyi sənətə sahib olsun. Mən onu həkim kimi görmək istəyərdim.

8. Xoşbəxtliyin reseptini istəsəm sizdən?
- Mən xoşbəxtəm, çünki qarşıma məni başa düşən həyat yoldaşım çıxıb. Allahım onu bizə çox görməsin , bizi də ona. Xoşbəxtəm, çünki gözəl qız övladım var. Onun da mürvətini görmək bizə qismət olsun. Amin...
O ki, qaldı reseptə, xoşbəxt olmaq, məncə, birinci növbədə sevməlisən, sevilməlisən. Gərək, hər iki tərəf sevsin ki, xoşbəxtlik olsun. Onda hər problem həll olunur. Bir də, çox qısqanc olmasınlar. Qısqanclıq olar, amma qədərində. Onda xoşbəxtlik özü gəlir insanın həyatına.
Düşünürəm ki, qısqanclıq sevənləri də ayırır. Xoşbəxt ola bilmirlər.

Sonda, xoshbextqadın.az-lılara nə demək istərdiniz ?
- Xoşbəxt olsunlar, özlərinə dərd etməsinlər hər problemi, həyatın gedişinə buraxsınlar. Çünki hər şey öz vaxtında düzəlir. Allah kimin nə arzusu varsa, versin.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0346 saniye