13 sayı nə üçün uğursuzdur?
Sirlər Ensiklopediyası tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 12:02 29 dekabr 2015 tarixində əlavə olunmuşdur

13 sayının uğursuz olduğuna dair inanc dünyada o qədər geniş yayılıb ki, bu, yaşama bir çox istiqamətdə ciddi şəkildə təsir etməkdədir. Bəzi ölkələrdə evlərin qapılarına 13 nömrəsi verilmir, təyyarələrdə 13-cü oturacaq sırası yoxdur, binalarda, otellərdə 13-cü mərtəbə ya 12A-dır, ya da 14-dür, 13 nömrəli otaq yoxdur. Olsa belə, insanlar o otaqda qalmaq istəməzlər. Hətta hər ayın 13-ü işə gəlməmək, təyyarə və qatar səfərlərini ləğv etmək, alış-verişi ertələmək və digər buna bənzər addımların hər dəfə ABŞ-a milyonlarla dollar ziyan vurduğu da söylənilir. Bu inanc bir fobia, yəni bir növ qorxu xəstəliyi olaraq qəbul edilərək “triskaidekaphobia” adlandırılır.

Ümumi olaraq bu inancın, Hz. İsanın məşhur son yeməyindəki həvarilərin sayından qaynaqlandığı düşünülsə də, kökü, qədim mifoloji tanrıların yaşadığına inanılan çağlara, Skandinaviya torpaqlarına qədər gedib çıxır.

Əfsanəyə görə, bir zamanlar işıq və gözəllik tanrısı Balder bir ziyafət təşkil edir. Balder Vikkinqlərin məşhur tanrısı Odin ilə Frigganın oğlu, ay kraliçası olan Nannanın əri idi. Bu ziyafətə 12 nəfər dəvət olunduğu halda, yalanların və hiylələrin tanrısı Loki zorla 13-cü şəxs olaraq ziyafətə qatılmaq istəyir. Bu əsnada yaranan mübahisənin dönüşdüyü münaqişədə Loki digər tanrılar tərəfindən də çox sevilən Balderi öldürür.

Bu mifoloji hekayə və inanış qısa zaman içində Skandinaviyadan Avropanın cənubuna qədər yayılır. Xristian din adamları bu xalq məsəlindən istifadə edib onu “Hz. İsanın son yeməyi” ssenarisinə bənzədirlər. Xristian versiyasında Balderin yerini Hz. İsa, Lokinin yeri isə xain Judas alır. Bu yeməkdən sonra 24 saat içində Hz. İsa çarmıxa çəkilərək öldürülür. Bu səbəblə Xristianlarda axşam yeməyində 13 adam bir araya gələrsə bunlardan birinin başına bir fəlakətin gələcəyinə inanılır.

İnanclara görə, ayın 13-cü günü cümə gününə rast gələrsə bu, lap uğursuz hesab olunur. Lakin belə bir gündə doğulmusunuzsa 13 sizin uğurlu gününüzdür.

Cümə gününün uğursuz sayılmasına Həvva anamızın Adəm atamıza almanı cümə günü yedirdib cənnətdən qovulmasına səbəb olması, Hz. Nuh zamanındakı böyük selin məhz cümə günü baş verməsi, Hz. İsanın cümə günü çarmıxa çəkilməsi kimi hadisələrdən biri və ya hamısı səbəb olmuş ola bilər. Müsəlmanlar isə Hz. Adəmin cümə günü yaradıldığına inandıqlarından bu günə başqa günlərdən daha çox dəyər verirlər.

13 sayının uğursuzluğuna duyulan inancın səbəbini bir il içində ayın 13 dəfə bütöv ay olaraq görünməsi ilə də əlaqələndirənlər də var.

Bu, zamanın təsadüfünə uğramış bir batil inancdır... bəlkə də... Əziz oxucu, diləyirik ki, Sizin hər gününüz uğurlu olsun!

baki-baku.az


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Sirlər Ensiklopediyası
Haqqında
Sirlər Ensiklopediyası Facebook səhifəsinin rəsmi Yazar.in profili. Ən maraqlı xəbərlər, qeyri-adi faktlar və sirli hadisələr haqqında yazılar, foto və videolar sizin üçün çox maraqlı olacaq...
Əlaqə
E-mail:
sirlerensiklopediyasi@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0213 saniye