14 saat
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 00:16 20 avqust 2014 tarixində əlavə olunmuşdur

Saat 07:30 
Yenə zəngli saatın səsi bütün otağa yayıldı. Əliylə saatı tapmağa çalışıb söndürdü. 5 dəqiqə daha yataqda qaldıqdan sonra yorğun bir şəkildə tualetə girdi. Çapaqlı gözlərini yuyub biraz özünə gəldi və səhər yeməyi etmədən əynini dəyişib evdən çıxdı. Bakı yenə günəşli bir günə doğru gedirdi. Artıq səhər 8 olmasına baxmayaraq isti adamı bezdirirdi. Hələ bir də bu havada metroya minmək adamı əsəbləşdirirdi. İşə tələsən adamlar bir birinə qarışmış və çox qəribə bir istilik və iy yaratmışdı. İlkin universitetə gedirdi. Dolan qaib limitini irəlilətməmək üçün son 1 ay idi hər səhər vaxtında gedirdi. 
Metro kartına gediş yükləyib 28 may stansiyasına gedən qatara mindi. Nərimanovdan 28 maya kimi olan 2-3 stansiyada adam bir xeyli tərləyə bilərdi yəqin. Qulaqcıqlarında həmişəki kimi Paster oxuyurdu. Günə Pasterlə başlamaq daha bir zövq verici olur. Qatar Gənclik stansiyasında bir xeyli dayandı. Bir neçə dəqiqə sonra irəliləyən qatarda yanıb sönən işıqlar İlkini narahat etməyə başlamışdı. 28 mayda dayanan qatardan düşən İlkin eskalatora gedib tez pillələri qalxdı və universitetə dogru addımladı. Bugün də normal bir gün idi. Qız tutmaq istəyən oglanlar və özlərin o oglanlara göstərən qızlar universiteti bazara döndərmişdilər. Universitetdə İlkindən xoşu gəlməyən bir çox adam vardı. Geyim , musiqi stili ilə hamsından fərqlənirdi çünki. Beyin olaraqda üstün idi olardan. Günel İlkinin xoşuna gəlsədə Günelin İlkindən zəhləsi gedirdi. Günelin sevgilisi universitetin ən yaraşıqlı oglanlarından biri idi və Güneli heç sevmirdi də. Barmaqdaki rəqəmlərin sayın keçən qızları aşıb-daşırdı. Yorgun keçən gün bitimi İlkin yenə qulaqcıqlarını taxıb metroya mindi. Qatarı gözlərkən gecikən qatar İlkində yenə vahimə yaradırdı. Qatara mindikdən sonra başını çevirən İlkin yan tərəfdə Günel və sevgilisi Nicat və Nicatın dostların Sənan , Kənan oldugunu gördü. Metro birdən dayandı. Bu hal Bakı metrosunda tez -tez olurdu. İlkininsə içindəki qorxu artırdı. Şüşəyə diqqətlə baxan İlkinin çiyninə birdən bir əl toxundu. Qorxan İlkin arxaya dönəndə ən yaxın dostları Nurlan və Şəbnəmin oldugunu gördü. İlkinin qorxudugnu görən dostları gülməyə başladı. 
Saat 14:00 
Hərə bir biriylə danışırdı ama İlkinin qorxusu keçməmişdi. Birdən şüşədən metro tunelinə diqqətlə baxan İlkin divarda qanla yazılmış "Hamınız öləcəksiniz " yazısını gördü. Qorxaraq arxaya dönmək istəyəndə qatarın işıqları söndü. Metro yavaşca silkələnməyə başladı. birdən arxa vaqonlardan qışqırıq səsləri gəlməyə başladı. Qatarın içindəki qaranlıgı tuneldəki lampalar pozurdu. İlkin Günelin necə qorxdugunu açıq aydın görürdü. Hamı çaş-baş bir-birinə baxırdı. Qışqırıq səsi artmağa başlamışdı. Birdən İlkingilin vaqonunda olan bir oglan yan vaqonla aradaki qapını açdı və digər vaqona keçdi. Artıq 15 dəqiqə idi ki burda qalmışdılar. Telefonların heç biri işləmirdi. Vaqona tam bir sükut çökmüşdü , artıq qışqırıq səsləri belə gəlmirdi. Birdən vaqonun qapısın həyəcanla açan oglan sükutu pozdu. Bu bayaq elə bu vaqondan gedən oglan idi. Əlləri və köynəyi qanlı içəri girər girməz "qaçın" qışqıran oglan 5 saniyə sonra yerə yıxıldı. Hamı 10 saniyəlik nə edəcəyini bilmədən oglana baxdı. Sonra digər vaqondan pəncərə şüşələrini döyən qanlı əlləri gördükdə İlkingilin vaqonundaki insanlar təşvişə düşərək digər vaqona qaçmağa başladılar. 1 ci vaqona qədər gələn insanlar maşinist vaqonuna girdikdə maşinistin başının yerdə oldugunu gördülər. Yəqin heç kim belə bir şeyin Bakıda olacagını bilməzdi. Ancaq filmlərdə ola bilərdi belə bir şey. Qızların aglaması qışqırırq səslərinə qarışıb daha çox panika yaradırdı. 
Saat 21:30 
Artıq hadisədən 6-7 saat keçmişdi. Son vaqonda qalan 30-40 insan çarəsizcə nə olacagını gözləyirdi. Bəziləri qorxudan bayılmışdılar. Güneldə bayılmışdı. İlkin diqqətlə uzun tuneli izləyirdi. Ara bir vaqonun yanında keçən qaraltı qışqırıq səsini artırırdı. İndi hamı bura gəlməyə cəhd eləməli idi axı çünki metroda qatar itib və bu qədər insan. Yəqin bütün Tvlər bu barədə danışırdı. Bu düşüncələr İlkinin beynində gəzəndə sona qalan iki vaqon yırgalanmaga başladı. Qorxunc səslənən ugultu səsləri adamı qorxudan öldürə bilərdi. Bu nədir axı ? Cavabsız qalan suallar adamı daha da dəli edirdi. İnsanların daha çox oldugu 2 ci vaqon pəncərələrinin şüşələri birdən bir qırıldı və insanlar dəlicəsinə qışqırıb digər vaqona keçmək istədilər ama o vaqon öz özünə əks tərəfə hərəkət edirdi. Digər vaqonun uzaqlaşdııgn görən İlkin anladı ki insanları ayıraraq öldürür bu hər kimdisə. QIşqırır səsləri getdikcə uzaqlşadı və bitti. Hamısı ölmüşdü yəqinki. İlkin vaqonda sağ qalan təxmini 10 nəfərə nə qədər ki o gedib biz burdan qaçmalıyıq yoxsa bizdə öləcəyik dedi. Əslində mətniqlidi idi çünki qaçmaq burda qalmaqdan daha şanslı fikir idi. Günel , Nicat , Şəbnəm , İlkin və tanımadıgı 2 qadınla 3 kişi qaçaraq vaqondan uzaqlaşırdılar. Biraz uzaqlaşmışdılar ki arxadan ugultu səsi gəldi. Yəqinki bu hər nədisə vaqonu boş görüb əsəbləşmişdi. İlkin daha da sürətlənmək lazım oldugunu dedi. Biraz getdikdən sonra yandan qaraltı sürətlə keçdi. Bu insan ola bilməzdi bu qədər sürətlə hərəkət edən insan yoxdu yəqinki. Hamı dayandı. Tunelin ən sağında olan kişi sürünərək qışqırdı və yoxa çıxdı. Hamı təşvişə düşüb qışqııraraq dagıldı. Hərə bir tərəfə qaçdı. İlkin tuneldə olan bir lukun içinə girmişdi. Deşikdən olanları izləyirdi ətraf tam sakit idi. Ara bir kiminsə ölüm qışqırtıları gəlirdi. Birdən ağlamaq səsi eşidən İlkin tunelə baxanda Güneli gördü. Cəld onu çağırdı

- Günel 
- Günel tez bura gəl 
- Burdayam lukda

Günel səsi eşitdi və tez ora qaçdı. Lukda gizlənməyə çalışdılar. Çıxmaq heç də yaxşı bir fikir deyildi. 
Saat 03:40
Artıq 2 saat olardı ki heç bir səs gəlmirdi. Birdən bu şey ortaya çıxdı. ilkin də Günel də gözlərinə inanmırdılar aman tanrım belə bir varlıq necə real ola bilər. Nəhəng , uzun qulaqlı nəfəs alışında belə adamı vahiməyə salan varlıq. Əllərindəki dırnaqlar bıçaqdan iti olardı. 4 ayaq üstündə qaçırdı. İnsan desən deyil , heyvan desən deyil. Yavaş yavaş tuneli irəliləyirdi varlıq. Birdən Günelin ayağı ilişən daş səs çıxartdı. Qəribə varlıq göz önündən itti.

- Hardadı o İlkin ? görmürəm onu getdi ?
- Bilmirəm Günel sakit ol

Birdən lukun qapagından baxdıgı deşiy baglandı və qapağ qopardılaraq havaya atıldı. Varlıq tam onları məhv edəcəkkən tunelin digər ucundan maşınlar eskalatorlar güclü işıqla ora gəlirdilər. İşığı görən varlıq uguldadı və cəld ordan qaçdı. Xilas edilən Günel və İlkin 2 gün xəstəxanada saxlanıldı. 2 gün sonra bütün Tvlər və Azərbaycan bu xəbərə güldü. Gənclərin ifadələrində varlıqdan bəhs edilirdi hansı ki insanları parçalayırdı. Ama heç kim onlara inanmadı. Polislər bildirdilər ki insanlar vaqona düşən tok nəticəsində ölüblər bəzilərinin cəsədi belə kül olub yoxdu. Bu hadisədən 1 həftə sonra universitetdə dəli adı ilə məzələnən və bu metro faciəsindən sağ çıxan yeganə 2 insanı bir də heç kim görmədi. Polisin verdiyi açıqlamada isə bildirildiki onlar psixi travma alıblar və özlərində deyildilər. 1 ay sonra artıq heç kim bu dəhşət dolu 14 saatı və o 2 gənci xatırlamadı.


... dəfə oxunub
Qiymət: 5/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0284 saniye