15 yaşlı ana doğum zamanı dünyasını dəyişdi.
15 yaş.
Ana?
Bəli, cahillik.
Bir uşaq öldü.
Səbəb?
Erkən nigah!
13 yaşlı qız nişanlanır və hər kəs onun ətrafına toplaşır, ondan nəsə öyrənməyə çalışır.
Qızların 13 yaşda ərə getməsi müstəhəb əməl kimi alqışlanır.
Maddi vəziyyəti yaxşı olan ailələr də qızlarını erkən yaşda ərə verirlər.
Hətta icra hakiminin də qızını erkən yaşda ərə verməsinə rast gəlinib.
Qızlarımızın erkən yaşda ailə qurması artıq dəb halını alıb.
Valideynlər düşünürlər ki, “evdə qalacaq"
Gözləyirlər ki, nə vaxt ərə gedəcəklər.
Madam ki, xalqın bu qədər istəyi var, ona qarşı çıxmağa dəyərmi?
Ona görə də “nə üçün erkən nikahlara qarşı çıxılır?” sualı aktualdır.
Baxmayaraq ki, hər kəs “olmaz” deyir.
Cəmiyyət özü bu yaranı sağaltmağa meylli olmalıdır.