19 qurban
Susqun tərəfindən "Hekayə" bolməsinə 03:48 06 fevral 2017 tarixində əlavə olunmuşdur

Ön söz.

Müəllimim olan Elvinə, köhnə kolleqam olan Azada və Sofiyaya hazırda yazdığım və yaşadığım həyat üçün təşəkkürlər.

Bu əsərdə "qurbanların" gerçək adlarından istifadə olunmayıb.

 

 

Bölüm 1. "Psix psixoloq."

Ən sevdiyim kitablardan biri olan "Gary Small - Bir psikyatristin gizli defteri" (Türkçə oxuduğum üçün Türkçədə deyirəm) kitabına ithafən.

Tək qaldığım vaxtlar idi. Zamanla o qədər hadisələr olmuşdu ki, özümü həqiqətən "tənha" hiss edirdim. Elvin Buxarestdə idi. Mən isə Bakıda. İyun ayı olardı. Elvinlə axşam söhbətləşdik. Bu "tənhalığımı" bir psixoloqa danışmağımı məsləhət gördü. Əslində bu yaşıma qədər heç vaxt psixoloq yanına getməmişdim. Rəsmi olaraq psixoloq işləyən heç bir tanışım da yox idi. Ancaq özüm bu sahədə çoxlu kitablar oxumuşdum. Axşam bütün fikirlərimi götür-qoy elədim. Bəlkə də ehtiyacım vardı? Bizim qara camaat arasında belə bir düşüncə var. "Psixoloq yanına gedirsə, deməli dəlidir." Bəlkə də bu düşüncə mənə və beynimə də çökmüşdü deyə ilk olaraq razılaşmamışdım bu psixoloq yanına. Həmin gecə çox uzun oldu. Sonda eqoya qalib gələ bilmişdim.

Səhərə qədər yatmadım. Saat 11-də evdən çıxdım. İlk işim məsləhət olunan klinakaya gedib, məsləhət olunan psixoloqu tapmaq idi. Yol də çətin oldu. Metrodan düşüb avtobusla 10 dəqiqəyə gedə biləcəyim yolu tanımadığımdan düz 25 dəqiqəyə piyada gedəsi oldum. Gərək evdən çıxmazdan əvvəl "gomap.az"-dan istifadə edərdim. Ya da hansısa online xəritədən. Gecə morfin ya da spirt qəbul etmədimsə, üstəlik də yuxusuz oldum mu, sabahları bu qədər qüsur qaçınılmazdır.

Nəhayət adı çəkilən yerə gəldim. Nərgiz xanımı "reseption" bölməsindən tapa bildim. Otağının nömrəsini dedilər. Çıxdım otağa. Qapını üç dəfə sadə və asta şəkildə tıqqıldatdım. "Buyurun" deyə səs gəldi içəridən. Passenti yox imiş. Əla.
-Hər vaxtınız xeyir.
+Hər vaxtınız xeyir, buyurun, keçin, əyləşin.
Əyləşdim. Sonra yenidən davam etmək istədim. Ancaq "İçmək üçün nəsə istəyirsiz?" deyərək məni bilməyərəkdən qabaqladı. Su istədim. Bu dəfə davam etdim.
-Şey, bilirsiz, sizi mənə bir nəfər dostum məsləhət gördü, bu sahənin yaxşılarından birisiz, həm də ki.
+Hə. Elvinlə çoxdan görüşmürük. İstəyərdim ki, o da gəlsin. Yenə "qara işlərlə" məşğuldur? Yoxsa necə? 
-O barədə dəqiq məlumatım yoxdur. (Əslində vardı.) İşlədiyini bilirəm, kitab tərcüməsi, kreidt-maliyyə sektorunda menecer kimi fəaliyyət göstərir, Ruminyanın iqtisadiyyatını bilirsiz, Avroya tam olaraq keçməyiblər, elə güclü iqtisadçılara ehtiyac olur.
+Cümləndən analdım ki, Elvin istədiyi yerdədir. Qara işlər görmürsə bu əlbəttə sevindiricidir. Bəs siz? Siz necə tanış olmusuz Elvinlə?
-Məən. Mən Elvinin tələbəsi olmuşam deyək. Bir də bir şey xahiş etsəm olar?
+Buyurun.
-Ümumiyyətlə "siz" müraciətini sevmirəm, əgər problem deyilsə "sən" deyə müraciəti işlədə bilərik? Narahat etmir?
+Xeyir. Mən özüm də daima səmimiyyət tərəfdarı olmuşam, gələn passentlərə qarşı "siz"-lə müraciət əlbəttə işimizin qanunudur. Necə istəsəz olar.

Bir dəqiqəlik sükutdan sonra.

-Lap yaxşı. Elvin deyib ki, mən bura nəyə görə gələcəm? Əvvəlcədən danışmısız?
+Gələcəyini demişdi. Nə barədə olduğunu demədi, proqnoz verdi ki, bu aralar çoxlu xoşagəlməz hadisələr baş veribmiş. Yəqin onların yaratdığı travmalardandır. Danışdığı əhvalatlardan elə anladım ki, çox böyük hadisələr yaşamısız. Düzü o sahədə necə dözürsüz, necə işləyirsiz, hərdən yaxşı mənada paxıllığım tutur. Buyur danış görək. (Əlinə qeyd dəftərçəsini və karandaşını aldı).
-Həə. Bilirsən, çətin günlər keçirdirəm. Özümü tənha hiss eləyirəm. Bəlkə də o hadisələrdən ola bilər. Yəqin Elvin düz proqnozlaşdırıb. 
+Seans təyin etmək istəyirsən?
-Düzü hə. Məncə, bu çox yaxşı olardı. Nələrisə dəyişməyə kömək edərdi. 
+Hmm. Sabah üçün passent var. Brisi gün 3-də seans alınar? 1 saatlıq? Həftədə 2 və ya 3 dəfə seans təyin edə bilərik. Necə isdəyirsən?
-Buna ilk seansdan sonra qərar versək? 
+Olar.

-Ayağa qalxdım. O zaman brisi gün görüşərik. Bir də əlaqə nömrənizi götürə bilərəm? (Vizitkasını verdi). Telefonum xarab olub deyə ola bilsin sizlə başqa nömrədən əlaqə saxladım.
+Olar. Necə rahatdırsa.
-Hələlik.
+Görüşənədək.

Vizitkanı götürüb plazadan çıxdım. Yolboyu öz-özümə "bir ümid" var deyə düşünürdüm. Evə gəldim. Niyəsə narahat idim. Film izlədim. "Şouşenkdən qaçış" filmini. Ən çox diqqətimi çəkən yeri adamın 19 ilə o qədər güclü nəzarət edilən türmədən qaçış planını hazırlaması idi. İMDB-də 1-ci olan bir film. Və 19 il. "Çirkə bata-bata azadlığa qaçan biri."

Sonra axşamtərəfi dostlarla görüşdük. Bir az deyib-gülmək, əyləncə, azca iqtisadiyyatdan, azca siyasətdən, sonra da azaldıqca problemlərdən danışdıq. Sonra evə qayıtdım. Yenə özümü "nəsə etməmiş" kimi hiss edirdim. Fikirləşdim ki, yatım. O da olmadı. İçki içdim. Yenə yata bilmədim.

Yarım saatlıq kofe istirahətindən sonra "Rex Ghosh"-un məhşur "19-cu cadde" əsərini oxudum. Baş rolda Sofiya. Necə də möhtəşəm şedevrdi. Adam üçüncü dünya müharibəsinin virtual olaraq, pul üçün olacağını proqnozlaşdırır.

Kitabı da qurtardım. Yenə narahat hiss edirdim. Halbuki etməli olduğum şeyləri etmişdim. Elvin və Sofiyayala Skype vasitəsilə qrup söhbətləşdik. İstanbul, Buxarest və Bakını birləşdirən bir qrup. Oxuduğumuz kitablardan danışırdıq. Etdiklərimizdən və s. Psixoloq məsələsini danışdım. Yenə də rahat deyildim. "Psixoloq yanına gedirsə, dəlidir" düşüncəsi məni içdən yeyirdi. Bilmirdim nə edəcəyimi. Sağollaşdıq xeyli danışıqdan sonra.

Bir xaker olaraq "xaker olmazdan" öncə oxumalı olduğumuz qaydalar toplusu, nizamnamə ya da manifesto deyə bir şey var. Oradakı əsas qaydalardan biri - "heç vaxt şəxsi qaydalar üçün güclərinizi istifadə etməyin" deyə bir cümlə var. Və mən bu qaydanı pozmuşdum.

Psixoloq Nərgiz xanımı əvvəldən tanımırdım. Mənə sadəcə vizitkasını vermişdi. Və orada nömrəsi yazılırdı. Bir saatdan sonra o nömrə vasitəsilə Facebook, İnstagram və Gmailini tapmışdım və hesabların şifrələrini artıq bilirdim.

Düzü, bir psixoloq kimi daha güclü şifrə gözləyirdim. 13 ədədini sevdiyindən (hətta nömrəsində iki dənə "13"-ə rast gəlmək olur) hesabının sonunda "13" var idi. Bunu tapmaq elə də çətin olmadı. Şifrənin əvvəlində isə uşaqlıq illərində itirdiyi atasının adının baş hərfi olan "T" sonrasında isə özü adının baş hərfi "N" və də atasının baş hərfi olmadan adının tamamı. "TNural13". Cəmi 22 dəqiqəmi almışdı. İşin asan tərəfi bütün şəbəkələrdə eyni şifrəni istifadə etməsi idi. İki ehtimal var, ya yaddaşca zəif biridir, ya da telefonunda "qeydlər" bölməsinə heç vaxt heç bir şifrəni yazmır. Qeyd dəftərçəsi də ola bilərdi. Ancaq telefonu smartfon idi. Deməli, ümumiyyətlə bu kimi qeydlər aparan biri deyildi, sadəcə rahat olsun deyə o şifrəni istifadə edirdi. Əlbəttə, şifrənin son dəyişim tarixi də var. 2 ay əvvəl dəyişilmişdi. Niyə? Atasına qarşı sevgisi 2 ay əvvəl yaranmışdı? Yox. Ayrılıq var idi. Əvvəlki şifrəsi "canimNicat1313" imiş. 2 ay öncəki ayrılıqdan sonra bütün hesablardakı şifrəsini dəyişmək məcburiyyətində qalıb. Bu da digər məntiqi uzlaşdırırdı. Adətən insanlar maillərindəki şifrələri sosial şəbəkələrdəki hesablarının şifrələrinə nisbətən daha gec-gec dəyişir. Bu ancaq fərqli idi və məntiq uzlaşmışdı. Məni xəyal qırıqlığına uğradan əsas şey isə maaş kartının şifrəsinə "1331" qoyması idi. Bu cür şifrələri ümumiyyətlə kiməsə məsləhət görmürəm, Azərbaycanda bütün bankomatlarda olmasa belə, oğurluq hallarında şifrəni tərs yazaraq (3 dəfə ardıcıl) siz bankomat vasitəsilə polis çağıra bilərsiz. Bu da onu sübut edirdi ki, Psixologiya üzrə məsləhətli biri olsa da, Sofiyanın texnoloji biliklərinin yanında qırağa atılan pedikürlənmiş və laklanmış dırnağı belə ola bilməzdi.

İki ay öncə ayrılıq yaşayıbmış, sevgilisi olan Nicat isə 10 ildən çoxdur tanış olduğu, hətta bir yerdə böyüdüyü uşaqlıq dostlarından biridir. 2 ay əvvəl isə ayrılıblar. Cəmi 1 aya oğlan tərəfi evləri "adətlərə" görə qız tapıb evləndiriblər. İndi oğlan da qıza yəni Nərgizə öz toyuna gəlməsi üçün toy dəvətnaməsi göndərib. O da dəvətnaməni görəndə əsəbiləşib, bütün şifrələrini dəyişib. Hətta toya da "113 dənə 1 manat" göndərib, öz aləmində qisas alıb.

Ən sevdiyi kitablardan biri və hətta ən sevdiyi "Deyl Karniegi - Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabı imiş. Ən sevdiyi yazıçı da bu kitabın müəllifidir.

Ən sevdiyi rəng bənövşəyi imiş, totem ədədi isə 13. Sevdiyi gül təbii ki, adına uyğun Nərgiz gülü. Niyəsə solaxay imiş əvvəllər. Böyrəyində xəstəliyi varmış. Deistmiş. Ən çox Real Madridi və Cristiano Ronaldonu sevirmiş.

Bu kimi onlarla informasiya öyrəndim Nərgiz haqqda. Niyəsini özüm də bilmirdim. Ancaq ilk əvvəllər özümə "o məni tanımazdan əvvəl mən onu tanımalıyam" dedim. Həm də ona "necə biri olduğumu" izah etməliydim ki, məni başa düşsün. Hə.

İki gün keçdi.

Gəldim. Qapını yenə adətim üzrə 3 dəfə tıqqıldatdım. Yenə eyni sözü eşitdim.
-Buyurun.

Keçdim. Gülərüzlü biri idi. Bunu virtual olaraq çoxlu smaylik göndərməyindən anlamışdım. Yenə adəti üzrə içməyə nə istədiyimi soruşdu. "Kofe" xahiş etdim.

Söhbətə başladıq.

-Özünü necə hiss edirsən? Səncə bu tənhalıq nədən yaranır?
+Fikirlərim özümdən və mövcud olan bütün insanoğludan daha ağırdır. Beynim götürsə də, bölüşəcək insanlar olmur deyə içdən yeyir məni bu düşüncələr. Psixoloq yanına gəlməyi isə öz aləmimdə "İsgəndərin buynuzu var, buynuzu" nağılındakı kimi, gərək kiməsə danışım, anlamasa belə.
-Nə fikirlərdir ki?
+Metafizika, parafizika, əlkimya, ezoteriya, biokontakt və s. Çoxlu elmlər araşdırıram. Ancaq əksər insanlar anlamır. Ən yaxşı halda dinləyirlər, "hə anlayıram" deyirlər amma heç nə. Həqiqətdə isə heç nə. Anlamırlar.
-Bəs Elvin və Sofiya? Nə əcəb onlarla bölüşmürsən?
+Məsafə fərqi var, Skypeda metafizikadan danışmaq bir az qəribə gəlir. Ya da Kaballahdan. Nə bilim.

Beləcə bir neçə sual verdi. Standart psixoanaliz sualları deyərdim. Sonrda ağlıma belə bir şey gəldi. Onun həyatına aid olan şeylərdən bir hekayə düzəldib ona danışacaqdım.

-Əks-cinslərə qarşı münasibətin necədir?
+Heteroseksualam, problemim yoxdur, hətta.. Hətta, bir nəfər var, yenicə ayrılmışıq, 2 ay olar.
-Danış görək münasibətinizi. Necə tanış olmusuz? Nə vaxt? 
+Bir-iki il olar. İlk dəfə Ali Nino kitab dükanında tanış olmuşuq. Orada bilirsən, çox vaxt qalın kitabları yuxarı qoyurlar. Mən də kitab seçirdim, təsadüfən əlimdən sürüşdü və rəfdən birbaşa yanımda duran qızın ayağının üstünə düşürrtdüm kitabı. Sonra üzr istəmə mərasimi, refleks verərkən yerə düşən kitabları toplamaq, göz-gözə gəlmək və s. "Film kimi" deyə bilərik. Sonra bizim universitetin yanındakı univeristetdə oxuduğunu anladım. Sonra da tanışlığımız yarandı.
-Aha. Bəs sonra? İrəlilətdirə bildiz münasibəti?
+Hə. Çox özü də. Hətta məsələ evliliyə kimi gəlmişdi. Hərçənd standartları o qədər də sevmirəm. Uşaqlarımız olsa adını nə qoyacağımızı belə planlaşdırmışdıq. Yaşayacağımız ölkəni, gələcək planlarımda mənə edəcəyi köməklər filan. Nə bilim sonra. Sonra. Ayrıldıq.
-Niyə?
+Problemlər yarandı. Əslində barışmaq fikrim vardı. Ancaq ayrılıqdan cəmi 2 həftə sonra mənə dəvətnamə göndərdi. O saat evləndi. Bilmədim özü istəyirdi ya evdəkilərin təkidilə amma. Mənə də dəvətnamə göndərdi. Başa düşürsən? Sevdiyin insanın toyuna dəvətnamə alırsan. O məclisdə sevdiyin gəlindir və sən sadəcə axmaq bir qonaqsan.

Bu sözlərimdən sonra tutuldu deyəsən Nərgiz. Öz həyatındakı şeyləri onun üzünə vururdum bir-bir. Dayanmadım.

+Üstəlik, Karnieginin bir sözü var.
-Nə? Karniegi?
+Hə. Niyə təəccübləndin ki?
-Yox, sadəcə xoşladığım yazıçı-psixoloqdur. Ona görə. Nə deyibmiş?
+"Dostları necə qazanmalı və insanlara necə təsir etməli" kitabını oxumusan? Bax, o kitab bizim üçün bütün müqəddəs kitablardan daha önəmli idi. Səhifə 19-dadır o cümlə. Özü qeyd etmişdi. 
-Bir dəqiqə. Niyə önəmlidir ki, o kitab? (Xeyli təəccüblənib, tez-tez su içir. Yerini iki dəfə dəyişdirib son 5 dəqiqədə.)
+Ayağının üstünə o kitabı salmışdım. O kitab tanışlığımıza şərait yaratmışdı. Ona görə.

Nərgiz xeyli təəccübləndi. Hətta şoka düşdü desəm, yanılmaram. Seansın bitməyinə 10 dəqiqədən az vaxt qalırdı.

-Bu kimi səbəblərdən ötrü özümü yalnız hiss edirəm. Zamanla olur.

Seans bitdi. Nərgizin məndən sonra heç bir passenti yox idi deyə ona çıxışdan sonra kofeyə getməyi təklif etdim. Onda xeyli maraq yaratdığımdan razılaşdı. Gloria Jeans-in kofesini heç bir kofeyə dəyişmərəm. 1 saatdan az vaxt sonra kofe içirdik. Söhbətə belə başladım. Artıq nələrisə etiraf etmək lazım idi.

-Bilirsən, əslində içəridə danışdığım hekayə uydurma idi. Elə bir qız filan olmayıb. Sənə bir şey etiraf etməliyəm.
+Buyur.
-Radikal qarşılamazsan?
+Xeyr, çalışaram radikallaşmayım.
-Mən psixəm. (Getdim və bir daha görüşmədik)

Burada çox düşünməliydim.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0413 saniye