2-ci nömrə
“Mən onları anlaya bilmirəm. Onların yanında kölgə kimi ora-bura gəzirəm. Mənim fikirlərim heç onlara maraqlı deyil. Axı dostum Səlimin dediklərinə görə o, 2-ci nömrəli deyil. O, ailədə tək uşaqdı. Lakin həmişə hamının gözü qabağın da, mərkəzdə olur. Onun dediklərinə əsaslanaraq valideynləri ünsiyyət qurur, bir-birindən ayrılmırlar. Onun üçün hər şeyi sevgi ilə görürlər. Amma mən valideynlərimin sevgisini hiss etmirəm. Xeyir! Bunun qarşısını almaq lazımdı.”,-deyə Malik əlində qələmi barmaqları arasında fırladıb fikirə getmişdi. Sonra qəlyanaltı etmək üçün mətbəxə yollandı. Orada anası, həmişəki kimi tələsik işini görürdü.
-Malik, mən iş getdim. Yeməyini ye! Sonra məktəbə yollan.-Deyə onun yanından keçib getdi.
-Bəs ata hardadır.-Malik bu sualı heç vaxt verməzdi. Sadəcə olaraq anasının cavabını bilmək istəyirdi. Amma o, öz yaşıl gözləri ilə ona tərs-tərs baxdı. Hətta qəzəbləndi. Onun yanına gələrək alnından öpüb dedi:
-Sağol!
Malik masaya əyləşdi: ”Anam niyə sualla cavab vermədi?”,-deyə yenidən fikirə daldı. Uşağın atası mətbəxə daxil oldu. Masanın üzərində artıq hər şey hazırlanmışdı. Lakin atasının fincanı görünmürdü.
-Ata, ana niyə sənə çay süzmədi?
Atası bir anlığa təəccüblə ona baxdı. Sonra ağzını açdı, lakin yenədə yumdu. Heç nə demədi. Malikin bu sualı özünü də heyrətləndirdi. Bütün yarım il içərisində bu sualı heç kəsə verməmişdi. Hətta indi onun qəlbində qeyri-ixtiyari olaraq ağrı yarandı. Bəlkə baş verən bu hadisələr onun sayəsində olub, hər şeyin günahkarı o, sayılır? Atası fincanına çay süzüb oturdu. Malik ona yenidən sual vermək əleyhinə idi:
-Ata, anam bu gün işdən tez qayıdacaq?-Yenidən qəlbində ki, ağrı sancdı. Axı nədən bu sualı verdi. Atası heç nə demədi. O, çiyinlərini çəkdi. Çayın isti buxarı onun üzünə vururdu. Başını oradan heç çəkmək istəmirdi. Hətta kipriklərin üzərində artıq kiçik damcılar yaranmışdı.
-Bəs ana bu gün axşam harasa gedəcək? Bəs sən evə tez qayıdacaqsan.- Malik zehnində, yenidən ailədə sevginin işığını yaratmaq üçün gərgin bir fikirə gəlir. Sevginin yenidən bərpə olunması üçün hər şeyə hazır idi. Qəflətən atası əlini masaya çırpdı. Masanın üzərini qonur rəngində su aldı.
-Malik bu sualları niyə soruşursan? Özünü bilməməzliyə vurma.- Deyə ayağa qalxdı. Onun üzündə qəzəb əks olunmamışdı. Sadəcə olaraq çox utanmış halda idi.
Malik hətta dərsdə belə bu barədə, planı qurmaqla məşğul idi. Məktəbdən çıxan kimi evə yollanmadı. Bir başa kafeyə daxil oldu. Orada bir az söhbət aparıb çıxdı. İşini bitirdikdən sonra evə çatdı. İndi ən çətin hissə gəlib. Əlinə iki kağız aldı. İlk növbədə sinif rəhbərinin adından məktub çap elədi. Hər iki məktub üzərində işini bitirdi. İndi valideynlərinə yalan danışmaq qaldı. Atasının yanına çatanda məktubu uzatdı. O, baxdığı televizordan gözünü çəkdi. Oxumağa başladı. Sonra başını qaldırıb Malikə baxdı:
-Sinif rəhbəriniz mənimlə kafedə görüşmək istəyir?
-Hə! Bu yeni qaydadı. Sinif rəhbəri valideynlərlə görüşməlidir.
-Tək mənimlə?-O, bu sözləri deməklə anasını nəzərdə tuturdu.
-Bəli yalnız səninlə. Axşam saat yeddidə.
-Hə! Yaxşı gedərəm.
Malik buna oxşar məktubu anasına uzatdı. Anası eyni sualları verdi, eyni cavab aldı. Atasına baxanda anası daha tez evdən çıxdı. Hətta Malik atasının üzündə maraq ifadəsini sezdi. Ata evdən çıxan kimi on dəqiqədən sonra o da onun ardınca getdi. Kafeyə çatan ana iki nəfərlik, üzərində 2-ci nömrə yazılmış masaya əyləşdi. Bu an oraya atası daxil oldu. İkinci nömrəli masaya çatanda, durub təəccübləndi. Birdən Maliki daxildən bilmədiyi bir qorxu bürüdü. Əgər qəflətən qurduğu plan baş tutmasa...Atası bunun bir zarafat olduğunu anlayıb qayıdacaq. Anası isə axır əvvəl onu bu hərəkətinə görə danlayacaq. Və yenidən hər şeyin günahkarı o, olacaq. Daim ailəsi sevgisiz yaşayacaq. Sona yaxın hər şey daha da qəlizləşəcək. Əkdikləri sevgi ağacı kökündən qırılacaq. Lakin hər şey onun fikirləşdiyi kimi olmadı. Atası stula əyləşdi. Bəlkə onlar hələ də inanırlar ki, görüş olınacaq? Amma atası anasının əlini öz əlinə aldı. Onun üzündə peşman, günahgar bir insanın siması görünürdü. Anası isə gülümsəyərək onun gözlərinə baxırdı. Malik heyrətlə onları izləyirdi. Valideynlərinin üzündə ki, təəccüb də soyuyub keçmişdi. Əksinə onlar mehribancasına bir-birinin üzünə baxaraq gülüb, söhbət edirdilər. Malik hiss etdi ki, onun qəlbini sancan həmin ağrı keçib getdi. Çünki valideynlərinin xoşbəxt simasını gördü. Birdən atası əlini qaldırıb ona baxdı. Oğluna gülümsəyib, yanlarına çağırdı. Malik tez vitrindən keçib içəri keçdi. Onlar isə sadəcə olaraq onu bərk-bərk qucaqladılar. Bu an Malik fikirə getdi: ”Mən istədiyimə nail ola bildim. Yeni ağacın böyüməsinə nail ola bildim.”
Əlişli Çinarə