2-ci Septinistlər hərəkatı.
Susqun tərəfindən "Hekayə" bolməsinə 17:08 29 iyun 2015 tarixində əlavə olunmuşdur

2-ci Septini.. (1217-1224)  

13-cü əsrdə təzahür edir Septinistlər. Bu dəfə Septinos ərazini Avropa seçir. Bizim tarixə "5-ci xaç yürüşü" adı ilə düşən hərəkatın əsasını Septinistlər təşkil edir.   Yürüşün məqsədi o olur, ki, bəşəriyyətin ən güclüləri, ən seçilmişləri Misirə hücum etsinlər və bütün Misiri tutsunlar. Əsas məqsəd
Piramidaların ələ keçirilməsi, yenidən tikilməsi və 1-ci planetlə əlaqəni bərpa etmək olsa da, hazırki tarixi qaynaqlara "Dimyat (Damyetta) qalasının tutulması" əsas məqsəd kimi göstərilir.   Avropanın əksər xalqları, ingilislər, hollandlar, macarlar, fransızlar və s. xalqlarının ən güclüləri, ən ağıllıları, ən döyüşkənləri seçilir. 7 əsas "psixin" başçılığı altında, təbii ki, Hüqo De İeynin xatirəsinə, böyük ordu yaradılır.  

1217-ci ildə Septinistlərin 2-ci yürüşü və ya "səlibçilər" və ya "xaçlılar" və ya "Tampliyerlər" 5-ci yürüşü reallaşır. Dövrün texnologiyasına uyğun olaraq 2 ildən sonra, 1219-cu ildə Misir və lazımı ərazilər ələ keçirilir. Lakin, "uşaqlığından öyrədilmiş" (Uşaq səlib yürüşlərindən öncəki Tampliyer-Septinist təlimləri) Septini ordusunda hər kəs itaətdən boyun qaçırdır. Bununla da 1221-ci ilə kimi bütün Septini ordusu böyük 7-lər tərəfindən elə Misirdəcə qırılır. 5-ci səlib yürüşündən geriyə sadəcə 7 nəfər qayıdır.   1224-cü ilə qədər Avropanın müxtəlif ərazilərinə yayılan

Septinistlər Assassinlərlə əlaqəyə keçirlər. "Böyük A" kitabının da bu dövrdə yazılması və elə o dövrdə də gizlədilməsi də Septinistlərin adı ilə bağlı olur.   1224-cü ildə böyük 7-lik ifşa nəticəsində edama uğrayır. Lakin əsrin bitməsinə illər qala bir neçə dəfə "Septinistlər" deyə hərəkatlar Avropanın müxtəlif yerlərində təzahür edir. Bəziləri öldüklərini desə də, bəziləri də hələ də yaşadıqlarını deyir. Bəziləri isə bu Septinistlərin Misirdə piramidaları bərpa edərək 1-ci planetə, Septinosun yanına getdiklərini deyir.  

Dövrün ən böyük icadlarından biri "eynək" olur. Söhbət adi eynəklərdən getmir. Köhnə macarcadan tərcümədə "Nzemüveg" mənasını verən bu eynəklərdən Septinistlər artıq 13-cü əsrin əvvəlrindən istifadə etməyə başlayır. Həyatı boyu Avropanın qumsuz, küləksiz ərazilərində böyümüş əsgərlər Misirdə yerlilərə necə qalib gəlir? Gözlərini "eynəklə" müdafiə edərək. Sonralar 3-cü Septinidə və digər Septinilərdə tərəqqiyə məruz qalan "eynəklər" günümüzdə "Google glass" texnologiyasına kimi gətirir.

  İcadlar bölməsində isə birinci Septini kompası - "Pussola" (köhnə italyanacadan tərcümədə), ikincilər isə eynəyi - "Nzemüveg"-i (köhnə macarcadan tərcümədə) kəşf edirlər.   

2-ci Septinin lideri isə 6-cı psix olan "Eynəkli" olur.    

2-ci Septinin psixləri:  

S - Szép - Gözəl ( Köhnə macar dilindən tərcümədə) - #12421SX - Bilinmir
E - Erős - Güclü (Köhnə macar dilindən tərcümədə) - #X22211E - Eulas de Kantos
P - Postás - Poçtalyon (Köhnə macar dilindən tərcümədə) - #PX32531 - Bilinmir
T - Templomosok - Tampliyer (Köhnə macar dilindən tərcümədə) - #1TX4203 - Bilinmir
İ - İlkimista - Kimyagər (Köhnə macar dilindən tərcümədə) - #41İX521 - Bilinmir
N - Nzemüveges - Eynəkli (Köhnə macar dilindən tərcümədə) - #942NO61 - Namoc
İ - İorradalmi - İnqilabçı (Köhnə macar dilindən tərcümədə) - #2331İX7 - Bilinmir    

Namoc - Andrew 2 - Macarıstan və Xorvatiya kralı adı ilə məhşurdur. ExtraNETdəki yazılara istinadən, Andreyin əsl adı Namoc olur. Kral olarkən adı dəyişdirilir və Andrey adını götürür.


 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0335 saniye