2 kəliməlik həyatlar
Muzafferus tərəfindən "Esse" bolməsinə 10:42 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Mürəkkəb kağıza aşiq, qələmə küskün, fikirlərə dost. İndi bir yazı düşün, dilin dosta deyə bilmədiyi, qəlbin qorxub gizlətdiyi.

Qaranlıq bir otaq düşün,ağ pərdələr küləklə rəqs edərkən, kölgəsi qaranlıqda bölünsün.

Təsəvvür et: boş səhradasan. Qum dənəciyisən. Nədir dəyərin, önəmin? Heç.

Fikirləş gələcəyini. İndi kağızda qaradı mürəkkəb də. Bir naməlumluq..

Küçəyə duman çökmüşdü erkəndən. Tüstü dumana qarışdı. Soyuq vardı. Xəstə canıyla çölə çıxdı. Könlündən üşümə keçirdi sadəcə Rəşadın. Saatlarla gəzdi, doyunca üşüdü. Qocalıq çağında uşaqllq edirdi.

Bəlkə düşünmək istəyirdi. Görünməyən,qaranlıq gələcəyini düşünmək. Boşluğu fikirləşmək. Tapmaq. Amma yox, bu qaranlığa gözləri tab gətirməz.

Fikrini yayındırmaq  üçün keçmişə qayıtdı. İllər ərzində nə etdiyinə baxdı. Varlığını sebut etməyə çalışdı. Amma yenədə boşluq. Zaman çayında boğulub axıb gedib…

Geridə nə qaldı? Nə unudulmaz oldu? Onca illərin sonu nə oldu? Nə? Niyə? …..

Boğuldu,üşüdü.

Qoca gözlərində tənhalıq qalmışdı geridə qoydu illərdən kiçik bir iz olaraq. Bütün hər şey keçmişdə qalmışdı. Gəlib keçmişdi. Amma bir heçmiş. O heçliklər ortaq keçmişdə qaldı, gələcəyi olmayan birinin keçmişində.

3 kəliməlik həyatdı bizimkisi.. doğuluruq, yaşayırıq, ölürük.

Bəs yaşamaq nədir?

Əgər sevməksə, alovlanib yanmaqsa… Əgər geridə bir iz qoymaqsa… Əgər var olduğunu sübut etməksə…

O zaman yaşamadıq biz. Həyatımız oldu iki kəlməmiz…

Biz iki kəlməlik həyatlarıq: doğuluruq, ölürük.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0215 saniye