2014-ün maraqla gözlənilən filmləri – TOP 5
Vüsal Məmmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 16:01 08 yanvar 2014 tarixində əlavə olunmuşdur

Bu il kinosevərlər üçün olduqca maraqlı olacaq, desək, yanılmarıq. Belə ki, tamaşaçılar bir-birindən möhtəşəm filmlərə şahidlik edəcəklər. Artıq bəzi filmlər təqdim olunmamışadan əvvəl səs-küyə səbəb olub.
Kinosevərlərin həsrətli gözləyişdən sonra nələrlə qarşılaşacağını dəqiq deyə bilmərik. Ancaq 2014-ün TOP 5 filmləri haqqında qısa məlumatların tamaşaçılarda müəyyən təsəvvürlər yaradacağına inanırıq.

Simsar.az qarşımızdakı ilin ən böyük 5 kinolayihəsini təqdim edir:


"Hobbit: Smauqun xarabalığı" ("The Hobbit: The desolation of Smaug")
"Üzüklərin şahzadəsi" seriyasının və "Hobbit: gözlənilməz səyahət" filmlərinin rejissoru Piter Ceksonun yeni əl işi yenə J.R.R. Tolkinin əsəri əsasında ərsəyə gəlmişdir.
Bu dəfə Bilbo Baqqins Smauqun xəzinəsini çatmaq üçün gizli qapını tapmalıdır. Qəhrəmanlar dumanlı dağları keçdikdən sonra Mirkvud meşəsini keçməlidirlər. Ancaq bu dəfə onların yanında Qandalf olmayacaq. Buna görə, onların tanımadıqları qüdrətli birinin köməyinə ehtiyacı yaranacaq. Qandalf isə gizli bir iş üçün cənuba yollanıb...


"Uol Strit canavarı" ("The Wolf of Wall Street")
Leonardo DiKaprionun iştirakı ilə çəkilən film 24 yaşlı Cordan Belfortdan bəhs edir. İş adamlarını aldadaraq vəziyyətini xeyli yaxşılaşdıran Cordan qazandığı külli miqdarda pulu tez bir zamanda xərcləyib qurtarır. Narkotikadan istifadə edən, eyş-işrətlə məşğul olan Cordan iyrənc həyata sahibdir.
Film real hadisələr əsasında ərsəyə gəlmişdir və Amerika birjasında işləyən Cordan Belfortun bioqrafiyasına əsasən çəkilmişdir.

 

 

 

 

 

 

 

 


"Meymunlar planeti: Şəfəq vaxtı" ("Dawn of the Planet of the Apes")
Matt Rivesin sənət əsəri olan filmdə hadisələr gələcəkdə baş verir. Yeni "Meymunlar planeti" seriyasının ikinci bölümü olan "Şəfəq vaxtı"nda genetikası dəyişdirilən və insanlardan daha ağıllı olan meymun Sezardan bəhs edilir. Sezar ətrafında olan meymunları üsyana çağırır və əsas hadisələr də bundan sonra başlayır.
Qeyd edək ki, Meymun Sezar rolunda "Üzüklərin şahzadəsi" filmindən Qollum kimi tanıdığımız Endi Serkis çəkilib.


"Kapitan Amerika: Qış əsgəri" ("Capitain America: The Winter Soldier")
Yenilməz qəhrəmanımız ilk filmdəki macəralarını davam etdirməkdədir.
Bu dəfə hadisələr sosialist Rusiyasında baş verir. Xüsusi təyinatlı dəstədə yetişdirilən və Qış əsgəri adlandırılan döyüşçü, əslində, bir ölüm maşınıdır. Rusiyalılar tərəfindən donmuş göldə tapılan bu əsgər qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir.
Kapitan Amerika Falkon və Kara Dulun köməyinə arxalanaraq Qış əsgərinə qarşı çətin bir mübarizəyə başlayır.
Filmdə baş rolu Kris Evans ifa edib.

 

 

 

 

 

 


"RoboKop" ("RoboCop")
Bu filmdə də hadisələr gələcəkdə baş verir.
20 il sonra bir texnologiya firması robot istehsalında böyük uğurlara nail olur. Xüsusilə, pilotsuz təyyarələrin istehsalındakı uğurlar dövlətlərin müharibələrdə daha rahat iştirakına şərait yaradır. Çünki bu təyyarələr insanın edə bildiklərini daha mükəmməl formada yerinə yetirməyə qadirdir.
Filmdə ön planda bir polis təsvir edilib. Həmin polis xidmət vaxtı xəsarət alır. Görəsən, robot istehsalında möhtəşəm nailiyyətləri olan texnologiya firması insan həyatını xilas edə biləcəkmi?

 

 

 

 

 

 

 


Qeyd edək ki, "Hobbit: Smauqun xarabalığı" filminin dünya premyerası ötən ilin sonlarında olub. Film Azərbaycan kinoteatrlarında da təqdimata hazırlanır. Haqqında danışdığımız digər filmlər isə mart ayından etibarən dünya kinosevərlərinə təqdim edilməyə başlanacaq.

Vüsal Məmmədzadə Simsar.az üçün


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+13=
Hesaba giriş
Müəllif

Vüsal Məmmədzadə
Haqqında
Bakalavr: Bakı Slavyan Universiteti - jurnalistika // Magistr: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Doktorantura: Bakı Dövlət Universiteti - radio-tv jurnalistikası // Vaxtınız olsa, YouTube kanalıma da baş çəkin. Arabir maraqlı hesab etdiyim mövzulardan danışıram :)
Əlaqə
E-mail:
rossovusal@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0277 saniye