21-ci əsr Gənclər
Aqil Yaşaroğlu tərəfindən "Ədəbi tənqid" bolməsinə 00:22 17 dekabr 2016 tarixində əlavə olunmuşdur

                                                                                                                      Gənclər 21- ci əsr

Təəssüflər olsun ki, son bir neçə ildə Azərbaycanda mütaliə edən gənclərin sayında azalma müşahidə olunur. Gənc nəsil kitab oxumur, mütaliədən qaçır. İnsan daim, gündəlik həyat tərzində özü - özünü inkişaf etdirməli, mütaliə eləməlidir. Kitab ilk öncə insanın nitq qabiliyyətinin inkişafına, söz ehtiyatının artmasında əvəzsiz bir vasitədir. Oxumaqdan insana heç bir zərər gəlməz, kitabdan qaçmaq isə lazım deyil. Bu zaman beyinlər çılpaqlaşır, düşüncələr olur tozlu. İctimai yerlərdə, gündəlik həyatımızda qarşımızdakı insanı danışdıranda o dəqiqə sezmək olur ki, savadlıdır ya da savadsız.

Əqidəli insan harda olursa-olsun özünü idarə etməyi, səbirli, eləcə də anlayışlı olmağı bacarır.. Bir çox insanlar özlərinə sərf etməyən, işlərinə yaramadığını fikirləşdikləri  şeylərə həmişə bəhanə gətirər,çox vaxt da səhlənkarlıq göstərərlər. Bu cür insanlara kitaba qarşı biganə yanaşan, kitab oxumağı vaxt itkisi, lazımsız bir şey zənn edib kitab oxumayan insanları aid edə bilərik. İllərlə əlinə kitab almayanların, əlbəttə, kitaba qarşı marağı da olmaz. Bəs bütün gününü televizorun qarşısında  bir verilişi belə ötürməyənlər kim olsun? Gününün yarısını sosial şəbəkələrdə kim keçirsin? Bütün seriallara kim baxsın? Vaxtının çoxunu həyətdə kim avara-avara gəzib-dolaşsın? Bu adamlar təkcə kitab oxumaqdan başqa hər şeyə vaxt taparlar. Lakin bu cür insanlara kitab oxuyursanmı? deyə sual versək, vaxtlarının olmadığını bəhanə gətirib mövzudan yayınarlar. Yalan danışmaq insanların sevimli hobbisidir. Bəzi gənclərin işi-gücü ya Facebookda boş-boş vaxt öldürmək, ya da müxtəlif çatlarda fırlanmaqdır. Nə qədər ki, insanlar elmə, biliyə səthi münasibət göstərirlərsə, nə qədər ki, bir qızın qısa ətək geyindiyinə görə onu önyarqılı fikirləri ilə əxlaqsız hesab edirlərsə, bu cəmiyyət heç vaxt inkişaf etməyəcək. Bu cəmiyyətdən heç bir yenilik gözləmək olmaz. Məqsədi bilik qazanmaq, elmə yiyələnmək olan bəzi məktəbli qızlar hazırlıq adıyla evdən çıxıb, oğlanlarla görüşür. Oğlanlar isə evdən çıxıb, haralarasa gedib avaralanar, vaxtlarını öldürmək üçün bütün variantlardan istifadə edərlər. Təkcə kitab oxumaq üçün vaxtları çatmaz. Onlar valideyn əziyyətini tapdayıb, yox edərlər. Gənclər arasında təsbeh fırladıb, bütün günü məhlələrarası, qəsəbə, şəhərarası “razborka”lara vaxtını sərf edənlər aşağı səviyyəli, kasıb düşüncə tərzinə malik insanlardır. Onlar fərqində belə deyillər ki, çox əzgin, lüzumsuz, eləcə də gələcəyi görünməyən bir həyat yaşayırlar. Bir əlində təsbeh, o biri əllərində siqaret olur həmişə. Hər bir oğlanın öz səviyyəsinə uyğun olaraq qrup şəklində dostları olur. Özlərini xox kimi göstərərlər dəstə şəklində olanda. Amma təkbətək dava olanda isə gizlənməyə yer axtararlar. Hər yoldan keçən qıza söz atıb, sataşarlar. Onlara sual verəndə ki, sənin anana və bacına sataşsalar xoşuna gələrmi? Həmin an yanarlar içdən və çöldən. Vulkan kimi püskürərlər, amma heç vaxt oturub düşünməzlər ki, söz atdığım qız da bir ananın, atanın qızı, bir qardaşın bacısıdı.Bu sual onlara sərf eləməz, mövzunu dəyişib tez də əsəbləşib özlərindən çıxarlar. Hətta ona bu sualı verən adama özünün etdiyi hərəkətə  haqq qazandırırmış kimi  ‘ağzının danışığını bilginən’ deyib yalnış davranışlarının fərqinə varmazlar. Hesab edirəm ki, gənclərin yaratdığı o kiçik məhəlləvari qruplarda düşüncələr, hərəkətlər, ləyaqət və şərəf də eyni dərəcədə olur. Əgər kimsə dostlarından ləyaqət və şərəfdə fərqlənirsə, o qrupa beş dəqiqədən artıq tab gətirə bilməz, günlər keçdikcə onlardan uzaqlaşar. İndi dost dediyimiz şəxslər daha çox yaltağa oxşayır. Söyüş üstündə bir- birlərini bıçaqla yanlar, bacısına görə cinayət törədib fəxr eləyənlər, xüsusən, valideyn nəzarəti olmayan 16-20 yaşlı gənclərdən danışmaq olar. Onların əsas prinsipləri zorakılıq, qəddarlıq və bir çox mənfi xüsusiyyətlərdən ibarətdir. Gənclər bir şeyi unudurlar, onları dünyaya gətirən valideynlərinin əziyyət və haqqını, bir də cəmiyyətdə əsl vətəndaş kimi yaşamağı. Bir səviyyəsiz gənc hardan bilər ki, vətəndaş kimi yaşamaq nədir? Onların beyni cürbəcür mənasız və boş şeylərlə doludur.

            Cəmiyyətdə iyrəncliklər çoxdu. Kişilikdən danışanlar yoldan keçən hər qıza sataşaraq özlərini axırıncı yola qoyanlar bu hərəkətləri eləyən insanları üzə çıxarmaq lazımdır. Misal üçün filankəsin bacısı özünə xas olmayan hərəkətlər edir. Qızın qardaşı onu  nə qədər düzgün yola yönləndirsə də qız öz elədiyi çirkin əməllərdən əl çəkmir. Kənar oğlanlar isə qızın qardaşına pis baxırlar. Onu peysəl adlandırırlar. Halbuki peysəl özləridi. Bu söz onlara görə ağır söyüşdür. Çünkü onların səviyyəsi o qədər aşağıdır ki, nəyin pis, nəyin yaxşı olduğunu dərk edə bilmirlər. Əgər biz bu kimi mövzularda xırdalığa gedib çıxsaq onda daha da aydın olunar ki, başqasına peysəl və ya pis söyüş dəyənlər özləri də o sözdən fərqlənmir. Yolda kişi cinsinin nümayəndələrinin bir-biri ilə görüşməyinə diqqətlə baxın. Başlarını yaxınlaşdıraraq üzlərini  yanaqlarına vuraraq görüşürlər. Türklərə məxsus mənasız bir görüşmədir. Harada mənasız, boş şeylərvarsa biz onları tez özümüzə örnək götürürük. Ümumiyyətlə  digər Avropa ölkələrinə nəzər salanda, görərik ki,  bizim üçün zülmət qaranlıq ola bilər əxlaq məsələlərində amma biz başqa ölkələrdən mədəniyyət öyrənmək əvəzinə əksinə pis vərdişləri daha tez mənimsəyirik.

 Belə çıxır ki, savadlı, əxlaqlı nəslin inkişafı üçün , insanların 80%-ni məhv etmək lazımdır. Nə qədər ki, səviyyəsizlik, düşüncəsizlik, avamlıq, cahillik, yaltaqlıq, paxıllıq  yox olmur, onda heç vaxt yeni nəsil inkişaf edib irəli gedə bilməyəcək. Cəmiyyətdə müsbətə doğru daim dəyişikliklər olmalıdır. İnsanların ruhunda gərək mədəniyyət, qanacaq və qabiliyyət ovqatı olsun. Əks halda, heç nə dəyişməyəcək. Savaddan danışanda gənclərin çoxu  universitetə girdiyi balları adamın gözünə soxur. Universiteti qutarmaq şərtdirsə, oranı  bitirdikdən sonra işləyə biləcəksənmi? Qazandığın biliklə həyatının yükünü qaldıra biləcəksənmi.

 


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Aqil Yaşaroğlu
Əlaqə
E-mail:
yazici.a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0236 saniye