3 ayaqlı insan - Françesko Lentini
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 13:47 07 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Françesko Lentini (1881-1966, İtalyan) 3 ayaqlı olaraq tanınmağa kiçik yaşlarından başladı.12 övladdan təkcə fərqli olan o idi və fərqli cəhəti-fiziki qüsuru nəslindəki heç kimdə rast gəlinməmişdi.

Deyilənə görə, o doğulanda onun doğumunu həyata keçirən həkimlər qışqıraraq dəhşət içində qaçıblar.Təcrid olunmaq, uğursuzluq sayılmaq, qorxulmaq onun özünə inamsız və çox pis psixologiya ilə böyüməsinə səbəb olur. Adətən bu cür insanlar "özü kimilərdən" fərqlənmək istəyirlər,yetəri qədər iradəsi olarsa xüsusi bir hobbi seçir,müəyyən sahədə özlərini inkişaf etdirirlər. O, beləcə yaş keçdikcə 3-cü ayağına öyrəşir. Anasının qarnında ikən inkişaf etməmiş əkizini ölənə qədər bədənində daşıyan Lentininin 3-cü ayağı normal 2 ayağına görə daha qısa idi. O zamankı həkimlər isə artıq ayağın götürülməsinin iflic və ya ölümə səbəb olacağını söyləyərək əməliyyata risk etmirdilər.

Ailəsi tərəfindən sevilmədiyi üçün yanında yaşadığı xalası onu fiziki qüsurlu uşaqların olduğu məktəbə göndərir, 8 yaşında o, ABŞ-a gəlir. Özündən soruşulan hər suala simpatik şəkildə cavab verir, hobbilərindən heç zaman uzaq olmur, insanların diqqətini gözəl xarakteri ilə cəlb edirdi. O bildiklərini hər kəslə paylaşır, getdiyi məktəbdə gördüyü özündən daha ağır vəziyyətdə olan uşaqları görərək halına şükr etməyi öyrənir... Sirklərdə "Böyük Lentini" olaraq məşhurlaşır, 3 ayağı olsa belə, futbol ilə də ciddi məşğul olurdu.

Azens.az saytının məlumatına görə, 30 yaşında ABŞ vətəndaşı olan və 78 yaşına qədər sirklərdə nümayişlərini davam etdirən Lentini evlənərək 4 oğul atası olur və "3 AYAQLI FUTBOLÇU" olaraq tarixə keçir. O, ABŞ-da da dünyasını dəyişir.

Röyal Qasımzadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0305 saniye