3 dərs (ixtisarla)
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 19:54 18 mart 2015 tarixində əlavə olunmuşdur

 Başını qaldırıb göydələnin lap yuxarısına zillədi gözlərini.Həm yandırıcı gün işığı gözlərini qamaşdırdı,həm də yüksəsklikdən gözləri qaraldı.”Yüksəkliyə baxmaqdansa ,orda olmaq daha yaxşıdır.Bu halda ,gözlərin də ağrımaz.Hə Uğur ! Sən müsahibədən keçsən bu göydələndə işləyənlərdən biri də sən olacaqsan .”deyə öz-özünü ruhlandırırdı.Sonra nəfəs almağın qeyri-mümkün olduğu istidə dərin bir nəfəs alıb içəri addımladı.

  Elə ilk mərtəbə harasa tələsən ,telefonla danışan insanlarla dolu idi. Liftin düyməsini basdıqdan bir neçə saniyə sonra qapı açıldı və insan axını ona tərəf hərəkət etdi. Uğur liftdə tək qalanda o qədər təəccübləndi ki, bir anlıq həyəcanını unutdu .Elə liftin üstünə 33 yazılmış düyməsini basıb qapının bağlanmasını gözləyirdi ki,əlil arabasında bir nəfər lifti saxlamasını xahiş etdi.Uğur ona liftə minməyə kömək etdi.Həmin cənab ona təşəkkür etdi və 30-cu mərtəbənin düyməsini basmasını xahiş etdi.Qapı bağlanıb lift hərəkətə başlayan kimi pencəyinin düyməsini bağladı,qalstukunu düzəltdi.
  Ona tamaşa edən cənab gülümsəyərək dedi :
-Müsahibəyə çağırıblar sizi ? Çünki bu binada geyimini səliqəyə salan ya mənəm ya da iş üçün dəvət olunanlar.
  Uğur həyəcanlı bir səslə “Hə” dedi.
   Həyəcanlanmayın.Bu işə seçilməmək dünyanın sonu deyil ki.- naməlum cənab ona ürək-dirək verdi.
    Uğur cənaba gözucu baxıb cavab verdi:
  -Mənim üçün elədir.
 Sonra ikisi də susdular.
 30-cu mərtəbəyə çatdıqda cənab üzünü Uğura tutub dedi:
 -Savadlı gəncsiniz,çünki ancaq heç nə bilməyənlər etinasız olurlar. İnanıram bəxtiniz də gətirəcək.
 -Çox sağ olun.Ancaq mən bəxtsiz Uğur Zəfərzadəyəm !
 Uğur təyin olunmuş vaxtda müsahibədə oldu.Ancaq bu dəfə də həyəcanı cəsarətinə qalib gəldi. Yenə özünü danlamağa başladı.
...Uğur müsahibəni yaddan çıxarıb yeni iş elanlarına müraciət etmişdi.Müraciətlərinə cavab gəlmədikcə o qaranlıq dünyasını daha bərk qucaqlayrıdı.
  Səhərlərdən birində telefonuna zəng gəldi.Əvvəl götürmək istəmədi.Ancaq telefon bir neçə dəfə dayanmadan zəng çaldığına görə,qəzəbli halda telefonu götürdü :
   -Alo?
  -Alo.Sabahınız xeyir Uğur bəy.Sizə “CC” şirkətindən zəng edirəm və sizi şirkətimizə işə dəvət edirəm.
  Uğur olduqca təəccübləndi.Heç vaxt müraciət etmədiyi və onun kimi birini işə götürülməyəcəyinə inandığı şirkət onu işə dəvət edirdi.
  -Bağışlayın ancaq,mən şirkətinizə müraciət etməmişəm.
  -Sizi iş üçün baş direktorumuz Cənab C. özü dəvət etdi.Mütləq şəkildə sizi tapmağımızı tapşırıb.
  Uğur ona deyilən vaxtla razılaşıb sağollaşdı.
.... Uğur təəccübdən yerindəcə donub qalmışdı.Cənab C. liftdə minməsinə kömək etdiyi adam  idi.Həmin gün o qədər fikirli olmuşdu ki,ətrafdakı insanlara diqqət yetirməmişdi.
   -Cənab C. ! Əslində ,mənə dünən səhv zəng gəldiyini düşünürdüm.Necə ola bilər ki , böyük bir      şirkətin baş direktoru məni işə dəvət etsin?
   -Belə deyək, zərurət təsadüf maskasına büründü.Sizə mən sual verməliyəm,sizi mən işə götürürəm.Bilirəm ki,siz şirkətim barədə kifayət qədər məlumata maliksiniz.
   -Əlbəttə ,sizin şirkət...
   -Bilirəm,bilirsiniz.Siz də mənə təsisçisi olduğum şirkət barədə danışmaqda həvəsli deyilsiniz....Sizi işə dəvət etmək səbəbimi öyrənmək üçün hələ tezdir.İndi isə sizə üç tapşırıq verəcəyəm .Birindən başqa digər ikisini yerinə yetirməyə hər biri üçün bir həftə vaxt sərf edəcəksiniz.Çünki birinci tapşırığınız üçün vaxt məhdudiyyəti yoxdur.Hər həftə başa çatdıqda siz mənə həm şifahi, həm yazılı şəkildə hesabat verəcəksiniz.Tapşırıqlarım sizə qəribə gələ bilər.Ancaq öhdəsindən gələ biləcəyinizə inanıram.
    -Mən diplomlarımı,sənədlərimi də təhvil vermişəm.
    Cənab C. gülümsəyərək bir-birinə tikilmiş kağızları ona göstərdi :
   -Onlar sizdən əvvəl bu otağa gəlib çıxıb.Ancaq tapşırıqlar sizin diplomlarınız ,mükafatlarınızla əlaqəli deyil.Uğur Zəfərzadə !Tapşırıqlarınızın birincisi bu ofisə gəldiyiniz müddət ərzində liftdən istifadə etməkdir.30-cu mərtəbəyə pilləkənlərlə çıxacaqsınız.
   Uğur əvvəlcə eşitdiklərinə inanmadı.Yəni, bu şirkətdə işləyənlərin hamısı liftdən istifadə edirlər? Bu kişidən başqa liftdən istifadə edən yoxdur ofisdə?!
.....İndi isə ikinci tapşırığınız : Sabahdan başlayacaqsınız,əvvəlcədən deyim.Zəhmət olmazsa yaxın gəlin və bu kağızı götürün.Kağızda qeyd olunmuş yerlərdə insanlara yaxınlaşıb ayın tarixini,həftənin hansı günü olduğunu və saatı soruşacaqsınız.Sizə cavab verənlərə ümumi cavabınız "Bu gün bir də olmayacaq,həyata həmişə eyni bucaq altında baxmayın "olacaq.Digər cavablara isə yüksək intellektinizdən istifadə edib nəsə deyəcəyinizə əminəm.
   - Cənab C. !Mən başa düşə bilmirəm.Böyük bir şirkətə işə qəbul olunmaq üçün siz məndən pilləkənlə çıxmağımı və insanlara ayın ,günün tarixi barədə sual verməyimi istəyirsiniz .Mən universitetdə keçirdiyim vaxt ərzində belə suallarla böyük bir şirkətdə işləməyin mümkün olduğunu bilsəydim, heç oxumazdım.
   Cənab C. gözlərini düşündüklərini ölçüb biçmədən deyən cavana zilləyib dedi:
  - Uğur, açıq sözlülük hər iki tərəfi də kəskin bıçaqdır.Onu ehtiyatla istifadə edin.Düzgün işlədilməyən silahlar əvvəlcə onları əlində saxlayana xəsarət yetirir.Sizdən sadəcə sizə verdiyim tapşırığı yerinə yetirməyinizi istəyirəm.Əgər bacara bilməyəcəksinizsə,indidən deyin.
   -Üzr istəyirəm ,Cənab C. Mən belə tapşırıqlar gözləmirdim. Əlbəttə,yerinə yetirirəm.
   -Çox gözəl. Düşəndə pilləkənlərdən istifadə etməyi unutmayın.Bir həftə sonra bu saatda sizi gözləyəcəyəm.
   Cənab C.nin otağından çıxan kimi reflektiv olaraq liftə tərəf istiqamətləndi.Sanki C.nin parıldayan gözləri hər yerdə onu qarabaqara izləyirdi.Həmin parlaq gözlər onu pilləkənləri axtarmağa sövq etdi.
   Səhəri günü siyahıda qeyd olunan yerlərdən birincisinə gəlib bir müddət heç nə demədən dayandı.Ah uf edib özünü tənqidə başladı: "Axı niyə hə dedim?! Nəyimə lazımdır mənim."
   Lakin artıq başlamalı idi.Üz-üzə gəldiyi ilk şəxsə suallarını ünvanlamaq qəarırına gəldi.İlk qarşılaşdığı   ana və qızı oldu.Onlara yaxınlaşıb dedi:
    -Salam.
    Salam -qadın fikirli halda cavab verdi.
   -Bu gün ayın neçəsidir,həftənin hansı günüdür və saat neçədir deyə bilərsiniz? -Uğur birnəfəsə dedi.
   Qadın təəcüblə ona baxdı,lakin sualına da cavab verdi:
   -Bu gün avqustun 21-i,saat 11:47, çərşənbə günüdür.
   -Çox sağ olun. Unutmayın ki, bu gün bu saat bir də yaşanmayacaq.Həyata baxış bucağınızı dəyişin.   ...Bir həftə ərzində onun sualına cavab verənlərin sayı barmaqla sayılası qədər idi. gün qadına sual verəndə utanan Uğur artıq insanıarın gözlərinin içinə baxır,sualını eşidəcəyi cavabdan asılı olmayaraq    cəsarətlə sual verirdi.qoydu.
   Cənab C. kağız yığınına gözucu baxdı.Özündən razı bir ifadəylə gülümsədi.Parlaq gözlərini Uğura zilləyib dedi :
   -Hə,Uğur eşidirəm sizi !
   -Cənab C. İnsanlar zamanı unudublar,ancaq zaman onları heç vaxt unutmur.Ancaq insanlara laqeyddir.Mən onların arasında adiləşdirilmiş zamanda ilişib qalmışdım.Lakin həm də özümü lap Zaman kimi hiss etdim- ətə qana bürünmüş zaman kimi.
    -Hesabatınızı da oxuyacağam.İndi isə bir neçə gün istirahət edin.Üçüncü və son tapşırığınızı da deyirəm ,sonra başlayarsınız.
    C. onun qarşısına bir qutu qoydu və sözə başladı :
    -Budur ! Yeni tapşırığınız.Bu qutuda 50 qara rəngli şar var.Hər birisinin də üstünə çətinlik yazılıb.Siz hər gün onlardan bir neçəsini şişirdib içinə müəyyən məbləğ pul qoyacaqsınız.Elə ki şarları sizdən kimsə götürdü,yerinizi dəyişib başqa küçəyə gedin.Əgər içində pul olduğu bilinsə ,hamı götürmək istəyəcək.Məbləği otaqdan çıxanda xanım sizə verəcək.
    -Bəli Cənab C.
   Tapşırığın verildiyi günün səhəri işə başlamaq fikrində olsa da çox yorğun olduğuna görə bir -iki gün dincəlmək qərarına gəldi.
   İki qəribə tapşırığın ona öyrətdiyi cəsarət idi.Adiliklərdən uzaqlaşıb qeyri-adilik axtarışına çıxan insanlar və onların xoşbəxtliyi ,gülüb-deməyi,xatırlamağı unutmaqlarına şahid olduqca hər anı qiymətləndirməyə başlamışdı."Əziyyət çəkmək əzab çəkməklə sinonim deyil və əzab çəkməkdənsə ,əziyyət çəkmək daha yaxşıdır." ifadəsini bir qapısı qırıq kitab şkafının sağlam hissəsinə yazıb yapışdırdı.Sağlam olmayan qapını da təmir etdi.
   Səhəri gün şəhərin ən kasıb insanlarının yaşadığı hissəsinə gəlib bir dəstə "çətinliklə" küçədə dayandı.Elə şarları gəlib gedənlərə təklif etməyə hazılaşırdı ki,üst başı kirli ,paltarları yamaq içində balaca bir qız ona tərəf qaçıb şarlarlara maraqla baxdı və Uğurun nəsə deməsini gözləmədən : "Olar onlardan ikisini götürüm? Atam qardaşıma və mənə axırıncı dəfə bayramda hədiyyə almışdı.Mən öz oyuncağımı da qardaşıma vermişdim ,çünki o öz şarını partlatmışdı və ağlayırdı."
Uğur gülümsədi və "çətinliklərdən" ikisini ona verdi və dedi : Bunları apar evinizə.Tez ol,tələs.
    Qız şarları götürüb ara küçələrin birində gözdən itdi. Uğur da məhəllədən uzaqlaşdı.Şəhərin mərkəzi hissələrində kimə şarlardan götürməyi təklif etdisə, cavab” uşağıq sənin üçün” olurdu .Şarlardan ilk götürən Uğurla bəlkə də eyni yaşda olan bir oğlan oldu . "Çətinlik hə? Onda onu aradan götürək" deyərək cibindən kibrit qutusu çıxartdı.Bir kibrit yandırıb çətinliyi partlatdı.Əlində şarın parçalanmış hissələrindən bir neçəsi və pul qalmışdı.Cavan təəccüblənmişdi.Elə nəsə demək üçün Uğuru axtarırdı ki,Uğur çoxdan gözdən itmişdi.Günün sonuna qədər güc-bəla “çətinliklərdən” canını qurtara bilmişdi.
   Günlər bir -birini əvəz edirdi.Nəhayət həftə başa çatdı.Uğur hesabatını da hazırlayıb Cənab C.nin sabahkı qəbuluna hazırlaşırdı.Qəlbində nə bir narahatçılıq nə də qorxu vardı.Cənab C.nin qəribə imtahanlarından çox şeylər öyrənmişdi.Ən əsas dərsi isə,cəsarətlə istədiklərin uğrunda mübarizə aparmaq olmuşdu.
   Uğur səhər vaxtında yuxudan oyanıb evlərindən ofisə qədər uzun məsafəni piyada getdi.Lakin nə uzaq yoldan,nə də 30 mərtəbə pilləkənləri çıxmaqdan yoruldu.Uğur müəyyən edilmiş vaxtda Cənab C.nin otağında idi.Cənabın iş otağına səhər kofesinin xoş ətri yayılmışdı.O, qəzet oxuduğuna görə üzü görünmürdü.Uğur "Sabahınız xeyir"deyib ilk dəfə gəldiyi vaxtda olduğu kimi onun masasının qarşısında dayandı.Cənab C.nin oxuduğu qəzetə ilişdi gözləri.Qəzetin manşetində" 30 yaşında ayaqlarını itirən gənc biznesmen "başlığı diqqətini cəlb etdi.Diqqətlə baxdıqda əslində qəzetin heç bu günkü tarixə aid olmadığını da gördü.Ancaq bütün bu hadisələr bir neçə saniyə içində baş versə də,Uğura əbədilik kimi göründü.Cənab C. qəzeti ehmalca büküb şkafına qoydu."Sabahınız xeyir ,Uğur Zəfərzadə deyib ona oturmaq üçün yer göstərdi.
   Bir müddət Uğura baxdı.Sonra gülümsədi və sözə başladı:
   -Hə,Uğur Zəfərzadə! Sizə verdiyim qəribə tapşırıqlardan bir çox nəticəyə gəldiyinizə inanıram.Ancaq o tapşırıqlardan sizə 3 dərs vermək fikrində idim.
   Birinci tapşırıqda məqsədim,sizə zirvələrə çətinliklə çatılacağını göstərmək idi.Bayaq əlimdəki qəzetdə məndən danışılırdı.Mən 30 yaşımda ayaqlarımı qəzada itirdim.Ancaq heç vaxt ,xəyallarımı reallığa çevirmək mübarizəmdən əl çəkmədim.Çünki ,mənim xəyallarım boyda cəsarətim vardı.İndi sahib olduğum hər şeyə çətinliklə nail oldum.Ancaq bütün bunları unutmamaq üçün şirkətimin ofisini 30-cu mərtəbədə seçdim və hər səhər o qəza ilə bağlı xəbəri oxuyub hardan hara çatdığıma baxıram.
İkinci tapşırıqdan dərsiniz,adilikdəki qeyri-adiliyi görmək idi.İstər iş həyatında ,istərsə də gündəlik həyatda uğur qazanmaq üçün adilikləri insanlara xatırlatmaq lazımdır.Unutduqlarını insanlara xatırlatmaq lazımdır.
   Üçüncü tapşırıq digərlərindən daha çox dərs almaq olardı.Bu tapşırıq eyni zamanda sizin inanılan bir əməkdaş olacağınızı yoxlamaq üçün idi.Sizə verilmiş pulları götürüb gedə də bilərdiniz və ya onları daha az məbləğdə də yerləşdirmək olardı.Siz bunların heç birisini etmədiniz.Burda əsas dərs,çətinliklə üzləşmək idi.Siz də öhdəsindən layiqincə gəldiniz.Hər tapşırğınızda sizi yoxlamaq üçün bir nəfər təyin olunmuşdu.Onlar da sizin haqqınızda müsbət fikirdədirlər.
İndi isə,Uğur Zəfərzadə siz mənim şirkətimdə işləməyə hazırsınız.Xoş gəldiniz !
   Uğur,deməyə söz tapmırdı.Heç nə deməyinə də ehtiyac yox idi.Üzündəki təbəssüm bütün sözləri əvəz edirdi. Bir neçə il sonra Uğur şirkətin xaricdəki filiallarından birinə rəhbər təyin olundu.O,Cənab C.nin "3 dərs"ini heç vaxt unutmadı. 

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0286 saniye