31 yanvar gül bayramı deyil.
Fərid Əhmədov tərəfindən "Digər yazılar" bolməsinə 06:49 31 yanvar 2013 tarixində əlavə olunmuşdur

İsti geyinib də gözəlliyinə doymadığımız şəhərimizi gəzməyə çıxıb,gəzərkən qarşıma çıxan insanlara sual versəm ki,bu gün nə günüdür?...azad və müasir cəmiyyətimizin insanlarının cavabı doğru cavabın xaricində müxtəlif fikirler olar.Hər halda 28 may gününü son zəng günü kimi bilən insanlarımızın olduğu cəmiyyətdən məncə doğru cavabı gözləmək özümü aldadmaq olar.Aldanmağıda çox istərdim açıqcası...Bu gün 31 yanvar günü Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.Nə qədər Cümhuriyyətimizin qurucusu olaraq başqa bir insan təqdim və təbliğ olunsada,Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyəti elan edərkən indi Azərbaycanın qurtarıcısı və qurucusu kimi təqdim olunan şəxsin hələ dünyaya gəlməsinə 5 il vardı.Neyləyəsən zaman dəyişib kiminin məzarı Bakının ən təpəsində,kiminin məzarı Ankara qəbirsanlığında.Və neyləyəsənki,kiminin doğum günü xatırlanmır,kimin isə doğum günü minlərlə güllə gül bayramı deyərək təmtərahla qeyd olunur.Üstəlik Şuşanın işğal olunduğu gündən iki gün sonrakı tarixdə...Məktəbdə təhsil alarkən ibtidai sinif zamanlarında sinifə daxil olarkən yazı taxtasının üzərində Məhəmməd Əmin Rəsulzadənin şəklini görərdim.Hətta bəzi siniflərdə Şah İsmayıl Xətainində şəkillərini görürdüm.Lakin zaman keçdikcə mən yazı taxtalarının üzərində bir şəkildə görməyə başladım və daha da zaman keçdikdən sonra sonradan gələn bu şəkil yazı taxtasının üzərində yeganə və əvəz olunmaz oldu.Və beləliklə Məhəmməd Əmin Rəsulzadə adını yalnız bizlər müxalifətin aksiyalarında tədbirlərində eşidər olduq.Dərsdə müəlliməmi dinlərkən heç yadımdan çıxmır ki,dərsin mövzusu Şah İsmayıl və Sultan Səlim olduğu halda necədə mövzuyu gətirib yazı taxtasının üzərindəki sonradan şəkli gələn şəxsə bağladığında özlüyümdə bir an dedim dahi insanmış hətta gözlərim yaşardı.Müəlliməm uluöndər deyə özünü parçalayarkən mən heyrətlər içərisində dinləyirdim.Sonda özlüyüymdə çox haqlı olaraq belə bir düşüncə yarandı.Zaman keçdikcə daha da pis hal alan cəmiyyətimizdə bəzi özünü Azərbaycanın sahibi sananların təbliği və siyasəti nəticəsində Məhəmməd Əmin Rəsulzadə adını səsləndirən insan görəcəksizki,vətən xaini adlandırılacaq nəticədə də həbsxanalarda məhv olub gedəcək.Bir müddət sonra mənim dediklərimi görəcəksiz indidən görməniz üçündə sadacə son 20 ilə diqqət yetirin.Hər şey heçdə gizli deyil.Sadacə bizlər korluğumuza salmış görməməzlikdən gəlirik.


... dəfə oxunub
Qiymət: 9/10(16 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye