4-cü dünya müharibəsi... Tarix oxuyarkən yox, yazarkən maraqlıdır...
il 2077. Dünya tamamilə dəyişib. 3-cü dünya müharibəsində böyük dövlətlər və xalqlar tarixə çökdü. Çox az bir insan qaldı. Sadəcə ağıllı tipə aid insanlar. Massonlar 3-cü dünya müharibəsindən istifadə edib öz ideologiyalarını yerinə yetirdilər. 2056-2059 ərzində dünya böyük bir müharibəyə rast gəldi. Böyük bir dağınıq. Böyük bir qırğın...
2059-cu ildən bəri dünyada iqtisadiyyat siyasəti məhv etdi. Kapitalizm ikinci dəfə təzahür etdi. Daha kəskin şəkildə. Böyük şirkətlər və brendlər öz yarandığı ölkələri əvəz etdi. Cənubi Koreyanı Samsung əvəzlədi. Amerika yerini McDonalds və KFC-yə verdi. Yaponiya - Honda, İtaliya - Ferrari və s.
Lakin bu iqtisadi plan qısa müddətə iflas etdi. Şirkətlər tez-tez yaranmağa başladı. Proqnozlar yaxşı deyildi. Hər kiçik ehtiyac üçün yeni bir rəqib, yeni bir müttəfiq. Hər kiçik şirkətin özünün ərazisi yarandı, öz işçiləri, öz əhalisi...
2076-da Samsung böyük rəqibi Apple şirkətini birdəfəlik yox etmək qərarına gəldi. Apple ərzaq baxımından KFC ilə müttəfiq idi. Samsung Ferrari şirkətinin "uçan maşınları" və Honda şirkətinin robotları vasitəsi ilə bu təklifi KFC-yə göndərdi. Əgər ərzaqda keyfiyyət düşərsə Apple çox zəifləyəcəkdi. Əhalisi kütləvi qırğına düşərdi bu bioloji silah vasitəsilə. Beləliklə 4-cü dünya müharibəsinin başlanması üçün səbəb tapıldı...
2077-də 4-cü dünya müharibəsi başlandı. İlk 3 dünya müharibəsinin qalibi Almaniyanın əvəzləyicisi hesab edilən Porşe və müttəfiqləri Apple, Starbucks, McDonalds(2078-dən bu ittifaqa qoşulur), Buqatti, Zara, LG kimi nəhənglərdən ibarət oldu. Bu ittifaqa "Gewinnkoalition" yəni köhnə alman dilindən tərcümədə "qaliblər koalisiyası" deyilirdi. Digər ittifaqda isə Samsung, KFC, Honda, Ferrari, Sony kimi nəhənglər birləşdi. "la pernicioso" ittifaqı isə köhnə italyan dilindən tərcümədə "məhvedici" demək idi.
Müharibədə iştirak edən "cyborg"-lar idi. İnsan robotları. Bütün şirkətlər sadəcə robot və robot hissələri istehsal edirdi. Sadəcə yemək şirkətlərindən başqa. Bu artıq soyqırımların, genosidlərin, fəlakətlərin qarşısın alacaqdı. Nəzərə alın ki bu dövrdə 75 milyon insan var idi dünya üzərində...
2078. McDonalds KFC-nin 2077-də etdiyi bioloji silahı öz müttəfiqlərinə qarşı istifadə edir. Qısa müddətdə tərəf dəyişir. 2077-də bütün şirkətlərin təsdiqlədiyi müqavilə 2078-də qüvvəyə minir. "Paz eterna" adlı müqavilə. Köhnə ispan dilindən "əbədi sülh" mənasını verən müqavilənin bir şərti var idi. 4-cü dünya müharibəsində heç bir insan ölməyəcək...
2079. Honda 5G Holoqrafiya texnologiyasına sahiblənir. Sony və Ferrarinin köməyilə "süni bermud" yarada bilirlər. Müharibənin 2 ilini demək olar ki uduzan "məhvedicilər" bu gedişlə məğlubiyyətin çox uzaq olmadığını anlayır. Həm robotlar üçün metal qıtlığı yaranmış, həm də fabriklər artıq tələbatı ödəmirdi. Müharibə şəraitində isə zavodlar tikmək bir neçə gün itkiyə səbəb ola bilərdi. 5G Holoqrafiya - Qadağa edilmiş texnologiyanın istifadəsi döyüşün gedişatın qısa müddətdə dəyişir.
2080. Dünyanın yarısı partladılır. İnsanların, zavodların, fabriklərin, materiyanın böyük əksəriyyəti külə çevrilir. Müharibə "məhvedicilərin" qalibiyyəti ilə bitir. Daha doğrusu dünyadakı bütün materiyanın 85%i məhv olur. Böyük itkilər olur. Qalib tərəfdən sadəcə 15 milyon insan qalır. Dünya təkamülü qayıdır ən keçmişə...
Dünyada itirilmiş vahidlik sistemi geri qayıdır. 15 milyonluq insanlara. Sonuncu müqavilə bağlanır. Dünya müharibə sözünü bir daha tələffüz etməyəck, lüğətlərdən silah, faciə, soyqırım kimi sözlər silinir. Bütün kitablar və virtual arxivlər məhv edilir. Dünyanın ən yaxşı icadı olan "atmiņas tīrīšana" - "yaddaş təmizləyici" bütün insanlara tətbiq edilir. Dünya yeni bir ağ vərəqlə başlayır yeni bir dövrə. Vahid bir dil, vahid mədəniyyət, vahid bir din...