5000 ildir yatan sevgililər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 15:49 01 mart 2016 tarixində əlavə olunmuşdur

Kim demiş hər sevgi bir gün bitər deyə. Tarixə basdırılmış nə qədər ölümsüz sevgilər var. Mantuada tapılan və iki sevgilinin qucaq-qucağa ən az 5 min ildir yatdığını göstərən skeletlər gerçək sevginin ölümsüz olduğunun ən gözəl dəlilidir. Shakespearenin məşhur xarakterləri “Romeo və Juliet”ın birlikdə öldüyü İtalyanın Mantua bölgəsində iki aşiqin bir-birləri ilə qucaqlaşan skeletləri tapılıb. Sevgililərin ən az 5 min ildir bir yerdə yatdığı təxmin edilir. İtalyanın Mantua bölgəsində bir-birini qucaqlamış halda 5 min illik iki skelet bulan elm adamlarının ağıllarına ölümsüz sevginin simvolu olaraq göstərilən “Romeo və Juliet” da gəlib. Shakespearenin məşhur əsəri “Romeo və Juliet”in bir-birlərinin sevgisi uğruna həyatlarını sonlandırdıqları Mantua bölgəsində olan iki skelet arkeologları qarışıqlığa uğradıb. Elm adamları indi beş min ildir bir-birlərindən ayrılmayan bu iki aşiqin ölüm səbəblərini araşdırır. Araşdırmanın başçısı Ələnilə Menotti, skeletlərin sirrini həll etməyə çalışdıqlarını, təxminlərinə görə kişinin öldürülməsinin ardından sevgilisinin də ona sarılaraq həyatına son verdiyini söyləyir. Cütlüyün evli olduqlarına dair bir işarə olmadığını ifadə edən Menotti, həyatında heç bir-birinə beləsinə möhkəm-möhkəm sarılan bir cüt görmədiyini də sözlərinə əlavə etib. Skeletlərin dişlərində edilən ilk araşdırmalara görə aşiqlər çox gənc yaşda həyatlarını itiriblər. İtalyanın şimalında tarixi Verona şəhərində yaşayan “Romeo və Juliet”, ailələlərinin arasındakı müharibə üzündən birləşə bilməzlər. Gizlicə evlənən iki aşiq ailələrin arasındakı gərginlik üzündən bir araya gələ bilməzlər. Julietin başqa bir kişilə evlənəcəyini eşidən Romeo, şəhəri tərk edərək Mantuaya gedər. Juliet isə sevmədiyi bir adamla evlənməmək, gerçək sevgisinə qovuşa bilmək üçün ölü təqlidi edər. Romeo döndüyündə Julietin öldüyünü zənn edər və zəhər içərək özünü öldürər. Dərmanın təsiri keçdikdən sonra oyanıb Romeonun cəsədiylə qarşılaşan Juliet də intihar edər…


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0264 saniye