5075-ci il
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 15:58 17 noyabr 2015 tarixində əlavə olunmuşdur

-Deyirlər ki,sən,bu dünyanın gələcəyindən doğru xəbərlər verirsən,bu doğrudurmu?

-Sizi narahat edən,əndişələndirən nədir?

-Bilmək istərdik ki,bizim məmləkət nə zaman xoşbəxtliyinə qovuşacaq,nə zaman insanlarımızın çiyinlərindən kədər yükü,gözlərindən iztirablar yox olacaq?

-Kommunal xərclərdən azad olacaqsınız.Ziyalılar ehtiyac kəlməsini unudacaqlar.Müəllimlər tətil dönəmlərində Maldiv adalarında istirahət edəcəklər.Həkimlər Kanar adalarında dincəlmək üçün 11-ulduzlu otelləri seçəcək.Təqaüdçülərin həyat tərzləri zənginlərdən fərqlənməyəcək.Heç kim kirayədə yaşamayacaq.Faizsiz ipoteka vermək üçün banklar vətəndaşların ayağına gedəcək.9-qatlı körpülər inşa ediləcək və tıxac problemi olmayacaq.Maddi sıxıntılar ucbatından ailələrin dağılması tarix olacaq.Təhsil ocaqlarında pərdə,süpürgə,odun pulu yığılmayacaq. Həkimlər böyük öndərləri Hippokratın andına yüz faiz əməl edəcəklər. Xəstələr ehtiyac üzündən dəhlizlərdə boynu bükük qalmayacaq.Dinamik inkişafda baş verən partlayışların təsirindən təsirlənən günəş,öz partlayışına ara verəcəkdir.Elə bir zaman gələcəkdir ki,bu zamanın nə analoqu,nə də ki,mamaloqu olacaqdır.Xoşbəxtlik yay fəvvarələri kimi küskün könüllərə sərin su səpəcək.İşsizlik -0 faiz təşkil edəcəkdir.Rüşvət mənfi dəyər kimi,yeni təsis edilmiş “üz-qarası” muzeyinə qoyulacaq.Gələcək nəsillər, bu “eksponatı”tüpürcək yağışına qərq edəcəkdir. Zəhmətkeş insan əlləri məmləkətin hər tərəfində xaliqələr yaradacaq.İnsanlar sosial təminatlarından əmin bir şəkildə xürrəm yaşayacaqlar.Problem,qayğı,iztirab,kədər kimi kəlmələr unudulacaqdır.Bir sözlə,məmləkət cənnətin kölgəsində səfa sürəcək.

-Xəyal etmək belə,insana zövq verir.Bəs,bütün bunlar nə zaman baş verəcək,dəyərli ustadım?

-5075-ci ildə!

-Neçənci ildə???

-5075-ci ildə.Mənim 3100,sənin isə 3092 yaşın tamam olanda,məmləkətimizdə,bu sadaladığım gözəlliklər baş verəcək.

-Ustadım,deyilənlərə görə,Vanqa qiyamətin 5079-cu ildə baş tutacağını söyləyib,o zaman belə çıxır ki,bizim məmləkət xoşbəxtliyi vur-tut 4 ilmi yaşayacaq?

-Əminəm ki,məmləkətimizə firavan 4 ildə bəs edər.Yetər ki,firavanlıqdan,bu şəkildə nəsibini alsınlar.Şükranlara bağlı məmləkət üçün,bu 4 il 4 əsrə,bəlkə də,4 eraya bərabərdir.


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
1+34=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0325 saniye