51-ci zona
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 21:05 31 mart 2016 tarixində əlavə olunmuşdur

"51-ci zona" - ABŞ-ın dünyanın heç bir xəritəsində qeydə alınmayan məxfi hərbi bazası belə adlanır. Bu hərbi zonaya hətta ABŞ prezidentləri də xüsusi icazə ilə girib-çıxa bilir.

Nevada ştatındakı səhralıqda yeləşən bu hərbi baza ABŞ hökumətinin ən böyük sirridir. 51-ci zonaya yaxınlaşmaq belə demək olar ki, mümkün deyil. Çünki, hər tərəfdən ən müasir təhlükəsizlik sistemləri ilə qorunan bu yerə yaxınlaşmaq istədikdə xəbərdarlıqlar başlayır, xəbərdarlıqlara məhəl qoymadıqda isə vurulursunuz. Bu zonada ABŞ ən son silahlarını , təyyarələrini, maşınlarını sınaqdan keçirir. Bir çox ufoloq və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Bundan başqa, sözügedən bazada yadplanetlilərin texnologiyalarından istifadə edilməklə supermüasir uçuş aparatlarının və silahların tədqiqi və sınağı aparılır.

1977-ci ilin əvvəlində burada ilk dəfə olaraq "Stels" texnologiyası əsasında hazırlanmış gözəgörünməz hücum təyyarəsi-F-117A havaya qalxıb. Sözügedən təyyarə barədə rəsmi açıqlama isə 10 ildən sonra verilib. "Stels" proqramının iştirakçılarının bəziləri sonradan təsdiqləyiblər ki, B-2 və F-117A təyyarələrinin hazırlanmasında istifadə olunan texnologiya qəzaya uğramış Naməlum Uçan Obyektlərin köməyi ilə əldə olunub. Belə ki, kompüter üzrə mütəxəssis Cim Talyani birbaşa bəyan etmişdi ki, o və həmkarları istifadə olunan bəzi materialların Yer mənşəli olmadığı barədə məlumatlıymışlar.

Bu gün sirli 51-ci zona haqqında olan şahid ifadələri həmin hərbi bazada aparılan tamamilə məxfi işlər barədə ümumi mənzərə yaratmağa imkan verir.

Məsələn, 1977-ci ildə aparılan "Red flaq" təlimləri zamanı taktiki eskadrilyanın zabiti, polkovnik Stivens "düşmən" aerodromuna hücum etməyə cəhd göstərərkən, icazəsiz olaraq qadağan olunmuş 51-ci zonanın şimal hissəsinə uçur. Qəfil o, diametri təqribən 20 metr olan qəribə uçan disk görür. Bu zaman Stivensə təcili olaraq uçuşu dayandırmaq və Nellis aerodromuna enmək barədə əmr verilir. Stivens yerə endikdən sonra onu bunkerə aparırlar. İki sutka ərzində pilot ağlagəlməz sorğulara məruz qalır. Stivensdən gördüyü disk barədə heç bir yerə məlumat verməcəyəcəyinə dair iltizam aldıqdan sonra onu azadlığa buraxırlar. Polkovniki dərhal başqa hərbi hissəyə köçürürlər. Stivens gördüklərini yalnız bir neçə il sonra açıqlamağa risk edir.

Uzun müddət Mərkəzi Kəşfiyyat İdarəsində yüksək postda işləyən Devid Rouzun ölümündən qabaq verdiyi açıqlamalar da 51-ci zona haqqında fikirləri daha çox qəlizləşdirirdı: "40-cı illərin sonunda yadplanetlilərin Yerə enməsi və onlarla əlaqələrin qurulması faktını gizlətməyin heç bir mənası yoxdur. Ehtimal edirəm ki, 50-ci illərin başlanğıcından indiyədək ABŞ hökuməti ictimaiyyətin yaplanetlilər probleminə reaksiyasını yoxlayır. Hökumət hesab edir ki, yadplanetlilər barədə informasiyalar mərhələlərlə ictimaiyyətə çatdırılarsa, adamlar bunu sakitliklə qarşılayarlar. Mənə məlumdur ki, ABŞ hökumətinin yadplanetlilərlə təqribən aşağıdakı məzmunda razılaşması var: biz sizin mövcudluğunuzu sirr kimi saxlayırıq. Siz isə Yerə müdaxilə etməməyi öhdəliyinizə götürürsünüz. Bundan başqa sizə ABŞ-ın müəyyən rayonunda tam hərəkət sərbəstliyi verilir".

 Lakin, yadplanetlilər bu razılaşmanı pozaraq yerə müdaxilə etməyə davam ediblər. 1950-ci illərin əvvəlində onlar yerdən bir çox insan və heyvanı sınaq üçün aparıblar. Yadplanetlilər bu hərəkətlərini onların yaşaması üçün vacib olduğunu bildiriblər. Onlar bəyan ediblər ki, yadplanetlilərin genetik strukturu dağılıb və özləri kimilərini yarada bilmirlər. Yadplanetlilər vurğulayıblar ki, əgər onlar özlərinin genetik strukturunu yaxşılaşdıra bilməsələr, nəsilləri tükənəcək. Biz yadplanetlilərin izahatlarını son dərəcədə şübhə ilə qarşıladıq.

Çünki bizim hərbi gücümüz yadplanetlilərə qarşı acizdir. Ona görə də "Macestik-12" komitəsi yadplanetlilərlə mehriban diplomatik əlaqələri davam etdirmək barədə qərar qəbul etdi. O vaxta qədər ki, yadplanetlilərin qarşısını ala biləcək texnologiyanı hazırlaya bilək..."

Bu informasiyaların yayılmasından sonra 51-ci zonaya bir çox insan getməyə çalışdı lakin, hər tərəfi mühasirəyə almış patrullar bu keçidlərə imkan vermədilər.Məxfi bazada həyata keçirilən sınaqları gizlətmək getdikcə çətinləşirdi. Çünki yaxınlıqdakı dağlardan 51-ci zonanı müşahidə etmək olurdu. Çıxış yolu kimi həmin dağlar da özəlləşdirildi. 10 aprel 1995-ci ildən məxfi xidmətləri narahat edən həmin dağlar 51-ci zonaya qatılır.

29 sentyabr 1995-ci ildə ABŞ prezidenti Bill Klinton 51-ci zonanın xüsusi statusu barədə sərəncam imzalayır: "51-ci zona ABŞ üçün həyati əhəmiyyət kəsb edir. Bu baza barədə məlumatlar ictimaiyyətə çatmamalıdır..."

1998-ci ildə ABŞ-da fəaliyyət göstərən radio proqramının canlı yayımına (Coast to Coast AM) qoşulan bir şəxs 51-ci zonanın keçmiş işçisi olduğunu bildirir və izlənildiyini, çox ehtimal ki, öldürüləcəyini də dilə gətirir. Bir həftə əvvəl işdən çıxarıldığını deyən bu şəxs 51-ci zonada başqa planetə aid varlıqlar üzərində tədqiqatlar aparıldığını bildirir: "Hökumət yadplanetliləri bilir. Onlar əhalisi çox olan yerləri yox etmək istəyirlər. Əhalisi az olan yerləri idarə etmək isə asan olacaq"


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
10+7=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0237 saniye