666 rəqəminin sirri
Ülfət Cavad tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 15:52 01 mart 2016 tarixində əlavə olunmuşdur

 Heç çox bilmək də olmur bu rəqəm haqqında… Həqiqətən də sirrli rəqəmdir… Çox az məlumat var, olan məlumatlar isə o qədər qarışıq və fərqli versiyalardadır ki, insan lap çaşıb qalır… Nəysə, tam 3 saatımı bu rəqəmə görə sərf etdim… Bu sirrli rəqəm haqqında Azərbaycanda bəlkə də 3-5 adamın bildiyi məlumatları sizlərlə paylaşmaq istəyirəm… “666” rəqəminin mənası Latın dilindən gəlir əslində. Bu dildəki rəqəmlər və onların oxuşu “666” -nı meydana gətirir… Mənası isə belədir: 666—>6+6+6=18 18—>1+8=9 Latın dilində “9” çox müqəddəs rəqəmdir və mənası isə “MƏN” deməkdir. “666” -nın şeytanın rəqəmi olub-olmaması haqqında da mübahisələr var. Bəzilərinə görə “666” sadəcə bir rəqəmdir. Bəzilərinə görə isə “666” şeytanın rəqəmidir. Hər halda 2-cilərin fikirləri və əsaslandırmalar daha ağlabatan göründüyü üçün, nəticə: “666” şeytanın rəqəmidir. Yaxşı, indi isə bu mülahizəni sübut edim: Latın dili və yunan dili qarşılıqlı inkişafda olan və bir-birinin inkişafına kömək olan dillərdir. Ərəb dilində “şeytan” adlanır həmin varlıq.Yunan dilində isə “sheitan” kimi yazılır və yunanlar özləri isə bu varlığı “teitan”, yəni “titan” adlandırırlar. “teitan” latınlara yunanlardan keçib. Bu sözə, yəni “teitan” sözünə daxil olan hərflərin rəqəm formasına salınmasından latın dilində “666” alınır. Yunan dilində “Adəm” və “Həvva” -nın adlarını rəqəmə çevirdikdə yenə ortalığa “666” çıxır. “Adəm” yunanca=18 “Həvva” yunanca=37 18 x 37 = 666 (18-i 37-ə vuranda cavab 666 edir) Btün Roma rəqəmlərinin kiçikdən böyüyə yazılışının cəmi də “666” rəqəmini verir: D = 500 / C= 100 / L= 50/ X= 10 / V= 5/ 1= 1 / Cəmi: 666 edir… “666” rəqəmi “665” rəqəmindən sonra gələn rəqəmdir. İncildə bu rəqəm dünyanın sonunu gətirəcək rəqəm kimi göstərilir. Mənim fikrimcə, ən maraqlısı isə odur ki, İncilin ən birinci yazıldığı dil “ibrani” dili idi. Həmin “ibrani” dilində “666” -nın yazılışı bu şəkildədir: “www.” Buradan da bir sual ortaya çıxır, bəs onda niyə bütün saytlar “www.” yazılaraq açılır?! Hələ ki bu sual da cavabsız olan suallar arasındadır. Bəziləri isə bunu: “World Wide Web” olaraq göstərirlər. Ancaq bu də mənasız məna verir… “666” rəqəminin “Qurani Kərim” -lə qəti şəkildə əlaqəsi yoxdur! Bunu unutmayın! Ancaq xristiyan dinində “666” rəqəmi şeytanın çağrılması rəqəmi kimi də məlumdur. Qədim xristiyan miflərindən birinə görə, rahib içinə şeytan girən bir insandan soruşur: “Adın nədir?” İçinə şeytan girən insan isə cavabında 3 dəfə 6-ya qədər sayır. Yəni, “6”,”6″,”6″=666 Bundan əlavə, məhşur Nostradamus 21-ci əsrin “666” ilə bağlı olan bir şey, ya da bir kəs tərəfindən idarə olunacağını demişdi… Yenə də “666” … Bu yazını “666” rəqəminin həqiqətən də qeyri-adi rəqəm olduğunu bir daha sübut edən başqa bir riyazi hesablama qaydasını göstərməklə bitirmək istəyirəm… “666” rəqəmi 3 ədəd “6” rəqəmindən ibarətdir. 3 x 6=18. “18” rəqəmi “6” dan 3 dəfə böyükdür. “3” rəqəmi isə “6” dan 2 dəfə kiçikdir… Gördüyünüz kimi, “666” rəqəminin açılışını nə qədər etməyə çalışsanız, sizdən əl çəkməyən yeganə bir rəqəm olacaqdır: “6”


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0214 saniye